QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

AktivNöv: Qərar·Nömrə: №238·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 27 iyul 2026

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 425-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 29 iyun tarixli 702 nömrəli Fərmanının 4-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci iI 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 448, 469, № 7, maddələr 895, 915, № 8, maddə 996, № 12 (I kitab), maddə 1326 (II kitab), maddə 1428; 2025, № 3, maddələr 273, 294, № 7, maddə 707, № 9, maddə 854, № 12 (II kitab), maddə 1257; 2026, № 4, maddə 380; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı iI 15 may tarixli 149 nömrəli Qərarı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı"nın 2-ci hissəsinə aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin: "2-6/ Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi"

İmza

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 27 iyul 2026

Sənəd nömrəsi

№238

Əvvəlki yenilik
“Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 441-VIIQD nömrəli Qanununun tətbiqi və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 17 iyul tarixli 726 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə
Növbəti yenilik
Z.M.Əliyevin Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı