QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə”…

AktivNöv: Qərar·Nömrə: №141·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 12 may 2026
0Əlavə edilib1Silinib16Dəyişdirilib
XülasəAI

Dəyişikliklər bir sıra Nazirlər Kabineti qərarlarından "elektron siqaretlər" (o cümlədən "birdəfəlik istifadə üçün elektron siqaret" və "elektron siqaretlər üçün maye") ifadəsini çıxarır: "Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası"nın maddə 1.3-də, "Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair Tələblər"in maddə 2.1 və 3.1-də, habelə aksiz markalanması Qaydalarının maddə 2.1 (2.1.6 və 2.1.9-cu hissələr), 3.1.2, 7.8, 6.2.1 və 7-ci maddələrində bu termin artıq tütün məmulatlarına bərabər tutulmur və ya markalanma/nişanlama predmeti kimi göstərilmir. Reklamı qadağan olunan əmtəələrin Siyahısında isə "elektron siqaretlər" sözü tam silinmir, əvəzinə 8-ci bənddə "elektron siqaretlər" ifadəsi "nikotin tərkibi olmayan elektron siqaretlər" ilə əvəz olunur, yəni qadağa yalnız nikotinsiz elektron siqaretlərə aid edilir; həmçinin təkrarlanan "12. Qumar oyunları" bəndi siyahıdan çıxarılır. Aksiz markalanması Qaydalarında 2.1.5-2.1.9-cu yarımbəndlər əvəzinə 2.1.5-ci və 2.1.7—2.1.9-cu yarımbəndlərə istinad edilir və mallar siyahısına "alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar" əlavə olunur.

Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

18 dəyişiklikdən 17-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 4
“Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nın təsdiq edilməsi barədə

Əlavə 1

8
Sıra №-si Əmtəələrin adı 1. Sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış əmtəələr 2. İstehsalına (satışına) lisenziya tələb olunan, lakin barəsində belə lisenziya verilməyən əmtəələr 3. Resept əsasında buraxılan dərman vasitələri 4. Dopinq vasitələri 5. İstifadəsinə (tətbiqinə) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş tibb vasitəsi, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodları 6. Hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər 7. Süni mayalanma üzrə tibbi xidmətlər 8. Tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlar, habelə nikotin tərkibi olmayan elektron siqaretlər 9. Satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli kağızlar 10. Qumar oyunları, həmçinin "Bədən tərbiyəsi və idman haqqında" və "Lotereyalar haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar 11. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növləri 13. Pornoqrafiya 14. "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr 15. "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr 16. Ətraf mühit üçün təhlükə potensialı olan əmtəələr: 16.1. İstifadə olunmuş qurğuşun-turşu akkumulyatorlar 16.2. İşlənilmiş batareyalar 16.3. İstifadə olunmuş şinlər 16.4. İşlənilmiş sürtkü və mühərrik yağları
Hədəf akt 2 / 4
“Tütün çəkmək üçün xüsusi ayrılmış yerlərə dair Tələblər”in təsdiq edilməsi barədə

Əlavə 1 · Maddə 2.1

2.1
Tütün çəkmək üçün xüsusi ayrılmış qapalı yerlər (bundan sonra – xüsusi qapalı yerlər) yalnız tütün çəkənlər üçün nəzərdə tutulur (bütün növ qəlyanlar və elektron siqaretlər də bu tələblərin təsir dairəsində tütün məmulatlarına bərabər tutulur) və aşağıdakı tələblərə cavab verməlidir:

Əlavə 1 · Maddə 3.1

3.1
Tütün çəkmək üçün xüsusi ayrılmış açıq yerlər (bundan sonra - xüsusi açıq yerlər) yalnız tütün çəkənlər üçün nəzərdə tutulur (bütün növ qəlyanlar və elektron siqaretlər də bu tələblərin təsir dairəsində tütün məmulatlarına bərabər hesab edilir) və aşağıdakı tələblərə cavab verməlidir:
Hədəf akt 3 / 4
“Tütün məmulatları tullantılarının utilizasiyası Qaydası”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 1.3

1.3.1
tütün məmulatları - tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.). Bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur;
Hədəf akt 4 / 4
“Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi, aksiz markalarının və məcburi nişanlamanın hazırlanması üçün sifarişin verilməsi, onların tətbiqi, satışı və uçotunun aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 2.1

2.1.6
elektron siqaretlər üçün maye;
2.1.9
birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri.

Əlavə 1 · Maddə 3.1

3.1.2
bu Qaydaların 2.1.5-2.1.9-cu2.1.5-ci, 2.1.7—2.1.9-cu yarımbəndlərində qeyd edilən markalanmalı mallara (müsadirə olunmuş mallar istisna olmaqla) - yalnız məcburi nişanlama.

Əlavə 1 · Maddə 6

6.2.1
Azərbaycan Respublikasında müsadirə edilmiş tütün məmulatlarına (o cümlədən istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, habelə alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri) və elektron siqaretlər üçün mayeyə tətbiq edilən aksiz markalarının təsviri:

Əlavə 1 · Maddə 6.7-2

6.7-2
Bu Qaydaların 2.1.5–2.1.9-cu2.1.5-ci, 2.1.7—2.1.9-cu yarımbəndlərində qeyd edilən mallara tətbiq olunan məcburi nişanlanmanın alınması üçün sifarişçi tərəfindən 6.2-ci bəndin tələbləri təmin olunduqda, Xidmət Sistem vasitəsilə bu Qaydaların 6.7-1-ci bəndində qeyd edilən məlumatla yanaşı, aksizi ödəmək vəzifəsi barədə sifarişçiyə 6.7-ci bənd ilə müəyyən olunmuş müraciətə baxılma müddətində məlumat verir.

Əlavə 1 · Maddə 7

7
tütün məmulatlarının (o cümlədən istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri, habelə alışdırılmadan nəfəsə çəkilmək üçün nəzərdə tutulmuş tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri) və elektron siqaretlər üçün mayenin qutusunun üzərinə çap ediləcək məcburi nişanlamanın ölçüləri qablaşdırma ölçülərindən asılı olaraq dəyişilir.

Əlavə 1 · Maddə 7.4

7.4.2
bu Qaydaların 2.1.5-2.1.9-cu2.1.5-ci, 2.1.7—2.1.9-cu yarımbəndlərində qeyd edilən mal nümunələrinin qutularının.

Əlavə 1 · Maddə 7.5

7.5
Bu Qaydaların 2.1.5-2.1.9-cu2.1.5-ci, 2.1.7—2.1.9-cu yarımbəndlərində qeyd edilən mallara tətbiq olunan məcburi nişanlama həmin malların istehsalçıları (o cümlədən Azərbaycan Respublikasından kənardakı istehsalçılar) tərəfindən hər bir malın aşağı künc və ya yan hissəsinə birbaşa çap üsulu ilə çap edilir və ya məcburi nişanlamanın maldan ayrılmasına imkan verməyən başqa bir üsulla nişanlamanın bütövlüyünü və xüsusi cihazla oxunaqlılığını pozmadan tətbiq edilir.

Əlavə 1 · Maddə 7.8

7.8
Bu Qaydaların 2.1.5-ci yarımbəndində qeyd edilən mallar üzrə yalnız siqarlara, o cümlədən ucu kəsilən siqarlara, siqarillalara və bu Qaydaların 2.1.6-2.1.9-cu2.1.7—2.1.9-cu yarımbəndlərində qeyd edilən mallara münasibətdə bu Qaydaların 7.5-ci bəndinin tələblərini yerinə yetirmək mümkün olmadığı təqdirdə, məcburi nişanlama üzərində çap olunmuş yapışqanlı kağızların malın üzərinə yapışdırılması yolu ilə tətbiq edilə bilər.

Əlavə 2 · Maddə 2

2.5
birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Müddəa çıxarılır· avtomatik yerləşdirilə bilmədi

    "2404 12 000 1", "2404 19 000 1" alt yarımmövqelərinə aid sətirlər ləğv edilsin;

  • Söz/ifadə çıxarılır×2· avtomatik yerləşdirilə bilmədi

    "2404 12 000 2" və "2404 19 000 2" alt yarımmövqelərinə aid sətirlərin "Mal mövqelərinin adları" sütunundan "birdəfəlik istifadə üçün elektron siqaret," sözləri çıxarılsın.

  • Müddəa çıxarılır· avtomatik yerləşdirilə bilmədi

    "2404 12 000 1" və "2404 19 000 1" alt yarımmövqelərinə aid sətirlər ləğv edilsin;

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    birinci cümləyə "tütünü" sözündən sonra ", nikotin tərkibli elektron siqaretlər" sözləri əlavə edilsin;

  • Müddəa çıxarılır· avtomatik yerləşdirilə bilmədi

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 oktyabr tarixli 414 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1732 (Cild I); 2024, № 9, maddə 1106) ilə təsdiq edilmiş "Reklamı qadağan olunan əmtəələrin Siyahısı"nın 8-ci hissəsindən "elektron siqaretlər," sözləri çıxarılsın və həmin hissəyə "alışqanlar" sözündən sonra ", habelə nikotin tərkibi olmayan elektron siqaretlər" sözləri əlavə edilsin.

  • Ləğv edilir· avtomatik yerləşdirilə bilmədi

    2.2-ci bənd ləğv edilsin;

Əvvəlki yenilik
“Yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri barədə hesabatların və məlumatların təqdim edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
“Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”də və 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 4 may tarixli 659 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında