QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • İzlənən sahələr
  • Axtarış
SƏNƏDLƏR
  • Məcəllələr
  • Qanunlar
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
Qanunvericilik aktlarıİcra haqqındaDəyişikliklər

“İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 223-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Aktiv
Rəsmi mənbə
Növ: Qanun·Qəbul tarixi: 3 Feb 2026·Qəbul edən orqan: Nazirlər Kabineti·Son dəyişiklik: 3 Feb 2026

Aktın mətni

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 2 avqust tarixli 123 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 8, maddə 534 (Cild I) ilə təsdiq edilmiş "İcra sənədinin verilməsi üçün əsas olan qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin ləğv edilməsi ilə əlaqədar icraata xitam verildikdə, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin dövlət büdcəsi hesabına ödənilməsi Qaydaları"nın 1-ci və 5-ci hissələrində "icra xidməti icra məmurlarının müvafiq xüsusi Fondlarına" sözləri "ədliyyə orqanlarının xüsusi xəzinə hesabına" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594, № 7, maddələr 706, 714, 716, № 8, maddə 800, № 9, maddələr 857, 863, 870, 879, № 11, maddə 1084; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 1 dekabr tarixli 357 nömrəli, 10 dekabr tarixli 385 nömrəli və 25 dekabr tarixli

412 nömrəli qərarları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı"nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.4.2.5.8.0-cı yarımbənddə "Məqsədli büdcə fondlarının büdcədənkənar daxilolmaları" sözləri "Ədliyyə orqanlarının xüsusi xəzinə hesabına daxilolmalar" sözləri ilə əvəz edilsin;

2.2. 1.4.2.5.8.6-cı yarımbənd ləğv edilsin.