QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
Qanunvericilik aktlarıAzərbaycan Respublikasının Cəzaların İcrası MəcəlləsiDəyişikliklər

“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 dekabr tarixli 118-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Aktiv
Rəsmi mənbə
Növ: Qanun·Qəbul tarixi: 1 Sep 2025·Qəbul edən orqan: AZERTAG·Son dəyişiklik: 1 Sep 2025

Aktın mətni

A ALIR:

1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 22 oktyabr tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Təşkilat-nəzarət baş idarəsi haqqında Əsasnamə"nin 3.1.5-ci yarımbəndində "Qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 12 noyabr tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsi haqqında Əsasnamə"nin 3.1.3-cü

yarımbəndində "Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə (bundan sonra — Mərkəz)" sözləri "müvəqqəti yerləşdirmə mərkəzlərinə" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2012-ci il 15 noyabr tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Daxili təhlükəsizlik idarəsi haqqında Əsasnamə"nin 3.1.9-1-ci yarımbəndində "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2013-cü il 11 fevral tarixli 15 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya nəzarəti baş idarəsi haqqında Əsasnamə"nin 3.1.9-cu yarımbəndində "qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 2016-cı il 9 mart tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Readmissiya məsələləri idarəsi haqqında Əsasnamə"nin 3.1.5-ci yarımbəndində "Qanunsuz miqrantların saxlanılması" sözləri "müvəqqəti yerləşdirmə" sözləri ilə əvəz edilsin.

6. Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

7. Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildikdən sonra bu Qərarın 72 saat müddətində elektron daşıyıcıda mətn faylları formasında rəsmi dərc edilməsi təmin olunsun. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti rəisinin vəzifələrini müvəqqəti icra edən II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev