Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1206 (Cild I); 2024, № 5 (II kitab), maddə 592, № 11, maddə 1246; 2025, № 12 (II kitab), maddə 1257) ilə təsdiq edilmiş 1 nömrəli əlavə — "Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi"nin "Komissiyanın üzvləri:" hissəsinin on dördüncü abzasında "direktoru" sözü "direktorunun müavini" sözləri ilə əvəz edilsin
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 27 iyul 2026
Sənəd nömrəsi
№241