QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 28 noyabr tarixli 539 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

AktivNöv: Qərar·Nömrə: №199·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 25 iyun 2026
0Əlavə edilib0Silinib20Dəyişdirilib
XülasəAI

Dəyişikliklər bir sıra Nazirlər Kabineti aktlarında terminoloji unifikasiya aparır: «avtobus dayanacağı»/«dayanacaq» termini «dayanacaq məntəqəsi» (bəzi hallarda «müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqəsi») ifadəsi ilə əvəz olunur, o cümlədən yol standartları, layihələndirmə qaydaları, sərnişin-baqaj daşınması qaydaları və kiçik elektrik nəqliyyat vasitələri qaydalarında (məsələn, maddə 1.2, 1.4, 4.4, 4.28, 7.7, 12.1, 12.2, 8.2-1, 10.2 və reklam qurğuları standartlarının 3.1.8-ci hissəsi). Bakı şəhərində sərnişindaşıma Tələblərinin 5.4.1-ci hissəsində dayanacaq məntəqələrinin reyestrini aparan orqan Bakı Nəqliyyat Agentliyindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əvəz edilir. Yüklərin daşınması Qaydalarının 38.3 və 38.14-cü maddələrində CMR sənədinə istinad «CMR və ya e-CMR» kimi genişləndirilir, elektron qaimə-fakturanın da tanınmasını təmin edir.

Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır (×6)

26 dəyişiklikdən 20-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 7
Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 3

1.14
Avtomobil yollarının layihələndirilməsi zamanı müvafiq yol-nəqliyyat xidməti bina və qurğularının (kompleks bina və qurğular, qurğulara xidmət və gözətçi binaları, avtovağzal və dispetçer məntəqələri, avtobus dayanacaqlarıdayanacaq məntəqələri və pavilyonlar, motellər, istirahət meydançaları, avtomobillər üçün duracaqlar, yeməkxanalar, ticarət obyektləri, yanacaqdoldurma məntəqələri, texniki xidmət stansiyaları, baxış qurğuları, qəza xidməti üçün rabitə qurğuları və s.) tikilməsi nəzərdə tutulmalıdır.
2.4
İşıqsaçan yol örtükləri piyada keçidlərində, avtobus dayanacaqlarındadayanacaq məntəqələrində, sürət keçid zolaqlarında, yoxuşlarda, əlavə zolaqlarda, avtomobillərin dayanması üçün nəzərdə tutulan zolaqlarda, tunellərin içərisində və yolüstü körpülərin altında yerləşən hərəkət hissəsində, dəmir yol keçidlərində, kiçik körpülərdə və başqa manelər olan yerlərdə tətbiq edilməlidir.
2.5
Avtomobil yollarının stasionar işıqlandırılması yaşayış məntəqələrində, yaxınlıqda mövcud elektrik paylayıcı xətt olduqda böyük körpülərdə, avtobus dayanacaqlarındadayanacaq məntəqələrində, Ivə II dərəcəli avtomobil yollarının öz aralarında və dəmir yolu ilə kəsişmə yerlərində, bütün yol birləşmələrində və kəsişmələrində və onlara giriş yollarında (250 metr məsafədən az olmayaraq), dairəvi yol kəsişmələrində və böyük sənaye müəssisələrinə giriş avtomobil yollarında texniki-iqtisadi əsaslandırmaya əsasən nəzərdə tutulmalıdır.

Əlavə 1 · Maddə 6

3.5
Mövcud elektrik paylayıcı şəbəkəsindən istifadə etmək mümkün olduqda isə böyük körpülər, avtobus dayanacaqlarıdayanacaq məntəqələri, Ivə II dərəcəli yolların bir-biri ilə və dəmir yolu ilə kəsişdiyi sahələr, bunlara yanaşmalar ən azı 250 metr məsafədə işıqlandırılmalıdır.
Hədəf akt 2 / 7
“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 1.2

1.2.13
marşrut – müəyyən edilmiş dayanacaqlar və məntəqələr arasındabaşlanğıc və təyinat məntəqələri arasında müəyyən edilmiş dayanacaq məntəqələri ilə sərnişin avtonəqliyyat vasitəsinin hərəkət etdiyi yol;

Əlavə 1 · Maddə 1.4

1.4.1
hərəkətin adi rejimi – avtobusların aralıq məntəqələrdə yerləşən dayanacaqlardadayanacaq məntəqələrində hökmən dayanmasını nəzərdə tutan rejim;

Əlavə 1 · Maddə 4.4

4.4
Marşrutun hər bir sahəsində sərnişin avtonəqliyyat vasitəsinin orta sürəti hesablanır, dayanacaqlarındayanacaq məntəqələri arasında olan məsafənin uzunluğu və reysdə olma müddəti işlənib hazırlanır. Əhalinin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc və sonuncu məntəqələrindən yola düşmənin daha məqsədəuyğun və münasib vaxt müəyyən edilərək, hərəkət cədvəlləri və marşrut sxemləri tərtib edilir.

Əlavə 1 · Maddə 4.28

4.28
Sürücü sərnişinlərin dayanacaqdadayanacaq məntəqəsində minib-düşməsi başa çatdıqdan və yalnız qapıları bağladıqdan sonra avtobusu hərəkətə gətirməli, dayanacaq məntəqələrini aydın və düzgün elan etməli, marşrut üzrə hərəkətin istiqaməti dəyişdikdə isə hər bir dayanacaq məntəqəsində bu barədə elan etməlidir.
Sürücü sərnişinlərin dayanacaq məntəqəsində minib-düşməsi başa çatdıqdan və yalnız qapıları bağladıqdan sonra avtobusu hərəkətə gətirməli, dayanacaqlarıdayanacaq məntəqələrini aydın və düzgün elan etməli, marşrut üzrə hərəkətin istiqaməti dəyişdikdə isə hər bir dayanacaq məntəqəsində bu barədə elan etməlidir.

Əlavə 1 · Maddə 7.7

7.7
Marşrutun, avtobusların hərəkət cədvəlinin və dayanacaq yerlərinindayanacaq məntəqələrinin dəyişdirilməsi, habelə marşrutun bağlanması ərazisindən marşrutun keçdiyi dövlətlərin səlahiyyətli orqanları ilə qabaqcadan razılaşdırıldıqdan sonra həyata keçirilir.

Əlavə 1 · Maddə 8.2-1

8.2-1.2
müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlardadayanacaq məntəqələrində sərnişinləri mindirmək və düşürmək.

Əlavə 1 · Maddə 10.2

10.2.9
sərnişin avtonəqliyyat vasitəsinin hökmən tələb edilməyən dayanacaqlardadayanacaq məntəqələrində dayandırılmasının zəruriliyi barədə sürücünü əvvəlcədən xəbərdar etmək;

Əlavə 1 · Maddə 12.1

12.1.3
daşıyıcının sərnişini daşımaqdan imtina etmək hüququ olduğu hallarda, həmin sərnişinin gedişinə icazə verməmək və ya sərnişinin yaxın dayanacaqdadayanacaq məntəqəsində avtonəqliyyat vasitəsini tərk etməsi üçün zəruri tədbirlər görmək;

Əlavə 1 · Maddə 12.2

12.2.20
dayanacaqlarıdayanacaq məntəqələrini, şəhərlərarası (rayonlararası) və beynəlxalq daşımalarda isə dayanma müddətini elan etmək, habelə hərəkətin marşrutunda dəyişikliklərin edilməsi haqqında hər bir dayanacaq məntəqəsində sərnişinlərə məlumat vermək;
Hədəf akt 3 / 7
“Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 38.3

38.3
Daşıyıcı yükü qəbul edərkən CMR-də və ya e-CMR￾də olan yük yerlərinin sayı, onların markalanması və nömrələnməsi, həmçinin yükün və onun qablaşdırılmasının xarici vəziyyətinə aid məlumatları yoxlamalıdır.

Əlavə 1 · Maddə 38.14

38.14
CMR-də və ya e-CMR￾də müəyyən edilən şərtlərlə yükün təhvil verilmə yerinə gəlib çatması mümkün olmadıqda, daşıyıcı qanunvericiliklə müəyyən olunmuş qaydalara riayət etməklə, yükü xüsusi və ya kirayə edilmiş anbarda saxlaya bilər.
Hədəf akt 4 / 7
“Reklam qurğularının yol kənarında yerləşdirilməsi Standartları”nın təsdiq edilməsi barədə

Əlavə 1 · Maddə 3.1

3.1.8
yaşayış məntəqələrindən kənarda ümumi istifadədə olan müntəzəm sərnişin nəqliyyat vasitələrinin dayanacaqlarındandaşımalarını yerinə yetirən avtomobil nəqliyyatının dayanacaq məntəqələrinə 25 metrdən, yaşayış məntəqələrində isə 15 metrdən daha yaxın məsafədə;
Hədəf akt 5 / 7
“Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobusların və taksi minik avtomobillərinin sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 5.4

5.4.1
Hər bir avtobus dayanacaq məntəqəsi Bakı Nəqliyyat AgentliyiAzərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən aparılan vahid reyestrdə qeydə alınır. Reyestrdə dayanacaq məntəqəsinin adı, ünvanı, texniki göstəriciləri və başqa zəruri məlumatlar qeyd edilir.
Hədəf akt 6 / 7
“Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 4.1

4.1.7
şəhər ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarınınmüntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələrinin, taksi duracaqlarının və parklanma məntəqələrinin (yerlərinin) optimallaşdırılması;
Hədəf akt 7 / 7
“Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə qaydaları, habelə kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri”nin təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 2.2

2.2.2
nəqliyyat infrastrukturu obyektlərinin (metro və dəmiryol stansiyaları, avtobus dayanacaqlarımüntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri, nəqliyyat mübadilə məntəqələri) mövcudluğu;

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Ləğv edilir· avtomatik yerləşdirilə bilmədi

    "Bakı şəhəri sərnişin nəqliyyatının işinin daha da təkmilləşdirilməsi və onun maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 8 iyul tarixli 388 nömrəli Qərarının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 noyabr tarixli 601 nömrəli Qərarı; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) 1-ci hissəsinin z) bəndi ləğv edilsin.

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    38-ci hissənin adına "qaiməsinin" sözündən sonra "və ya elektron əmtəə-nəqliyyat qaiməsinin" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 38.1· avtomatik yerləşdirilə bilmədi

    38.1-ci bəndin birinci cümləsinə "üç nüsxədə," sözlərindən sonra "beynəlxalq nümunəli elektron əmtəə-nəqliyyat qaiməsi (bundan sonra — e-CMR) Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "AYNA" informasiya sistemində yaradılmış "e-CMR" altsistemində" sözləri əlavə edilsin, həmin bəndə aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilsin: "Daşıyıcı daşıma başlanan anadək informasiya sistemində e-CMR-i təsdiq etməlidir. Daşıyıcı tərəfindən e-CMR-in təsdiq olunmaması həmin e-CMR-in rəsmiləşdirilməməsi hesab olunur.";

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 38.2Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    38.2-ci bəndə "CMR-ə" sözlərindən sonra "və ya e-CMR-ə" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 38.6Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    38.6-cı bəndə "CMR" akronimindən sonra "və ya e-CMR" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 38.7Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    38.7-ci bəndə "CMR-ə" sözlərindən sonra "və ya e-CMR-ə" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 38.9Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    38.9-cu bəndin birinci cümləsinə "CMR" akronimindən sonra "və ya e-CMR" sözləri, ikinci cümləsinə "CMR-də" sözlərindən sonra "və ya e-CMR-də" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 38.11×2Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    38.11-ci bəndin birinci və ikinci cümlələrinə "CMR-də" sözlərindən sonra "və ya e-CMR-də" sözləri əlavə edilsin.

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    həmin Qaydaya 1 nömrəli əlavə — "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin peşəkarlıq səriştəsinə dair Proqram"ın 6.1-ci bəndinin "Mövzuların adı" sütununa "qaiməsinin (CMR)" sözlərindən sonra "və elektron əmtəə-nəqliyyat qaiməsinin" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    həmin Qaydaya 2 nömrəli əlavə — "Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair Proqram"ın 5.1-ci bəndinin "Mövzuların adı və tədris sualları" sütununa (hər iki halda) "qaiməsinin (CMR)" sözlərindən sonra "və elektron əmtəə-nəqliyyat qaiməsinin" sözləri əlavə edilsin.

Əvvəlki yenilik
“Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Növbəti yenilik
“Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən daxili nəzarət sisteminin qurulması və mümkün vergi riskləri barədə məlumatın, həmin risklərə nəzarət prosedurunun vergi orqanına təqdim edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında