QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2004-cü il 24 may tarixli 75 nömrəli , “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi…

AktivNöv: Qərar·Nömrə: №107·Qəbul edən orqan: AZERTAG·Dərc tarixi: 17 aprel 2026
3Əlavə edilib0Silinib11Dəyişdirilib
XülasəAI

Qərar "Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"na və "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun xərclənməsi Qaydalarına bir sıra dəyişikliklər edir. Maddə 3.4.2.6, 3.4.2.9, 3.4.5.1 və 3.4.5.2-də "daxili və xarici dövlət borclarının faizləri və əsas məbləğləri üzrə ödənişlər" ifadəsi "dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri" ifadəsi ilə əvəz olunur; maddə 5.39-da dövlət büdcəsinin auditini indi Hesablama Palatası haqqında Qanuna uyğun olaraq Hesablama Palatası aparır (əvvəllər "aparırlar" idi, indi təkcə Hesablama Palatasına aid "aparılır" formasında). Maddə 5.44-də vahid xəzinə hesabının "sərbəst qalığı" ifadəsi sadəcə "qalığı" ilə əvəzlənir və Dövlət borcu və zəmanəti üzrə Təminat Fonduna köçürmə mexanizmi ləğv edilir, əvəzində Qanunun 19.2-1-ci maddəsinə istinad əlavə olunur. Maddə 5.20-də büdcə ili bitdikdən sonra öhdəliklər üzrə əməliyyatların aparılması qadağası ləğv edilir və cari ildə maliyyələşdirilə bilməyən xərclərin növbəti il ayırmaları hesabına maliyyələşdirilməsi qaydası saxlanılır; "Avtomobil yolları" Fondunun 3.8-ci maddəsində ilin sonunda qalan istifadə olunmamış vəsait artıq fondun gəlirlərinə deyil, vahid xəzinə hesabının sərbəst qalığına köçürülür.

14 dəyişiklikdən 14-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 2
"Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları"nın təsdiq edilməsi haqqında

Maddə 2

2.8
Bu qərar imzalandığı gündən qüvvəyə minir. Qanunun 11.7-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin formalaşdırılması, toplanması, istifadəsi və uçotunun aparılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.

Əlavə 1 · Maddə 3.4

3.4.2.6
funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraftəsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf və iqtisadi təsnifata uyğun olaraq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddə səviyyəsində xərclərin məbləği;
3.4.2.9
3.4.2.9. daxili və xarici dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri3.4.2.9. daxili və xarici dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri
3.4.3
büdcə-vergi siyasətinin əsas istiqamətləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydaya uyğun ortamüddətli dövr üçün hədəf göstəriciləri;
3.4.5.1
3.4.5.1. xarici dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri;3.4.5.1. xarici dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri;
3.4.5.2
3.4.5.2. daxili dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri3.4.5.2. daxili dövlət borcuna xidmətlə bağlı xərclərin yuxarı hədləri, o cümlədən faiz xərcləri

Əlavə 1 · Maddə 3

3.5
3.5. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Əlavə 1 · Maddə 5.13

5.13
Büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan dövlət (büdcə) öhdəlikləri götürülür və bu öhdəliklər çərçivəsində satınalmalardan yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir.

Əlavə 1 · Maddə 5.20

5.20
Cari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həmin büdcə ili ərzində mümkün olmadıqda, belə xərclərin maliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur.Cari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həmin büdcə ili ərzində mümkün olmadıqda, belə xərclərin maliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təmin olunur.

Əlavə 1 · Maddə 5.39

5.39
Dövlət büdcəsinin və icmal büdcənin , o cümlədən büdcədənkənar dövlət fondlarının auditi "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən aparırlaraparılır.

Əlavə 1 · Maddə 5.42

5.42
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla dövlət büdcəsinin icrası prosesində iqtisadi təsnifatın müvafiq bölmə, köməkçi bölmə, paraqraf, maddə və yarımmaddələrində nəzərdə tutulmuş vəsaitlər üzrə hesabat ili ərzində yaranmış qənaət dövlət büdcəsinin Ehtiyat Fondunavə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fonduna yönəldilərək, il ərzində digər tədbirlərin maliyyələşdirilməsinə sərf edilə bilər.

Əlavə 1 · Maddə 5.44

5.44
Büdcə ili ərzində vahid xəzinə hesabının qalığı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir. Qanunun 19.2-1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.Büdcə ili ərzində vahid xəzinə hesabının qalığı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur və (və ya) idarəetməyə verilir. Qanunun 19.2-1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Əlavə 1 · Maddə 7.5

5.21-1
5.21-1. Vahid xəzinə hesabının sərbəst qalığı aşağıdakı istiqamətlərə yönəldilir: 5.21-1.1 Qanunun 15.4-сü maddəsi tətbiq edildiyi halda, Qanunun 7-ci maddəsində göstərilən xərclərin maliyyələşdirilməsinə; 5.21-1.2. dövlət büdcəsi kəsirinin və onun daxilində aşağıdakı xərclərin (fərqin) maliyyələşdirilməsinə: 5.21-1.2.1. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş qaydada şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsində nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsi hesabına yerli icra hakimiyyəti orqanlarının büdcədənkənar xərcləri; 5.21-1.2.2. Dövlət Əməyin Mühafizəsi Fondunun ilin sonuna qalan istifadə olunmamış vəsaiti hesabına onların xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda); 5.21-1.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışından əldə olunan və ilin sonuna qalan xərclənməmiş vəsait hesabına Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydaya uyğun olaraq xərcləri (hər il üçün təsdiq olunan dövlət büdcəsi haqqında qanuna uyğun olaraq proqnozlaşdırılan gəlirlərin məbləği proqnozlaşdırılan xərclərin məbləğindən, habelə faktiki daxilolmalarının məbləği xərclərin məbləğindən az olduqda). 5.21-1.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmış məbləğdə Dövlət borcu və zəmanəti üzrə Təminat Fondunun vəsaitlərinin artırılmasına.
Hədəf akt 2 / 2
“Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 3.8

3.8
Fondun hesabında ilin sonuna qalan vəsait növbəti ildə onun gəlirlərinə daxil edilir.Fondun hesabında ilin sonuna qalan istifadə olunmamış vəsait vahid xəzinə hesabının sərbəst qalığına köçürülür.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Söz/ifadə çıxarılır· avtomatik yerləşdirilə bilmədi

    2.3-cü bəndin ikinci cümləsindən "mərkəzi və yerli icra hakimiyyəti orqanları və onların struktur bölmələrinə," sözləri çıxarılsın;

  • Yeni müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    aşağıdakı məzmunda 5.5-4-cü bənd əlavə edilsin: "5.5-4. Qanunun 6.4-cü və 6.5-ci maddələrinə uyğun olaraq, dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli büdcə və ehtiyat fondlarından büdcə ili ərzində funksional, iqtisadi və inzibati təsnifata uyğun olaraq yönəldilən vəsaitlərin uçotu həmin vəsaitlərin ayrıldığı məqsədlərə uyğun funksional, iqtisadi və inzibati təsnifat üzrə aparılır.";

  • Yeni müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    birinci abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: "Büdcə ili ərzində bu Qaydaların 5.5-ci bəndinə və 5.42-ci bəndinin altıncı abzasına uyğun olaraq dövlət büdcəsinin xərcləri üzrə aparılmış maliyyə əməliyyatları həmin ilin dövlət büdcəsinin icrasına dair aylıq, rüblük və illik hesabatlarda aparılmış dəyişikliyə müvafiq əks etdirilir və bu Qaydaların 3.4.2.17-ci və 3.4.2.18-ci abzaslarına uyğun olaraq təsdiq olunmuş göstəricilərdən kənarlaşma kimi qəbul edilmir.";

  • Yeni müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin: "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı bu Qaydaların 5.21-1.1–5.21-1.3-cü yarımbəndlərində göstərilən ödənişlər icra edilməklə bu Qaydaların 5.44-cü bəndi ilə müəyyən olunmuş qaydada idarə olunur və (və ya) idarəetməyə verilir.";

  • Yeni redaksiyada verilir· avtomatik yerləşdirilə bilmədi

    5.21-ci bəndin birinci abzası aşağıdakı redaksiyada verilsin: "İlin sonuna bütün xəzinə hesablarının qalıqları (bu Qaydaların 5.21-1.2.2-ci və 5.21-1.2.3-cü abzaslarında nəzərdə tutulmuş vəsaitlərə münasibətdə yalnız onların xərclərinin maliyyələşdirilməsi məqsədilə) vahid xəzinə hesabına köçürülür.";

  • Yeni müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    aşağıdakı məzmunda 5.45-ci bənd əlavə edilsin: "5.45. "Büdcə ili ərzində yaranan büdcə artıqlığının (profisitin) Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəyyən edilən hissəsi həmin Nazirlik tərəfindən Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülə bilər.";

  • Müddəa çıxarılır· avtomatik yerləşdirilə bilmədi

    həmin Qaydaların "Qeyd" hissəsi ləğv edilsin.

Əvvəlki yenilik
“Hava limanları və aerodromların təhlükəsizlik zonalarında binaların, qurğuların və obyektlərin yerləşdirilməsinə razılıq verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Növbəti yenilik
“Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatının təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın, “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 14 iyun tarixli 95 nömrəli, “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”nın təsdiq edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli, “Ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli və “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” 2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 31 oktyabr tarixli 177 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 2 dekabr tarixli 503 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında