QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”də və 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

AktivNöv: Fərman·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 4 may 2026
0Əlavə edilib0Silinib2Dəyişdirilib
XülasəAI

Fərman «Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə»nin 3.10 və 3.11-ci bəndlərinə dəyişiklik edir. Maddə 3.10-a əsasən, Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktların Ədliyyə Nazirliyinə daxil olduğu gündən Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas olub-olmamasına dair yoxlama müddəti 7 iş günündən 15 iş gününə artırılır. Maddə 3.11-ə əsasən, aktların təqdim olunduğu andan Dövlət Reyestrinə daxil edilmiş sayılması üçün nəzərdə tutulan müddət də eynilə 7 iş günündən 15 iş gününə uzadılır, əlavə olaraq bu müddət bitdikdən sonra bir iş günü ərzində Ədliyyə Nazirliyi tərəfindən aktın vaxtında daxil edilməməsinin səbəbləri barədə əsaslandırılmış məlumat verilməməsi şərti əlavə edilir.

2 dəyişiklikdən 2-si maddə-maddə izlənir.

Dəyişdirilən akt
“Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

Əlavə 1 · Maddə 3.10

3.10
Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən yeddion beş iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtinaya əsas olub-olmamasına dair yoxlanılır. Yoxlama aparılarkən hüquqi aktlar məcburi hüquqi ekspertizadan keçirilir. Məcburi hüquqi ekspertizanın rəyi "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 51.1-ci maddəsinə müvafiq olaraq tərtib edilməlidir.

Əlavə 1 · Maddə 3.11

3.11
Bu Əsasnamənin 3.4-cü bəndində nəzərdə tutulmuş hüquqi aktlar Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunduqdan sonra yeddion beş iş günü müddətində Dövlət Reyestrinə daxil edilmək üçün qəbulundan imtina edilməyibsə, həmin aktlar Dövlət Reyestrinə daxil edilmiş hesab olunur və rəsmi dərc edilməlidir, bu şərtlə ki, həmin müddət bitdikdən sonra bir iş günü ərzində Ədliyyə Nazirliyi tərəfindən hüquqi aktın Dövlət Reyestrinə vaxtında daxil edilməməsinin səbəbləri barədə hüquqi aktı qəbul etmiş orqana (quruma) əsaslandırılmış məlumat verilməmiş olsun. Gün ərzində Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktlar növbəti gün saat 00.00-da Dövlət Reyestrinin elektron variantında dərc edilir.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Əvəz edilirƏlavə 2 · Maddə 5.5· avtomatik yerləşdirilə bilmədi

    Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 626 (Cild I); 2024, № 5 (I kitab), maddə 516) ilə təsdiq edilmiş "Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"nin 3.10-cu və 3.11-ci bəndlərinin birinci cümlələrində "yeddi" sözü "on beş" sözləri ilə əvəz edilsin.

Əvvəlki yenilik
“Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 aprel tarixli 384-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 28 aprel tarixli 654 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə
Növbəti yenilik
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu