QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27…

AktivNöv: Qərar·Nömrə: №132·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 6 may 2026
3Əlavə edilib0Silinib9Dəyişdirilib
XülasəAI

Nazirlər Kabinetinin bir sıra qərarlarında "yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar" və "qəyyumluq və himayə orqanları" ifadələri "uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar" ilə əvəz olunur, lakin bu əvəzləmə mütləq deyil: qəyyum və himayəçi təyin edilənədək himayədar ailəyə verilmiş uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun yerləşdirilənədək valideyn himayəsindən məhrum uşaqlara münasibətdə səlahiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilir, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalara verilir (məs. Notariat Təlimatına əlavə, Nəqliyyat vasitələrinin qeydiyyatı Əsasnaməsinin maddə 2, Manevr fondu Qaydasının maddə 3, Repatriasiya Qaydalarının maddə 5.1.2, Mediasiya Qaydasının maddə 11.3-1). Sığınacaq Qaydalarının maddə 3.2-də "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya" ifadəsi sadəcə "Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya" ilə əvəz olunur, əlavə istisna qeyd edilmədən.

Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır (×3)

12 dəyişiklikdən 12-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 7
Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə

Əlavə 1 · Maddə 2

2.1
Vərəsəlik üzrə alınan nəqliyyat vasitələrinin qeydiyyatı istisna olmaqla, nəqliyyat vasitələri 18 yaşına, asma mühərrikli velosipedi, kiçik elektrik nəqliyyat vasitəsini, mopedi və motosikletləri isə 16 yaşına çatmış fiziki şəxslərin adına qeydiyyata alınır. Nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının (himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək — valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların) icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.
Hədəf akt 2 / 7
Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə

Əlavə 1

1-2
1-2. Bu Təlimatda nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanının və ya qəyyumluq və himayə orqanının funksiyalarını qəyyum və himayəçi təyin edilənədək himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək — valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirirlər.
Hədəf akt 3 / 7
"İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları"nın təsdiq edilməsi haqqında

Maddə 1

1.4
1.4. Bu Qaydalarda nəzərdə tutulan qəyyumluq və himayə orqanının funksiyalarını himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək — valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirirlər.
Hədəf akt 4 / 7
Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin manevr fondu yaşayış sahəsi ilə təmin olunma qaydası və həmin manevr fondu yaşayış sahələrində yaşamaq müddətinin artırılmasının müstəsna halları”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 3

3.2
yaşayış sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda, cəza çəkməkdən azad edilmiş şəxsin (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) həmin yaşayış sahəsinə yerləşməsinə qəyyumluq və himayə orqanının (himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək — valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların) razılığı olmadıqda.
Hədəf akt 5 / 7
"İnsan alverinin qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları"nın təsdiq edilməsi barədə

Maddə 1

1.2
1.2. Bu Qaydalarda nəzərdə tutulmuş qəyyumluq və himayə orqanının funksiyalarını himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək — valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirirlər.

Əlavə 1 · Maddə 3.2

3.2
Sığınacağın rəhbəri uşaq barədə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədi ilə sığınacağın yerləşdiyi ərazinin qəyyumluq və himayə orqanına, Yetkinlik yaşına çatmayanların işləri vəUşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə dərhal məlumat verir.

Əlavə 1 · Maddə 4.1

4.1
Uşaqların sığınacaqda qalma müddəti 60 gündür. Aşağıdakı hallarda sığınacaq verilmə müddəti xüsusi polis qurumunun, qəyyumluq və himayə orqanının və Yetkinlik yaşına çatmayanların işləri vəUşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti ilə uzadıla bilər:

Əlavə 1 · Maddə 5.1

5.1
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, qəyyumluq və himayə orqanı və Yetkinlik yaşına çatmayanların işləri vəUşaq hüquqlarının müdafiəsi üzrə komissiya sığınacaqda yerləşdirilmiş uşağın hüquq və mənafelərinin Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq konvensiyalara və müqavilələrə uyğun olaraq qorunmasının təmin edilməsi üçün öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görürlər.

Əlavə 1 · Maddə 5.4

5.4
Yetkinlik yaşına çatmayanların işləri vəUşaq hüquqlarının müdafiəsi üzrə komissiya:
Hədəf akt 6 / 7
“İnsan alveri qurbanlarının repatriasiya Qaydaları”nın təsdiq edilməsi barədə

Əlavə 1 · Maddə 5.1

5.1.2
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, qəyyumluq və himayə orqanları (himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək — valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar), yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, qəyyumluq və himayə orqanları(himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək — valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar), yetkinlik yaşına çatmayanların işləri vəuşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən:
Hədəf akt 7 / 7
“Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 11.3-1

11.3-1
Uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişi mediator tərəfindən yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarınaqəyyumluq və himayəçilik orqanına (himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək — valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalara) təqdim edilməlidir.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Əvəz edilirƏlavə 1 · Maddə 3.4×2Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    3.1.5-ci yarımbənddə və 3.4-cü bəndin birinci və ikinci cümlələrində "Yetkinlik yaşına çatmayanların işləri və" sözləri "Uşaq" sözü ilə əvəz edilsin.

  • Yenidən nömrələndi· avtomatik yerləşdirilə bilmədi

    "1. ÜMUMİ MÜDDƏA" hissəsinin birinci abzası 1.1-ci bənd hesab edilsin və aşağıdakı məzmunda 1.2-ci bənd əlavə edilsin: "1.2. Bu Qaydalarda nəzərdə tutulmuş qəyyumluq və himayə orqanının funksiyalarını himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək — valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirirlər.";

  • Əvəz edilir· avtomatik yerləşdirilə bilmədi

    5-ci hissənin adında "YETKİNLİK YAŞINA ÇATMAYANLARIN İŞLƏRİ VƏ" sözləri "UŞAQ" sözü ilə əvəz edilsin.

Əvvəlki yenilik
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 383-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 29 aprel tarixli 655 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə
Növbəti yenilik
“Qaz yanacağı ilə işləyən qurğu və avadanlıqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 001/2026/АZ)”in təsdiq edilməsi barədə