QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 26 dekabr tarixli 559 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

AktivNöv: Qərar·Nömrə: №239·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 27 iyul 2026
0Əlavə edilib0Silinib10Dəyişdirilib
XülasəAI

Dəyişikliklər "mopedləri" nəqliyyat vasitələri tənzimlənməsinin dövlət qeydiyyatı, özgəninkiləşdirilməsi/girov qoyulması, yol nəqliyyat hadisələrinin uçotu və sürücülük hazırlığı/imtahan qaydalarına dair bütün müvafiq əsasnamə və qərarların əhatə dairəsinə əlavə edir (məs., qeydiyyat haqqında Əsasnamənin maddə 1.1, 1.2, 1.3; özgəninkiləşdirmə qaydasının maddə 1; YHT haqqında qərarın maddə 3, hissə 3.1 və 3.6.1). Sürücülük vəsiqəsi kateqoriyalarına dair Əsasnamədə (maddə 1.3) "Al" kateqoriyasına mopedlər, trisikllər və yüngül kvadrisikllər əlavə olunur, maddə 1.5-də isə 16 yaşdan idarəetmə hüququ siyahısından "mopedi" sözü çıxarılır (bu, əvvəlki ümumi qaydanın xüsusi alt-kateqoriyaya bölünməsini əks etdirir). Həmçinin özgəninkiləşdirmə qaydasının maddə 1-də "Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən" ifadəsindən "və digər birləşmələrdən" hissəsi çıxarılaraq istisnanın əhatəsi daraldılır.

17 dəyişiklikdən 10-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 3
Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə

Maddə 1.1

1.1
Bu Əsasnamə "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan bütün mexaniki nəqliyyat vasitələri və onların qoşqularının, habelə mopedlərin (bundan sonra "nəqliyyat vasitələri") dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması (bundan sonra "qeydiyyat") qaydalarını müəyyən edir.

Əlavə 1 · Maddə 1.2

1.2
1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını, habelə mopedləri Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində;**

Əlavə 1 · Maddə 1.3

1.3
Nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl,moped, traktor və qoşqulara bir ədəd) verilir.

Əlavə 2 · Maddə 1

1.1
Bu qaydalar "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır və Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının, habelə mopedlərin (bundan sonra "nəqliyyat vasitələri") özgəninkiləşdirilməsi və girov qoyulması qaydalarını müəyyən edir.
Hədəf akt 2 / 3
Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Əlavə 2 · Maddə 1.3

1.3
1) "Al" - mühərrikinin mopedləri, habelə elektrik mühərriki olan və ya işçi həcmi 125 kubsm-dən və mühərrikinin gücü 11 k Vt-dan çox olmayan motosikletləri, trisiklləri və yüngül kvadrisiklləri idarə etmək üçün;

Əlavə 2 · Maddə 1.5

1.5
2) asma mühərrikli velosipedi, mopedi və "A1" altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 16 yaşdan;

Əlavə 2 · Maddə 5

5
MotosikletdəVƏ MOPEDDƏ İmtahan qəbul etmənin təşkili və tələbləri
5.1
Bir qayda olaraq, idarəetmə vərdişi bir nəfərlik motosikletdə,mopedlərdə, motorollerdə, trisikllərdə və yüngül kvadrisikllərdə yoxlanılır.
Hədəf akt 3 / 3
Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında

Əlavə 3 · Maddə 3

3.1
Nəqliyyat vasitələrinin uçotu "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının, habelə mopedlərin müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında" Əsasnamə ilə nizamlanır.
3.6.1
Hərəkətdə olan ən azı bir mexaniki nəqliyyat (tramvaylar da daxil olmaqla) vasitəsi iləvasitəsi, habelə mopedlərlə əlaqədar adamların ölməsinə, yaralanmasına və ya nəqliyyat vasitələrinin, yükün, yolun, yol və digər qurğuların və sair mülkiyyətinin zədələnməsinə səbəb olmuş yol nəqliyyat hadisələri uçota alınmalıdır.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    adına və 1-ci hissəsinə "qoşqularının" sözündən sonra ", habelə mopedlərin" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunurƏlavə 1 · Maddə 1.1· avtomatik yerləşdirilə bilmədi

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 3, maddə 196 (Cild I); 2024, № 1, maddə 111, № 2, maddə 210; 2025, № 2, maddə 196, № 9, maddə 858) ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"nin 1.1-ci bəndinin 1-ci yarımbəndinə "yarımqoşqularına" sözündən və 1.4-cü bəndinə "(yarımqoşqularına)" sözündən sonra ", habelə mopedlərə" sözləri əlavə edilsin.

  • Əvəz edilirƏlavə 2 · Maddə 3 · 3.2-cü hissə · 3.2.1-ci bənd· avtomatik yerləşdirilə bilmədi

    birinci abzasda "Mexaniki nəqliyyat" sözləri "Nəqliyyat" sözü ilə əvəz edilsin;

  • Müddəa əlavə olunurƏlavə 2 · Maddə 3 · 3.2-cü hissə · 3.2.2-ci bənd· avtomatik yerləşdirilə bilmədi

    ikinci abzasa "motosikletləri," sözündən sonra "mopedləri," sözü əlavə edilsin;

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - "Sürücülük vəsiqəsinin təsviri"nin birinci abzasına və 1.1-ci bəndinə "Motosikletləri," sözündən sonra "mopedləri," sözü əlavə edilsin;

  • Müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - "Sürücülük vəsiqəsinin spesifikasiyası"nın birinci abzasına və 1.1-ci bəndinə "Motosikletləri," sözündən sonra "mopedləri," sözü əlavə edilsin;

  • Müddəa əlavə olunurMaddə 1· avtomatik yerləşdirilə bilmədi

    həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - "Sürücülük vəsiqəsinin nümunəsi"nin birinci abzasına "Motosikletləri," sözündən sonra "mopedləri," sözü əlavə edilsin.

Əvvəlki yenilik
“Nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləğinin nəqliyyat vasitəsinin sahibinə qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında
Növbəti yenilik
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 447-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 iyul tarixli 727 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə