QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
Qanunvericilik aktları“Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqındaDəyişikliklər

“Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 iyul tarixli 154 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Aktiv
Rəsmi mənbə
Növ: Qanun·Qəbul tarixi: 25 Feb 2025·Qəbul edən orqan: AZERTAG·Son dəyişiklik: 25 Feb 2025

Aktın mətni

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 76 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 4, maddə 366 (Cild I); 2024, № 3, maddə 315, № 9, maddə 1062) ilə təsdiq edilmiş "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı"nın 7.5-ci bəndinin dördüncü abzasında "qiymətləndirilməsinin (attestasiyasının)" sözləri "attestasiyasının" sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 613 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları"nın 3.1.6-cı yarımbəndində "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanının 2.1.2-ci və 2.1.4-cü yarımbəndlərinə" sözləri "Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi"nin 3.1.4-cü və 3.1.11-ci yarımbəndlərinə" sözləri ilə əvəz edilsin və ", Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə" sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 485 (Cild I); 2024, № 4, maddə 437) ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.5-ci bəndin üçüncü cümləsində "Mərkəzin internet portalında (bundan sonra — portal)" sözləri "Mərkəzin rəsmi internet saytında" sözləri ilə əvəz edilsin;

3.2. 3.2-ci (hər iki halda), 3.5-ci (hər iki halda), 3.11-ci bəndlərdə və 4.3-cü bəndin birinci cümləsində ismin müvafiq hallarında "portal" sözü ismin müvafiq hallarında "Mərkəzin rəsmi internet saytı" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 3, maddə 486 (Cild I); 2024, № 4, maddə 437, № 5 (II kitab), maddə 589) ilə təsdiq edilmiş "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"nın 6.9-cu bəndində və 2 nömrəli əlavənin aşağı sol küncündə "Direktorlar Şurasının" sözləri "İdarə Heyətinin" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 iyul tarixli 285 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1482 (Cild I) ilə təsdiq edilmiş "Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2-ci hissənin birinci cümləsində "internet portalında", ikinci cümləsində isə "internet portalında (bundan sonra — portal)" sözləri "rəsmi internet saytında" sözləri ilə əvəz edilsin;

5.2. 6-cı (hər üç halda), 8-ci hissələrdə, 9-cu hissənin birinci cümləsində, 10-cu hissədə və 11-ci hissənin ikinci cümləsində ismin müvafiq hallarında "portal" sözü ismin müvafiq hallarında "Mərkəzin rəsmi internet saytında" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 noyabr tarixli 508 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2172 (Cild I) ilə təsdiq edilmiş "Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə elanının Forması"nda aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2-ci hissə üzrə:

6.1.1. ikinci cümlədə "Mərkəzin internet portalına (bundan sonra - portal)" sözləri "Mərkəzin rəsmi internet saytına" sözləri ilə, "portalda" sözü "həmin saytda" sözləri ilə əvəz edilsin;

6.1.2. üçüncü cümlədə "portala" sözü "Mərkəzin rəsmi internet saytına" sözləri ilə, "Mərkəzin portalı" sözləri "həmin sayt" sözləri ilə əvəz edilsin;

6.2. 3-cü hissənin dördüncü cümləsində "portal" sözü "Mərkəzin rəsmi internet saytı" sözləri ilə əvəz edilsin;

6.3. "Qeydlər" hissəsi üzrə:

6.3.1. 3-cü bəndin birinci cümləsində "portal" sözü "Mərkəzin rəsmi internet saytı" sözləri ilə əvəz edilsin;

6.3.2. 4-cü bənddə "Mərkəzin portalından" sözləri "Mərkəzin rəsmi internet saytından" sözləri ilə əvəz edilsin;

6.3.3. 5-ci bənddə "Mərkəzin portalında" sözləri "Mərkəzin rəsmi internet saytında" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 26 noyabr tarixli 502 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2451 (Cild I); 2024, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası"nın 3.3-cü bəndində "2.1.3-cü" sözləri "3.1.5-ci" sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 963 (Cild I); 2024, № 3, maddə 330, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş "Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası"nın 3.1-ci bəndində "səhifəsində" sözü "saytında" sözü ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 964 (Cild I); 2024, № 3, maddə 330, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş "Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (baza ali tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları"nın 3.6-cı bəndinin birinci cümləsində "səhifəsində" sözü "saytında" sözü ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 970 (Cild I); 2024, № 2, maddə 241, № 3, maddə 341, № 5 (II kitab), maddə 611; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 15 yanvar tarixli 9 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları"nın 2.3.9-cu yarımbəndinə "siyahısını" sözündən sonra "rəsmi" sözü əlavə edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 367 (Cild I); 2024, № 5 (II kitab), maddə 611) ilə təsdiq edilmiş "Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

11.1. 4.2-ci bənddə "Mərkəzin internet portalı (bundan sonra — portal)" və "portal" sözləri "Mərkəzin rəsmi internet saytı" sözləri ilə əvəz edilsin;

11.2. 4.11-ci bənddə "portalda" sözü "Mərkəzin rəsmi internet saytında" sözləri ilə əvəz edilsin.

12. "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara və taksi minik avtomobillərinin sürücüləri üçün etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığın qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləği"nin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 iyul tarixli 325 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 886) aşağıdakı dəyişikliklər edilsin:

12.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması"nın "Qeydlər" hissəsinin 5-ci bəndində "internet portalında" sözləri "Mərkəzin rəsmi internet saytında" sözləri ilə əvəz edilsin;

12.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması"nın "Qeydlər" hissəsinin 5-ci bəndində "internet portalında" sözləri "Mərkəzin rəsmi internet saytında" sözləri ilə əvəz edilsin.

13. "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın və yenidən hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması qaydasının, qiymətləndirmənin nəticələrinə dair sənədin forması və qiymətləndirilmənin aparılmasına görə haqqın məbləğinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 iyul tarixli 335 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 896) aşağıdakı dəyişikliklər edilsin:

13.1. həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinə, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə hazırlığın və yenidən hazırlığın keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydası" üzrə:

13.1.1. 3.5-ci bənddə "Mərkəzin internet portalı (bundan sonra - portal)" sözləri "Mərkəzin rəsmi internet saytı" sözləri ilə əvəz edilsin;

13.1.2. 3.6.5-ci yarımbəndə "qrafikini" sözündən sonra "rəsmi" sözü əlavə edilsin;

13.1.3. 3.6.6-cı və 3.6.9-cu yarımbəndlərdə "portala" sözü "rəsmi internet saytına" sözləri ilə əvəz edilsin;

13.2. həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması"nın "Qeydlər" hissəsinin 5-ci bəndində və "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının qiymətləndirilməsinin nəticələrinə dair sənədin forması"nın "Qeydlər" hissəsinin 5-ci bəndində "internet portalında" sözləri "Mərkəzin rəsmi internet saytında" sözləri ilə əvəz edilsin.