QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 176 nömrəli,…

AktivNöv: Fərman·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 8 aprel 2026
8Əlavə edilib0Silinib12Dəyişdirilib
XülasəAI

Fərman torpaqların kateqoriyalara aid edilməsi və dəyişdirilməsi ilə bağlı bir neçə aktda dəyişiklik edir. Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə səlahiyyətlərin Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi ilə yanaşı, müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən də həyata keçirilməsi nəzərdə tutulur (maddə 1.4, 1.14, 3.7, 3.8, 3.11 və s.). "Torpaqların kateqoriyalara aid edilməsi Qaydaları"nın 3.8-ci maddəsində sənədlərin Nazirlər Kabinetinə təqdim edilməsi müddəti 10 iş günündən 15 iş gününə artırılır, bununla yanaşı Nazirlər Kabinetinin razılaşdırılmış sərəncamı layihəsinin də təqdim edilməsi tələb olunur. İşğaldan azad edilmiş ərazilərdə tikinti və faydalı qazıntı yataqları üçün torpaqların kateqoriya dəyişikliyi məsələsində müraciət ünvanı Əmlak Məsələləri Dövlət Xidmətindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (Xidmətə müraciət etməklə) əvəzlənir (maddə 1.3, maddə 3.12); əlavə olaraq, Ekologiya Nazirliyinin vəzifələrinə Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsi üzrə əlavə torpaq sahələrinin cəlb edilməsinin məqsədəuyğunluğuna dair rəy vermə funksiyası daxil edilir (maddə 3.1/3.1.12).

Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır (×10)

24 dəyişiklikdən 20-si maddə-maddə izlənir, 4-si rəsmi mətndə əks olunub.

Hədəf akt 1 / 4
Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə

Maddə 2

2.1-4
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində, 12-ci maddəsinin 5-ci hissəsində, 13-cü maddəsinin 2-ci hissəsinin birinci cümləsində, 13-1-ci maddəsinin 5-ci hissəsində, 16-cı maddəsinin 1-ci, 2-ci (hər iki halda) hissələrində, 3-cü hissəsinin birinci cümləsində və 5-ci hissəsində, 56-cı maddəsinin 10-cu hissəsinin birinci (xidmət haqqının ödənildiyi hallara münasibətdə) və ikinci (birinci halda) cümlələrində, 65-ci maddəsinin 4-cü hissəsində (hər iki halda) və 74-cü maddəsinin 3-cü hissəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
Müəyyən edilsin ki: həmin Məcəllənin 6-cı maddəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş dövlətin vəzifələrini və 12-ci maddəsinin 4-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir
2.10-1
2.10-1. həmin Məcəllənin 12-ci maddəsinin 5-ci hissəsində "orqan (qurum)" dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur
Hədəf akt 2 / 4
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında

Əlavə 1 · Maddə 3.0

3.0.38-1
3.0.38-1. Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy vermək

Əlavə 3 · Maddə 3.0

3.0.15
qeyri-meşə torpaqlarında meşə salmaq, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirmək, meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlər yaratmaq, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna dair rəy vermək;

Əlavə 6 · Maddə 3.1

3.1.12
3.1.12. faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy vermək;3.1.12. faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy vermək
Hədəf akt 3 / 4
İşğaldan azad edilmiş ərazilərdə şəhərsalma fəaliyyəti sahəsində idarəetmə ilə bağlı bəzi məsələlər haqqında

Maddə 1

1.3
Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"na uyğun olaraq, tikinti və faydalı qazıntı yataqlarının istismarı məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi.Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"na uyğun olaraq, tikinti və faydalı qazıntı yataqlarının istismarı məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi.
Hədəf akt 4 / 4
“Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

Maddə 1

1.7
"Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur). Həmin Fərmanla müəyyən edilmiş qaydada təqdim edilən vəsatət və ona əlavə olunan istismarına icazə verilmiş qeyri-yaşayış binasının (infrastruktur obyektinin) yerləşdiyi torpaq sahəsinin yerquruluşu planı əsasında torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi barədə qərar qəbul edilir.

Maddə 2

2.4
2.4. Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə bu Qaydaların 2.3.1–2.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş səlahiyyətləri, müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirirlər.

Maddə 3

2.1.17
Bu Fərmanın 1-ci hissəsi 2025-ci2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Əlavə 1 · Maddə 1.4

1.4
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti), Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.

Əlavə 1 · Maddə 1.14

1.14
Dövlət ehtiyacları üçün alınan torpaq sahəsi üzərində hüquqların "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlətə keçdiyi andan həmin torpağın kateqoriyası dəyişdirilmiş hesab edilir, bu barədə məlumatlar (sənədlər) aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Xidmət), Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət) təqdim edildikdən sonra 2 (iki) iş günü müddətində dövlət torpaq kadastrına daxil edilir və bu Qaydaların 1.2-ci bəndinə uyğun olaraq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

Əlavə 1 · Maddə 1.19

1.19
Bu Qaydaların 1.18-ci bəndində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə meşə ilə örtülü olmayan sahələrin əkin dövriyyəsinə cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaq sahələri eyni ölçüdə kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilir.
Bu Qaydaların 1.18-ci bəndində nəzərdə tutulan hallarda, meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə meşə ilə örtülü olmayan sahələrin əkin dövriyyəsinə cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaq sahələri eyni ölçüdə kənd təsərrüfatına az yararlı və ya şərti yararsız torpaq sahələri ilə əvəzləşdirilir.

Əlavə 1 · Maddə 2.3

2.3.2
2.3.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi – Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair;2.3.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi – Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair

Əlavə 1 · Maddə 3.2

3.2.4
3.2.4.6. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda və ya bu Qaydaların 1.11-ci bəndinə əsasən torpağın məqsədli təyinatının dəyişdirilməsi zərurəti yarandıqda, mülkiyyət növündən asılı olmayaraq kateqoriyası və ya məqsədli təyinatı dəyişdirilən torpaq sahəsinin əkinəyararlılıq vəziyyətinin müəyyən edilməsi məqsədilə "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunmuş sınaq laboratoriyası tərəfindən verilmiş aqrokimyəvi analizlərin nəticələrinə dair sənəd; 3.2.4.7. bu Qaydaların 2.1.2-ci, 2.1.4-cü, 2.1.14-cü və 2.1.16-cı yarımbəndlərinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, mülkiyyət növündən asılı olmayaraq kateqoriyası dəyişdirilən torpaq sahəsində həyata keçiriləcək layihənin məqsədi və aid olduğu fəaliyyət sahəsi, habelə səmərəliliyi barədə məlumatlar qeyd edilməklə iqtisadi əsaslandırılma.

Əlavə 1 · Maddə 3.7

3.7
Yerquluşu planı (xəritəsi) müraciət və ona əlavə edilən sənədlər, habelə təqdim edilmiş rəylərlə birlikdə Xidmət tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat NazirliyinəXidmət tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə) (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə) təqdim edilir.

Əlavə 1 · Maddə 3.8

3.5
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi) kateqoriyaya aid ediləcək, habelə kateqoriyası, məqsədli təyinatı dəyişdiriləcək torpaq sahəsinin kağız üzərində və elektron daşıyıcıda hazırlanmış, razılaşdırılmış yerquruluşu planının (xəritəsinin) bir nüsxəsini, müraciəti və ona əlavə olunan sənədləri, təqdim edilmiş rəyləri, torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsinin əsasları, torpaq sahəsinin ölçüsü, yerləşdiyi ərazi vahidi, əvvəl aid olduğu kateqoriya (kateqoriya daxilində məqsədli təyinat), mülkiyyət növü, habelə torpaqdan istifadəyə dair xüsusi şərtlər və məhdudiyyətlər barədə məlumatları və Nazirlər Kabinetinin (Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə – Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin) razılaşdırılmış sərəncamı layihəsini 10 (on)15 (on beş) iş günü müddətində Nazirlər Kabinetinə (Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə – Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə) təqdim edir.

Əlavə 1 · Maddə 3.11

3.11
3.11. Bu Qaydaların 2.1.12-ci yarımbəndində göstərilən əsaslar üzrə yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi müvafiq ərazinin ərazi planlaşdırılması sənədlərində, ərazilərin zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklərə uyğun olduqda, həmçinin həmin ərazidə infrastruktur və mühəndis-kommunikasiya təminatı sistemləri imkan verdikdə həyata keçirilir. Bu məqsədlə, aidiyyəti yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin müvafiq ərazilərdə salınmış yaşayış massivlərində həyata keçirdikləri monitorinqlərin nəticələri və onların sifarişi ilə Xidmətin (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət) apardığı kompleks yerquruluşu işlərinin nəticələrinə istinad edilməklə hazırlanmış yerquruluşu planları (xəritələri) əsasında yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin əsaslandırılmış təklifləri hazırlanır və Xidmətə (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə) təqdim edilir. Həmin təkliflər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (Naxçıvan Muxtar Respublikasında müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılmaqla, həmin yaşayış massivlərində normativ hüquqi aktlarla müəyyən edilmiş ərazi planlaşdırılması və şəhərsalma tələblərinə uyğun olaraq kompleks təhlil aparılmaqla, ümumi yaşayış massivi yanaşması əsasında bütün ərazinin kateqoriyasının dəyişdirilməsi barədə müvafiq qərarın qəbul edilməsi üçün Xidmət tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsilə Nazirlər Kabinetinə (Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət tərəfindən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi vasitəsilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə) təqdim edilir.

Əlavə 1 · Maddə 3.12

3.12
3.12. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində tikinti və faydalı qazıntı yataqlarının istismarı məqsədləri üçün ayrılması nəzərdə tutulan torpaq sahələrinin kateqoriyalara aid edilməsi və ya onların bir kateqoriyadan digərinə keçirilməsi, fəaliyyət sferalarına (maraqlarına) toxunulan dövlət orqanlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin rəyləri və torpaq sahələrinin yerquruluşu planları əlavə edilməklə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Xidmətə müraciəti əsasında, bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Əvəz edilirMaddə 2· avtomatik yerləşdirilə bilmədi

    2.1-3-cü bənddə "səkkizinci – on birinci" sözləri "səkkizinci, onuncu və on birinci" sözləri ilə əvəz edilsin;

  • Söz/ifadə çıxarılırMaddə 1· avtomatik yerləşdirilə bilmədi

    "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 158 (Cild I); 2024, № 6 (I kitab), maddə 665, № 7, maddə 823, № 8, maddə 938, № 11, maddə 1202) 1-ci hissəsinin səkkizinci abzasından "12-ci maddəsinin 4-cü hissəsində," sözləri çıxarılsın.

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 1.15Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    1.15-ci bəndə "Xidmət" sözündən sonra "(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 3.1Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    3.1-ci bəndə "Xidmətə" sözündən sonra "(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə)" sözləri əlavə edilsin;

  • Yeni redaksiyada verilirMaddə 3· avtomatik yerləşdirilə bilmədi

    3.2.4.2-ci abzas aşağıdakı redaksiyada verilsin: "3.2.4.2. xüsusi mülkiyyətdə və ya uzunmüddətli istifadədə olan torpaqlara münasibətdə mülkiyyətçi (istifadəçi və ya icarəçi) fiziki şəxs olduqda – onun şəxsiyyətini təsdiq edən sənədin surəti (müraciət torpaq mülkiyyətçisinin (istifadəçi və ya icarəçinin) adından başqa şəxs tərəfindən edildikdə, notariat qaydasında təsdiq edilmiş etibarnamənin surəti), mülkiyyətçi (istifadəçi və ya icarəçi) hüquqi şəxs olduqda isə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, onun nümayəndəsinin səlahiyyətini və şəxsiyyətini təsdiq edən sənədlərin surətləri;";

  • Müddəa əlavə olunurMaddə 3.2 · 3.2.4-cü hissə · 3.2.4.3-ci bəndBu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    3.2.4.3-cü abzasa "Nazirliyinin" sözündən sonra "(Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin)" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 3.3Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    3.3-cü bəndə və 3.4-cü bəndin birinci və beşinci cümlələrinə "Xidmət" sözündən sonra "(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 3.5Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    birinci cümləyə "Xidmət" sözündən sonra "(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)" sözləri əlavə olunsun və həmin cümlədə "2.3.1-ci, 2.3.3-2.3.6-cı" sözləri "2.3.1 – 2.3.6-cı" sözləri ilə əvəz edilsin;

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 3.7Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    birinci cümləyə "Xidmət" sözündən sonra "(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 3.9Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    3.9-cu bəndin birinci cümləsindən "Nazirlər Kabineti tərəfindən" sözləri çıxarılsın və həmin cümləyə "Xidmətə" sözündən sonra "(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə)" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 4.3Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    4.3-cü bəndə "Xidmətə" sözündən sonra "(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə)" sözləri əlavə edilsin.

Rəsmi konsolidə mətndə artıq əks olunub

Bu dəyişikliklər rəsmi konsolidə edilmiş mətndə artıq əks olunub. Onlar yuxarıdakı maddə-maddə izləmədə göstərilməsə də, dəyişikliyin qüvvədə olduğu təsdiqlənir.

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 1.5Rəsmi mətndə əks olunub

    1.5-ci bəndə "Nazirlər Kabinetinin" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə isə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin" sözləri əlavə edilsin;

  • Əvəz edilirRəsmi mətndə əks olunub

    birinci cümləyə "Xidmət" sözündən sonra "(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmət)" sözləri əlavə olunsun və həmin cümlədə "2.3.1-ci, 2.3.3-2.3.6-cı" sözləri "2.3.1 – 2.3.6-cı" sözləri ilə əvəz edilsin;

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 3.8Rəsmi mətndə əks olunub

    3.8-ci bəndə "Nazirliyi" sözündən sonra "(Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi)" sözləri, "məlumatları" sözündən sonra "və Nazirlər Kabinetinin (Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə – Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin) razılaşdırılmış sərəncamı layihəsini" sözləri və "Nazirlər Kabinetinə" sözlərindən sonra "(Naxçıvan Muxtar Respublikasında torpaqlara münasibətdə – Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə)" sözləri əlavə edilsin;

  • Söz/ifadə çıxarılırRəsmi mətndə əks olunub

    3.9-cu bəndin birinci cümləsindən "Nazirlər Kabineti tərəfindən" sözləri çıxarılsın və həmin cümləyə "Xidmətə" sözündən sonra "(Naxçıvan Muxtar Respublikasında müvafiq Xidmətə)" sözləri əlavə edilsin;

Əvvəlki yenilik
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Növbəti yenilik
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının “Xüsusi icra məmurunun şəxsi möhürünün, təsdiq qeydi ştamplarının və blanklarının nümunələri”nin təsdiq edilməsi haqqında” 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/7/2025 nömrəli, “Xüsusi icra məmuru vəzifəsi üçün müsabiqənin elan edilməsi, müraciətlərin qəbulu və onlara baxılma qaydası”nın təsdiq edilməsi haqqında” 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/8/2025 nömrəli və “İcra sənədinin icra olunması barədə xüsusi icra məmuruna ünvanlanan ərizənin nümunəsi”nin təsdiq edilməsi barədə” 2025-ci il 28 noyabr tarixli 3-16/1-KQ/14/2025 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiya QƏRARI