QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının…

AktivNöv: Qərar·Nömrə: №228·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 21 iyul 2026
0Əlavə edilib0Silinib10Dəyişdirilib
XülasəAI

Dəyişikliklər «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Qanuna əsas dəyişikliklərin icrası məqsədilə bir sıra Nazirlər Kabineti qərarlarındakı Nümunəvi Nizamnamələrdə «valideynlərini itirmiş və (ya)» ifadəsini çıxarır, nəticədə yalnız «valideyn himayəsindən məhrum olmuş uşaqlar» termini saxlanılır (məs. Ailə tipli kiçik qrup evi Nizamnaməsinin maddə 1.3-də, Uşaq evləri Nizamnaməsinin maddə 1.3 və 2.1-də, xüsusi təlim-tərbiyə müəssisəsi haqqında Qərarın maddə 3.6 və 4.1.24-də, vətəndaşlığa mənsubiyyətin müəyyən edilməsi Qaydasının maddə 3.10-da). Əlavə olaraq, Ailə tipli kiçik qrup evi Nizamnaməsinin maddə 1.3-ə «əlilliyi olan uşaqlar da» ifadəsi əlavə edilərək xidmət əhatəsi genişləndirilir, vətəndaşlığa mənsubiyyət Qaydasının maddə 2-si isə dəyişikliklərin əsaslandığı Prezident Fərmanına istinadı yeniləyir (2002-ci il 772 nömrəli Fərman əvəzinə 2023-cü il 2328 nömrəli Fərmanın 3.5-ci bəndi göstərilir).

10 dəyişiklikdən 10-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 5
“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

Maddə 2

2
2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.2. Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"nin 3.5-ci bəndinə uyğun edilə bilər.

Əlavə 1 · Maddə 3.10

3.10
Valideynlərini itirmiş və valideynValideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatı kimi onların yaşadıqları müəssisələr, yataqxanalar ( valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün), qəyyumun (himayəçinin) və ya övladlığa götürən şəxsin yaşayış yeri qəbul edilir.
Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatı kimi onların yaşadıqları müəssisələr, yataqxanalar (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün), qəyyumun (himayəçinin) və ya övladlığa götürən şəxsin yaşayış yeri qəbul edilir.
Hədəf akt 2 / 5
“Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 may tarixli 194 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Əlavə 1 · Maddə 1.3

1.3
Uşaq evi valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqlara (bundan sonra – uşaqlar) sosial xidmət göstərən publik hüquqi şəxsdir.

Əlavə 1 · Maddə 2.1

2.1
Növündən asılı olaraq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların həyat səviyyəsini ağırlaşdıran, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran halların qarşısının alınmasını, çətin həyat şəraiti yarandıqda ehtiyacı olan uşaqlara sosial xidmətin göstərilməsini təmin edən uşaq evlərinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
Hədəf akt 3 / 5
“Dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Ailə tipli kiçik qrup evinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 13 avqust tarixli 207 nömrəli Qərarının ləğv edilməsi barədə

Əlavə 1 · Maddə 1.3

1.3
Qrup evi əlilliyi olan uşaqlar da daxil olmaqla valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar (bundan sonra – uşaqlar) üçün nəzərdə tutulmuş ailə əsaslı qayğı xidmətləri də daxil olmaqla sosial xidmət göstərən publik hüquqi şəxsdir.
Hədəf akt 4 / 5
“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə

Əlavə 1 · Maddə 3

2.2.2
övladlığa götürənlərə münasibətdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının, qəyyumlara münasibətdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar üzərində qəyyumluq müəyyən edilməsi barədə müvafiq qərarın surəti;
Hədəf akt 5 / 5
“Dövlət tərəfindən yaradılan açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri haqqında Nümunəvi Nizamnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 65 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

Maddə 3

4.1.24
müəssisədən buraxılan valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş şagirdi işlə təmin olunanadək və ya gələcək təhsili ilə bağlı məsələlər həll edilənədək 3 (üç) ay ərzində müəssisədə yaşayış və yeməklə təmin etmək;
6.23
Şagirdlər tam dövlət təminatındadırlar. Müəssisələrdə təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər qanunla müəyyən edilmiş bütün imtiyaz və güzəştlərdən istifadə edirlər.
3.6
Şagirdlər müəssisədən buraxılandan sonra valideynlərinin və ya digər qanuni nümayəndələrinin yanına, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar isə onlar üçün nəzərdə tutulmuş müvafiq müəssisələrə göndərilirlər.
Əvvəlki yenilik
“Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 15 iyul tarixli 724 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə
Növbəti yenilik
“Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında