QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

AktivNöv: Qanun·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 6 may 2026
5Əlavə edilib0Silinib3Dəyişdirilib
XülasəAI

Dəyişikliklər süni intellekt texnologiyaları ilə hazırlanan saxta (deepfake) foto, video və audio materiallarla bağlı yeni tənzimləmə yaradır. Cinayət Məcəlləsinə yeni Maddə 148-2 əlavə olunur — şəxsin razılığı olmadan onun görüntüsü və ya səsi istifadə edilməklə reallığı əks etdirməyən material hazırlama və ya kütləvi nümayiş halında yayma 3.000–7.000 manat cərimə, 360-480 saat ictimai iş, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə (148-2.1), ağırlaşdırıcı hallarda (qrup halında, 2+ şəxsə qarşı, şərəf-ləyaqəti ləkələmək məqsədilə və ya xidməti/ictimai borcla bağlı) 3-5 il azadlıqdan məhrum etmə ilə (148-2.2) cəzalandırılır; paralel olaraq mövcud Maddə 242-1 pornoqrafik/seksual məzmunlu süni intellekt materialları üzrə ayrıca tənzimlənir (3-7 il azadlıqdan məhrum etmə). Cinayət-Prosessual Məcəllənin 37.3-cü maddəsində ictimai-xüsusi ittiham siyahısına yeni 148-1 və 148-2.1 maddələri əlavə edilir, 131.1 və 184.1 isə siyahıdan çıxarılır. "Media haqqında" Qanununun 14-cü maddəsinə yayılması qadağan edilən informasiya tələbləri əlavə olunur, 41 və 66-cı maddələrdəki istinad siyahılarına yeni 14.1.13-1-ci bənd əlavə edilir. "İnformasiya, informasiyalaşdırma..." Qanununun 13-2-ci maddəsinə görə süni intellekt vasitəsilə hazırlanmış materiallar kütləvi nümayiş zamanı bunun aydın nişanlanması ilə göstərilməlidir (13-2.7).

8 dəyişiklikdən 8-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 4
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

Maddə 148-2

148-2
Maddə 148-2. Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə foto, video və ya audio materialları hazırlama və ya yayma
148-2.1. Şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma – üç min manatdan yeddi min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 148-2.2. Eyni əməllər: 148-2.2.1. bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 148-2.2.2. iki və ya daha çox şəxsə qarşı törədildikdə; 148-2.2.3. şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə; 148-2.2.4. zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə – üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.";

Maddə 242-1

242-1
Maddə 242-1. Qanunsuz olaraq süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya yayma
Şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma – üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Hədəf akt 2 / 4
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi

Maddə 37

148-2
İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148-1, 148-2.1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir.
Hədəf akt 3 / 4
İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında

Maddə 13-2

13-2.3.9-1
13-2.3.9-1. şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materiallar;";
13-2.7
13-2.7. Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.
Hədəf akt 4 / 4
Media haqqında

Maddə 14

14.1.13-1
14.1.13-1. şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə hazırlanmış reallığı əks etdirməyən, yaxud belə texnologiyalar (proqram təminatları) vasitəsilə hazırlanmış pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialların yayılmasına yol verilməməlidir

Maddə 41

14.1
bu Qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliği ilə bağlı), 14.1.5-ci (zorakılıq və qəddarlıqla bağlı), 14.1.6-cı, 14.1.12-ci, 14.1.13-cü, 14.1.13-1-ci, 38-ci, 39.1.1-ci, 39.1.2-ci, 39.1.4-cü və 39.3-cü maddələrinin tələbləri pozulduqda;

Maddə 66

66.1
Bu Qanunun 14.1.1-ci, 14.1.2-ci, 14.1.4-cü, 14.1.5-ci, 14.1.7-ci, 14.1.9-cu, 14.1.10-cu, 14.1.13-cü, 14.1.13-1-ci və 14.1.14-cü maddələrinin tələblərinə cavab verməyən informasiyalar dərc edilən xarici çap mediası məhsullarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və yayımına məhkəmənin qərarı ilə qadağa qoyula bilər.
Əvvəlki yenilik
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 387-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 21 aprel tarixli 388-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı