1.1. preambulada "3.1-ci" sözləri "3.2-ci" sözləri ilə əvəz edilsin;
1.2. 3-cü hissə ləğv edilsin.
2. "Pedaqoji fəaliyyətlə məşğul olmağa yol verməyən xəstəliklərin Siyahısı"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 57 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 355 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
3. "Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Şərtləri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 962 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
4. "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası"nın təsdiq edilməsi və "Müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmağa əsas verən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 119 nömrəli Qərarının ləğv edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 963 (Cild I) 3-cü hissəsi ləğv edilsin.
5. "Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 964 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
6. "Dərman vasitələrinin geri çağırılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1880 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
7. "Dərman vasitələrinin farmakonəzarət Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2084 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
8. "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 501 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
9. "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 156 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 502 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
10. "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 157 nömrəli Qərarının (Azərbaycan Respub-likasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 503 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
11. "Ali təhsil müəssisələrində orta ixtisas təhsilinin təşkili Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 158 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 504 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
12. "Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 8, maddə 1097 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
13. "Psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum Tələblər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 397 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1285 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
14. "Ödənişsiz psixoloji yardımın göstərilməsi Qaydası və Şərtləri"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 398 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1286 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
15. "Psixoloji yardım göstərmək hüququ olan şəxslərə dair Tələblər"in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 399 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1287 (Cild I) 2-ci hissəsi ləğv edilsin.
16. "Klinik (tibbi) psixoloqlara verilən ixtisas attestatının forması və onun verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya ləğv edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 oktyabr tarixli 400 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1288 (Cild I) 2-ci hissəsi ləğv edilsin.