QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında

AktivNöv: Qanun·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 6 may 2026
9Əlavə edilib3Silinib14Dəyişdirilib
XülasəAI

Qanun İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə çoxsaylı düzəlişlər edir. Ən əhəmiyyətli dəyişikliklər bunlardır: 38.6-cı maddədə inzibati tənbeh haqqında elektron qərarların elektron kabinetə yerləşdirilməsi üçün 24 saatlıq müddətin başlanğıc anı dəqiqləşdirilir – ümumi qaydada sənədin tərtib olunduğu vaxtdan, lakin 122.1-ci maddədə nəzərdə tutulan elektron qərar və onun əlavəsi (foto/video) üçün xüsusi olaraq inzibati xətanın törədildiyi vaxtdan hesablanır; 57.6-cı maddə yeni redaksiyada təsdiqlənir və 57.6-1-ci yeni bənd əlavə olunaraq yol hərəkəti qaydaları pozuntuları üzrə qərar və ya protokol surətinin yerində təqdim edilməsi yolu ilə rəsmi verilməsi tənzimlənir; 97.4-cü maddədən sənədlərin təqdim edildikdən sonra nəqliyyat vasitəsinin dərhal buraxılması barədə müddəa çıxarılır. Yeni 189-5-ci maddə uşaqlara qarşı davamlı təzyiq və aqressiv davranışın qarşısının alınmamasına görə (fiziki şəxslər 300-400 manat, vəzifəli şəxslər 500-600 manat), yeni 388-3-cü maddə isə süni intellektlə hazırlanmış materialların müvafiq nişanlanma olmadan yayılmasına görə (80-150 manat) məsuliyyət müəyyən edir; 410-cu maddədə cərimələr faiz əsaslı hesablamaya keçirilir (vəzifəli şəxslər üçün vəsaitin 100%-i məbləğində).

Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır (×6)

44 dəyişiklikdən 26-si maddə-maddə izlənir, 17-si rəsmi mətndə əks olunub.

Hədəf akt 1 / 2
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

Maddə 38

38.6
İnzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar tərtib olunduğu vaxtdan (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan) 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz.
İnzibati tənbeh vermə haqqında elektron qərar , habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar tərtib olunduğu vaxtdan (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) isə inzibati xətanın törədildiyi vaxtdan) 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz.

Maddə 57

57.6
57.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə elektron qərar, habelə bu Məcəllənin 124.4-1-ci maddəsində qeyd olunan yuxarı səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar və bu Məcəllənin 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunan inzibati tənbeh vermə haqqında qərar nəqliyyat vasitəsinin istifadəçisi (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üçün internet informasiya ehtiyatında yaradılmış elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada verilir. Həmin qərarlar aşağıdakı vaxtdan rəsmi qaydada verilmiş hesab edilir:57.6. Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə elektron qərar, habelə bu Məcəllənin 124.4-1-ci maddəsində qeyd olunan yuxarı səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərar və bu Məcəllənin 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunan inzibati tənbeh vermə haqqında qərar nəqliyyat vasitəsinin istifadəçisi (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üçün internet informasiya ehtiyatında yaradılmış elektron kabinetə yerləşdirilməklə rəsmi qaydada verilir. Həmin qərarlar aşağıdakı vaxtdan rəsmi qaydada verilmiş hesab edilir:
57.6.3

Yenidən nömrələndi

57.6.3
57.6.3. bu Məcəllənin 57.5-1.1-ci və 57.5-1.2-ci maddələrində nəzərdə tutulmuş vaxtdan
57.6.4
"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə qərar və ya elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda);
57.6.5
bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə qərar və ya elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda).
57.6-1
57.6-1. Səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bilavasitə aşkar edilən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti yerində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməsi yolu ilə rəsmi qaydada verilir.

Maddə 57-1

57-1.1.3
səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad), o cümlədən elektron protokol və elektron qərar əlavə edilmiş materiallarla birlikdə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün 2 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir (bu Məcəllənin 57.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla).

Maddə 63

63
Qanunla nəzərdə tutulmuş əməllə təmsil edilən şəxsə mənəvi, fiziki və ya maddi ziyan vurması istinad edilən şəxs həmin şəxsin qanuni nümayəndəsi qismində inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçısı ola bilməz.

Maddə 97

97.3
Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulmasına, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs müvafiq olaraq inzibati cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla), habelə nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart, internet və ya ödəmə terminalı vasitəsilə ödəyə bilər. Bu Məcəllənin 97.2-ci maddəsinə uyğun olaraq saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarıldıqda, ona müvafiq inzibati xəta haqqında protokolun və inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir (bu Məcəllənin 57.6-cı və 57.6-1-ci maddələrinə uyğun olaraq həmin sənədlərin rəsmi qaydada verildiyi hallar istisna olmaqla).Bu Məcəllənin 97.2-ci maddəsinə uyğun olaraq saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarıldıqda, ona müvafiq inzibati xəta haqqında protokolun və inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir (bu Məcəllənin 57.6-cı və 57.6-1-ci maddələrinə uyğun olaraq həmin sənədlərin rəsmi qaydada verildiyi hallar istisna olmaqla). Nəqliyyat vasitəsi onun saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın surəti də sürücüyə verilir. Bu halda sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
97.4
Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə elektron qərarın, habelə bu Məcəllənin 124.4-1-ci maddəsində qeyd olunan yuxarı səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın və bu Məcəllənin 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunan inzibati tənbeh vermə haqqında qərarın 20 gün müddətində bu Məcəllənin 57.6.3-cü maddəsinə uyğun olaraq rəsmi qaydada verilməsi (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə münasibətdə bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada sənədlərin çatdırılması) mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir.Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə elektron qərarın, habelə bu Məcəllənin 124.4-1-ci maddəsində qeyd olunan yuxarı səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın və bu Məcəllənin 124.5-ci və 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada tərtib olunan inzibati tənbeh vermə haqqında qərarın 20 gün müddətində bu Məcəllənin 57.6.3-cü maddəsinə uyğun olaraq rəsmi qaydada verilməsi (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə münasibətdə bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada sənədlərin çatdırılması) mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda nəqliyyat vasitəsi dayandırılaraq barəsində inzibati xəta haqqında iş üzrə qərar və ya elektron qərar qəbul edilmiş şəxsə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır.

Maddə 116

205-1
Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 205-1.1.2–205-1.1.4, 205-1.1.6, 205-1.2, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır.

Maddə 124

124.6
Bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati tənbeh vermə haqqında qərar bu Məcəllənin 124.4-cü maddəsində nəzərdə tutulmuş qaydada operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir .

Maddə 181

181.0.2
təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri olmayan psixoloji zorakılığa yol verilməsinə;

Maddə 189-4

189-4
Maddə 189-4. Uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın verilməməsi
Uşaqda zorakılıq hərəkətlərinin əlamətlərinin aşkar edilməsi barədə məlumatın valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya verilməməsinə görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 189-5

189-5
Maddə 189-5. Uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmaması
Təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrində və penitensiar müəssisələrdə uşaqlara, o cümlədən uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə – fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.

Maddə 388-3

388-3
Maddə 388-3. Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materialların müvafiq nişanlanma olmadan yayılması
Foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma olmadan mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayılmasına görə – səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə "nişanlanma" dedikdə, foto, video və ya audio materialların hazırlandığı süni intellekt texnologiyalarının avtomatik verdiyi, habelə həmin materiallara əlavə edilən vizual, səsli və ya mətn əsaslı işarələnmə başa düşülür.

Maddə 410

1

Yenidən nömrələndi — yeni nömrə: 1

410.1
410.1. Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına, o cümlədən dövlət büdcəsindən, büdcədənkənar dövlət fondlarından, məqsədli büdcə fondlarından ayrılan vəsaitdən, habelə digər dövlət vəsaitindən təyinatı üzrə istifadə olunmamasına, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə, normativdən artıq ştat vahidinin saxlanılmasına görə –410.1. Dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşdirilən təşkilatların, dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulmasına, o cümlədən dövlət büdcəsindən, büdcədənkənar dövlət fondlarından, məqsədli büdcə fondlarından ayrılan vəsaitdən, habelə digər dövlət vəsaitindən təyinatı üzrə istifadə olunmamasına, yaxud büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə, normativdən artıq ştat vahidinin saxlanılmasına görə –
410.2
Eyni əməllər iki min manatdan dörd min manatadək məbləğdə törədildikdə -

Maddə 432

432.4
fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Maddə 523-1

523-1
Maddə 523-1. Dilənçiliklə məşğul olma
523-1.1. Dilənçiliklə məşğul olmağa görə - xəbərdarlıq edilir, yaxud yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on günədək müddətə inzibati həbs tətbiq olunur. 523-1.2. Yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə – iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur.";

Maddə 525-1

525-1
"Maddə 525-1. Uşağa qarşı cismani cəzanın tətbiqi
Valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə – iki yüz manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 525-1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.";

Maddə 528-3

528-3
Maddə 528-3. Xüsusi icra məmurları haqqında qanunvericiliyin pozulması
528-3.1. "Xüsusi icra məmurları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq and içməyən və barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilməyən şəxs tərəfindən xüsusi icra məmuru fəaliyyətinin göstərilməsinə görə - min beş yüz manat məbləğində cərimə edilir. 528-3.2. Xüsusi icra məmurunun vahid geyim formasını və (və ya) xüsusi icra məmurunun nişanını qanunsuz olaraq daşımağa görə - inzibati xətanın obyekti olmuş geyim forması və xüsusi nişan müsadirə edilməklə beş yüz manatdan yeddi yüz manatadək məbləğdə cərimə edilir. 528-3.3. Xüsusi icra məmurları tərəfindən Xüsusi İcra Məmurlarının Reyestrində olan məlumatlarda baş vermiş dəyişikliklər haqqında 3 (üç) iş günü müddətində reyestri aparan orqana məlumat verilməməsinə görə - beş yüz manat məbləğində cərimə edilir. 528-3.4. Barəsindəki məlumatlar Xüsusi İcra Məmurlarının Reyestrinə daxil edilmədən xüsusi icra məmurunun köməkçisi kimi fəaliyyətə başlamasına görə - xəbərdarlıq edilir və ya beş yüz manat məbləğində cərimə edilir. 528-3.5. Xüsusi icra məmurunun köməkçisinin müstəqil olaraq xüsusi icra məmurunun fəaliyyəti ilə məşğul olmasına, icra hərəkətlərini həyata keçirməsinə görə - min beş yüz manat məbləğində cərimə edilir. 528-3.6. İcra sənədlərinin icrası ilə bağlı xüsusi icra məmurunun qanuni fəaliyyətinə müdaxilə edilməsinə görə - fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir. 528-3.7. Xüsusi icra məmurları tərəfindən dövlət və digər informasiya ehtiyatları və sistemlərindən icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar zəruri olmayan məlumatların əldə edilməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 528-3.5-ci və 538-3.6-cı maddələri həmin maddələrdə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
Hədəf akt 2 / 2
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Maddə 63

63.3
Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsindəmaddəsinin birinci cümləsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Əvəz edilirMaddə 43 · 43.1-cü hissə· avtomatik yerləşdirilə bilmədi

    43.1-ci maddədən "410.3," və "445-1," rəqəmləri çıxarılsın və həmin maddədə "525–535" rəqəmləri "523-1, 525, 526-528-2, 528-3.2, 528-3.6, 528-3.7, 529–535" rəqəmləri ilə əvəz edilsin.

  • Əvəz edilirMaddə 45-1 · 45-1.1-cü hissə· avtomatik yerləşdirilə bilmədi

    45-1.1-ci maddədə "nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – "İCMAL" informasiya sistemi) yaradılır" sözləri "nəzarət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İnzibati cərimələrin mərkəzi avtomatlaşdırılmış lövhəsi" altsistemi (bundan sonra – "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İCMAL" altsistemi) vasitəsilə həyata keçirilir" sözləri ilə əvəz edilsin;

  • Müddəa əlavə olunurMaddə 57-1Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    57.1-ci maddənin birinci cümləsinə "çatdırılır" sözündən sonra "(bu Məcəllənin 57.6-cı maddəsinin müddəaları nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

  • Əvəz edilirMaddə 57 · 57.5-cü hissə×2Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    57.5-ci və 57.5-1-ci maddələrin birinci abzaslarında "hallarda" sözü "vaxtdan" sözü ilə əvəz edilsin;

  • Əvəz edilirMaddə 97 · 97.3-cü hissə· avtomatik yerləşdirilə bilmədi

    dördüncü cümlədə "Sürücü" sözü "Bu halda sürücü" sözləri ilə əvəz edilsin;

  • Müddəa əlavə olunurMaddə 97 · 97.4-cü hissəBu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    ikinci cümləyə "üzrə" sözündən sonra "qərar və ya" sözləri əlavə edilsin.

  • Əvəz edilirMaddə 122 · 123.1-cü hissə· avtomatik yerləşdirilə bilmədi

    123.1-ci maddədə "maddəsində" sözü ", 124.5-ci və 124.6-cı maddələrində" sözləri ilə əvəz edilsin.

  • Yenidən nömrələndiMaddə 279· avtomatik yerləşdirilə bilmədi

    279.0.4-1-ci maddə 279.1.4-1-ci maddə hesab edilsin.

  • Söz/ifadə çıxarılırMaddə 326-2 · 326-2.4-cü hissəBu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    326-2.4-cü maddənin dispozisiyasından ikinci halda "ya" sözü çıxarılsın.

  • Müddəa əlavə olunurMaddə 410Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    adına "təşkilatların" sözündən sonra ", dövlətə məxsus olan hüquqi şəxslərin" sözləri əlavə edilsin;

  • Əvəz edilirMaddə 410· avtomatik yerləşdirilə bilmədi

    mətni 1-ci bənd hesab edilsin və həmin bənddə "410-cu" sözləri "410.1-ci" sözləri ilə əvəz edilsin;

  • Yeni müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    aşağıdakı məzmunda 2-ci və 3-cü bəndlər əlavə edilsin: "2. Bu Məcəllənin 410.1-ci və 411-1-ci maddələrində "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur. 3. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xətanın bilavasitə obyekti olmuş vəsaiti tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.".

  • Ləğv edilirMaddə 411-1Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    411-1-ci maddənin "Qeyd" hissəsi ləğv edilsin.

  • Yeni müddəa əlavə olunur· avtomatik yerləşdirilə bilmədi

    aşağıdakı məzmunda 2-ci və 3-cü bəndlər əlavə edilsin: "2. Bu Məcəllənin 410.1-ci və 411-1-ci maddələrində "dövlətə məxsus olan hüquqi şəxslər" dedikdə paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan kommersiya hüquqi şəxsləri, dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər, habelə qeyd olunan hüquqi şəxslərin yaratdığı paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə həmin hüquqi şəxslərə məxsus olan törəmə təsərrüfat cəmiyyətləri, qeyri-kommersiya hüquqi şəxsləri və publik hüquqi şəxslər nəzərdə tutulur. 3. Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xətanın bilavasitə obyekti olmuş vəsaiti tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.".

Rəsmi konsolidə mətndə artıq əks olunub

Bu dəyişikliklər rəsmi konsolidə edilmiş mətndə artıq əks olunub. Onlar yuxarıdakı maddə-maddə izləmədə göstərilməsə də, dəyişikliyin qüvvədə olduğu təsdiqlənir.

  • Söz/ifadə çıxarılırMaddə 43 · 43.1-cü hissəRəsmi mətndə əks olunub

    43.1-ci maddədən "410.3," və "445-1," rəqəmləri çıxarılsın və həmin maddədə "525–535" rəqəmləri "523-1, 525, 526-528-2, 528-3.2, 528-3.6, 528-3.7, 529–535" rəqəmləri ilə əvəz edilsin.

  • Əvəz edilirMaddə 45-1 · 45-1.4-cü hissəRəsmi mətndə əks olunub

    45-1.2–45-1.4-cü maddələrdə ismin müvafiq hallarında "İCMAL" informasiya sistemi" sözləri ismin müvafiq hallarında "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İCMAL" altsistemi" sözləri ilə əvəz edilsin.

  • Əvəz edilirMaddə 45-2Rəsmi mətndə əks olunub

    45-2-ci maddənin adında, 45-2.1-ci maddənin birinci və ikinci cümlələrində, 45-2.2-ci maddədə, 45-2.3-cü maddənin birinci və ikinci cümlələrində, 45-2.5-ci maddədə, 54.4-1-ci maddənin ikinci və üçüncü cümlələrində ismin müvafiq hallarında "İCMAL" informasiya sistemi" sözləri ismin müvafiq hallarında "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İCMAL" altsistemi" sözləri ilə əvəz edilsin.

  • Söz/ifadə çıxarılırMaddə 54 · 54.2-cü hissəRəsmi mətndə əks olunub

    54.2-ci maddənin birinci cümləsindən "410.3," və "445-1," rəqəmləri çıxarılsın.

  • Əvəz edilirMaddə 57-1 · 57-1.2-cü hissə×2Rəsmi mətndə əks olunub

    57-1.2-ci maddənin ikinci cümləsində və 57-1.3-cü maddədə "İCMAL" informasiya sisteminə" sözləri "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İCMAL" altsisteminə" sözləri ilə əvəz edilsin.

  • Əvəz edilirMaddə 97 · 97.3-cü hissəRəsmi mətndə əks olunub

    birinci cümlədə "inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və" sözləri "müvafiq olaraq inzibati cəriməni (hesablanmış dəbbə pulu daxil olmaqla), habelə" sözləri ilə əvəz edilsin;

  • Əvəz edilirMaddə 117 · 117.3-cü hissə×3Rəsmi mətndə əks olunub

    117.3-cü və 122.1-ci maddələrin birinci cümlələrində, 122.1-1-ci maddədə ismin müvafiq hallarında "İCMAL" informasiya sistemi" sözləri ismin müvafiq hallarında "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İCMAL" altsistemi" sözləri ilə əvəz edilsin.

  • Əvəz edilirMaddə 124 · 124.4-cü hissəRəsmi mətndə əks olunub

    124.4-cü maddənin birinci–üçüncü cümlələrində ismin müvafiq hallarında "İCMAL" informasiya sistemi" sözləri ismin müvafiq hallarında "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İCMAL" altsistemi" sözləri ilə əvəz edilsin;

  • Əvəz edilirMaddə 127-3 · 127-3.2-cü hissə×2Rəsmi mətndə əks olunub

    127-3.2-ci və 127-4.3-cü maddələrdə ismin müvafiq hallarında "İCMAL" informasiya sistemi" sözləri ismin müvafiq hallarında "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İCMAL" altsistemi" sözləri ilə əvəz edilsin.

  • Əvəz edilirMaddə 150 · 150.4-cü hissəRəsmi mətndə əks olunub

    150.4-cü maddənin üçüncü cümləsində "və "İCMAL" informasiya sisteminə" sözləri ", müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə və "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İCMAL" altsisteminə" sözləri ilə əvəz edilsin;

  • Əvəz edilirMaddə 150 · 150.13-1-cü hissəRəsmi mətndə əks olunub

    150.13-1-ci maddədə "İCMAL" informasiya sisteminə" sözləri "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin "İCMAL" altsisteminə" sözləri ilə əvəz edilsin.

  • Əvəz edilirMaddə 410Rəsmi mətndə əks olunub

    sanksiyada "vəzifəli şəxsləri dörd yüz manatdan səkkiz yüz manatadək məbləğdə" sözləri ", dövlətə məxsus olan hüquqi şəxslərin vəzifəli şəxsləri inzibati xətanın bilavasitə obyekti olmuş vəsaitin yüz faizi məbləğində" sözləri ilə əvəz edilsin;

  • Söz/ifadə çıxarılırMaddə 523Rəsmi mətndə əks olunub

    523-cü maddənin "Qeyd" hissəsindən "və ya dilənçilik" sözləri çıxarılsın.

Bu dəyişikliyin təsir dairəsi

Dəyişiklik başqa qanunların istinad etdiyi 14 maddəyə toxunur. Bu maddələrə istinad edən aktlar da təsirlənə bilər.

  • «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» — maddə 5731 qanun istinad edir
    • Yol hərəkəti haqqında
    • Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqq
    • Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə
    • Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamənin və Nəqliyyat vasitəsini idarə etmək hüququ verə
    • “Nəqliyyat vasitələrinin texniki vəziyyətinə və onların təhlükəsiz hərəkətinin təmin edilməsinə Dövlət Yol Polisinin nəzarəti qaydaları barədə Təlimatın təsdiq
    • “Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi haqqında Təlima”tın təsdiq edilməsi
    • “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, də
    • “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nın təsdiq edilməsi barədə
    • +23 digər
  • «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» — maddə 41016 qanun istinad edir
    • Sərnişinlərin icbari sığortası haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xətalar haqqında sənədlərin tərtib olunması Qaydaları
    • Maliyyə, mühasibat uçotu, hesabat və məlumatların təqdim edilməsi və sığorta qaydalarının əleyhinə olan inzibati xətalar haqqında sənədlər və onların tərtib olu
    • Kiçik gəmilərin qeydə alınması, uçotu və istismar qaydalarının pozulması əleyhinə olan inzibati xətalar haqqında sənədlər və onların tərtib olunma Qaydaları
    • Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulmasına görə inzibati xətalar haqqında sənədlər və onların tərtib olunma Qaydal
    • Azad nəqliyyatçılar birliyinin ləğv edilməsinə dair
    • “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
    • “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nın təsdiq
    • “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nı
    • +8 digər
  • «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» — maddə 3811 qanun istinad edir
    • “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Q
    • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nın təsdiq e
    • “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nın təsdi
    • “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması
    • “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib edilməs
    • Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair
    • Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi mü
    • Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı mü
    • +3 digər
  • «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» — maddə 435 qanun istinad edir
    • Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin şərh edilməsinə dair
    • Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair
    • Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair
    • Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair
    • Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair
  • «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» — maddə 127-45 qanun istinad edir
    • “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
    • “ASAN ödəniş” informasiya sisteminə qoşulmaq üçün texniki tələblər”in və “ASAN ödəniş” informasiya sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə
    • “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 2 aprel tarixli 287-VIQD nömrəli Q
    • Azərbaycan Respublikası Prezidentinin “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında və
    • “ASAN ödəniş” sisteminə qoşulmaq üçün texniki tələblər”in və “ASAN ödəniş” sistemindən istifadə Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Na
  • «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» — maddə 544 qanun istinad edir
    • “Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında” 2 №-li (DYP) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında
    • “Yol hərəkəti və onun təhlükəsizliyi göstəriciləri haqqında” 2 №-li (DYP) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında
    • Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair
    • Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442, 44
  • «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» — maddə 45-13 qanun istinad edir
    • “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun
    • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
    • “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 225-VIIQD nömrəli
  • «Azərbaycan Respublikasının Cinayət Məcəlləsi» — maddə 633 qanun istinad edir
    • Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bəzi normalarının tətbiqi qaydası haqqında
    • Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında
    • Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında
  • «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» — maddə 1503 qanun istinad edir
    • İcra haqqında
    • "Nəqliyyatda biletsiz getməyə görə cərimə qəbzinin (forma № cq-4), "nəqliyyat vasitəsində biletsiz sərnişin aparilmasina görə cərimə qəbzinin (forma № cq-5) və
    • “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
  • «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» — maddə 1242 qanun istinad edir
    • “Toxuculuq haqqında qanunvericiliyin pozulmasına görə cərimə qəbzi”nin (forma №CQ-9), “Bitki karantini qaydalarının pozilmasına görə cərimə qəbzi”nin (forma №CQ
    • Fitosanitar nəzarəti haqqında qanunvericiliyin pozulması ilə əlaqədar inzibati xəta haqqında sənədlərin tərtib edilməsi Qaydaları
  • «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» — maddə 127-32 qanun istinad edir
    • Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” in
    • Azərbaycan Respublikası Prezidentinin “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanında və
  • «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» — maddə 326-22 qanun istinad edir
    • “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 974-VIQD nömrəli Q
    • “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 974-VIQD nömrəli Q
  • «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» — maddə 1221 qanun istinad edir
    • “Toxuculuq haqqında qanunvericiliyin pozulmasına görə cərimə qəbzi”nin (forma №CQ-9), “Bitki karantini qaydalarının pozilmasına görə cərimə qəbzi”nin (forma №CQ
  • «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi» — maddə 2791 qanun istinad edir
    • Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında
Əvvəlki yenilik
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 388-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
“Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu