a alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2000, № 5, maddə 361 (Cild I); 2024, № 9, maddə 1100) ilə təsdiq edilmiş "İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası"nın II bölməsinin 3-cü hissəsinin birinci cümləsində "qurumunun" sözü "xidmətinin" sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 6 sentyabr tarixli 143 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 573 (Cild I); 2025, № 8, maddə 800) ilə təsdiq edilmiş "Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Qaydası və şərtləri"nin 4-cü hissəsində və 5-ci hissəsinin ikinci cümləsində "qurumunun" sözü "xidmətinin" sözü ilə əvəz edilsin.