QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

AktivNöv: Qərar·Nömrə: №128·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 4 may 2026

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "İstilik təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 iyul tarixli 442 nömrəli Fərmanının 2.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İstilik enerjisindən istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki:

2.1."İstilik enerjisindən istifadə Qaydaları"nda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən paylayıcının informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir; 2.2."İstilik enerjisindən istifadə Qaydaları"nda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin və texniki şərtlərin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

3. "İstilik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 9, maddə 1324 (Cild I); 2024, № 3, maddə 305, № 4, maddə 450; 2025, № 2, maddə 204, № 12 (II kitab), maddə 1257) ləğv edilsin.

4. "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti "İstilik enerjisindən istifadə Qaydaları"nda nəzərdə tutulan paylayıcının müvafiq informasiya sisteminin formalaşdırılmasını doqquz ay müddətində təmin etsin

İmza

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4 may 2026

Sənəd nömrəsi

№128

Əvvəlki yenilik
“Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Növbəti yenilik
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 aprel tarixli 654 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə