QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı…

AktivNöv: Qərar·Nömrə: №87·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 31 mart 2026
1Əlavə edilib0Silinib1Dəyişdirilib
XülasəAI

Notariat Təlimatına əlavə edilmiş 12-1-ci maddəyə əsasən, fiziki şəxslərin torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin özgəninkiləşdirilməsi müqavilələrinin notariat qaydasında təsdiqi zamanı tətbiq olunan sadələşdirilmiş vergi hesablanması qaydası, indi həmçinin "Notariat haqqında" Qanunun 63-cü maddəsinə əsasən icra sənədlərinin məcburi icrası ilə bağlı daşınmaz əmlakın əldə olunması barədə verilən şəhadətnamələrə də şamil edilir (fərdi sahibkarın həbs qoyulmuş və ya ipoteka ilə yüklü əmlakının tələbkar/ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair şəhadətnamələr istisna olmaqla); bu halda notarius Vergi Məcəlləsinin 220.8, 220.8-1 və 220.8-2-ci maddələrinə əsasən sadələşdirilmiş vergini 1 əməliyyat günü ərzində dövlət büdcəsinə ödəməli və hesabat ayından sonrakı ayın 20-dək bəyannamə təqdim etməlidir. "İcra haqqında" Qanunun 6-cı maddəsində icra sənədlərinin siyahısına xarici və yerli arbitraj məhkəmələrinin qərarları əlavə edilir, xarici dövlətlərin məhkəmələrinin icra vərəqələri ilə bağlı bənddən "arbitrajlarının" sözü çıxarılır, və "icra qeydləri" ifadəsinə "notariusun" sözü əlavə olunur ki, bu da icra qeydlərinin məhz notarius tərəfindən verildiyini dəqiqləşdirir.

10 dəyişiklikdən 2-si maddə-maddə izlənir, 2-si rəsmi mətndə əks olunub.

Hədəf akt 1 / 2
Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə

Əlavə 1 · Maddə 12-1

12-1
Fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilənin (alqı-satqı, bağışlama, dəyişdirmə, renta, habelə mülkiyyət hüququnun keçməsi ilə bağlı digər özgəninkiləşdirmə müqavilələri) notariat qaydasında təsdiqi zamanı, habelə "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın əldə olunması barədə şəhadətnamələr (fərdi sahibkarın üzərinə həbs qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əmlakının tələbkar (ipoteka saxlayan) tərəfindən əldə edilməsi ilə bağlı verilən şəhadətnamələr istisna olmaqla) verən zaman notarius Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8-ci, 220.8-1-ci və 220.8-2-ci maddələrinə uyğun olaraq, sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) əməliyyat günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına təqdim etməyə borcludur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin tətbiqi məqsədləri üçün bina tikintisi fəaliyyəti ilə məşğul olan fiziki şəxs barədə məlumat Azərbaycan Respublikası Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə notariusun verdiyi sorğu əsasında əldə edilir.
Hədəf akt 2 / 2
İcra haqqında

Maddə 6

—
İcra haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətdə əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında açıq bazarda satıldıqda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür.";.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Əvəz edilir· avtomatik yerləşdirilə bilmədi

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 361 (Cild I); 2024, № 9, maddə 1100; 2025, № 12 (II kitab), maddə 1231) ilə təsdiq edilmiş "İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası"nın II bölməsinin 3-cü hissəsinin birinci cümləsində "hərracların və ya dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində" sözləri "elektron hərracların və ya dəyəri 5000 manatdan az olan daşınar əmlakın "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə" sözləri ilə əvəz edilsin.

  • Yeni redaksiyada verilir· avtomatik yerləşdirilə bilmədi

    2-ci hissənin 5-ci bəndi aşağıdakı redaksiyada verilsin: "5) icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakın və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakın əldə olunması barədə şəhadətnamələr verir;";

  • Yeni redaksiyada verilir· avtomatik yerləşdirilə bilmədi

    VIII fəsil aşağıdakı redaksiyada verilsin: "VIII fəsil İCRA SƏNƏDLƏRİNİN MƏCBURİ İCRASI İLƏ ƏLAQƏDAR DAŞINMAZ ƏMLAKIN VƏ RƏSMİ REYESTRDƏ ÜZƏRİNDƏ HÜQUQLAR QEYDİYYATA ALINAN DAŞINAR ƏMLAKIN ƏLDƏ OLUNMASI BARƏDƏ ŞƏHADƏTNAMƏLƏRİN VERİLMƏSİ

  • Digər dəyişiklik· avtomatik yerləşdirilə bilmədi

    160-1-ci hissənin altıncı-doqquzuncu abzasları müvafiq olaraq yeddinci￾onuncu abzaslar hesab edilsin və həmin hissəyə aşağıdakı məzmunda altıncı abzas əlavə edilsin: "İcra haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətdə əmlak notarius vasitəsilə rəsmiləşdirilən alqı-satqı müqaviləsi əsasında açıq bazarda satıldıqda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür.";

  • Ləğv edilir· avtomatik yerləşdirilə bilmədi

    169-1-ci hissənin doqquzuncu abzası ləğv edilsin.

  • Müddəa çıxarılırƏlavə 1 · Maddə 2.1 · 2.1.1-cü hissə· avtomatik yerləşdirilə bilmədi

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 80 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 361 (Cild I); 2024, № 9, maddə 1100; 2025, № 12 (II kitab), maddə 1231) ilə təsdiq edilmiş "İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası"nın II bölməsinin 3-cü hissəsinin birinci cümləsində "hərracların və ya dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakın icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində" sözləri "elektron hərracların və ya dəyəri 5000 manatdan az olan daşınar əmlakın "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müəyyən edilən elektron ticarət platformaları vasitəsilə" sözləri ilə əvəz edilsin.

Rəsmi konsolidə mətndə artıq əks olunub

Bu dəyişikliklər rəsmi konsolidə edilmiş mətndə artıq əks olunub. Onlar yuxarıdakı maddə-maddə izləmədə göstərilməsə də, dəyişikliyin qüvvədə olduğu təsdiqlənir.

  • Söz/ifadə çıxarılırƏlavə 1 · Maddə 15Rəsmi mətndə əks olunub

    15-ci hissənin ikinci abzasından "yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələrin verilməsi," sözləri çıxarılsın;

  • Əvəz edilirƏlavə 1 · Maddə 49Rəsmi mətndə əks olunub

    49-cu hissənin on üçüncü abzasında "açıq hərracdan" sözləri "hərracda" sözü ilə əvəz edilsin;

Bu dəyişikliyin təsir dairəsi

Dəyişiklik başqa qanunların istinad etdiyi 1 maddəyə toxunur. Bu maddələrə istinad edən aktlar da təsirlənə bilər.

  • «İcra haqqında» — maddə 62 qanun istinad edir
    • “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın təsdiq edilməsi barədə
    • “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımınd
Əvvəlki yenilik
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Növbəti yenilik
“Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi barədə