QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AktivNöv: Qanun·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 29 iyun 2026·Qüvvəyə minmə: 1 iyul 2026(təxirə salınmış)— Təxirə salınmış qüvvəyəminmə
1Əlavə edilib1Silinib3Dəyişdirilib
XülasəAI

Dəyişiklik "Dövlət qulluğu haqqında" Qanunda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi institutunu yenidən nizamlayır: maddə 2.2-də Qanunun tətbiq dairəsindən istisna edilənlər siyahısına həmin nümayəndə və onun müavinləri əlavə olunur, eyni zamanda Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri, sədr müavinləri və digər üzvləri siyahıdan çıxarılır. Maddə 8.1.2-də dövlət orqanlarının 1-ci kateqoriyasına aid siyahıya Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi və müvafiq icra hakimiyyəti orqanlarının aparatları əlavə edilir, Azərbaycan Respublikasının Ali Məhkəməsi isə siyahıdan çıxarılır; maddə 11.1.2.5-də həmin səlahiyyətli nümayəndə vəzifəsi inzibati vəzifələrin ikinci təsnifatından ləğv edilib yeni 11.1.4 bəndi ilə üçüncü təsnifat əlavə olunur. Maddə 33-4.15-də əməkhaqqının müəyyənləşdirilməsi zamanı əmək stajı nəzərə alınan vəzifələr siyahısına Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi və onun müavinləri də daxil edilir. Dəyişikliklər 2026-07-01 tarixindən qüvvəyə minir.

5 dəyişiklikdən 5-si maddə-maddə izlənir.

Dəyişdirilən akt
Dövlət qulluğu haqqında

Maddə 2

2.2
Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur.

Maddə 8

8.1.2
əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, habelə Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları və ya Azərbaycan Respublikası Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, müvafiq icra hakimiyyəti orqanlarının aparatları Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);

Maddə 11

11.1.2.5
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi;
11.1.4.16-1
11.1.4.16-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi

Maddə 33-4

33-4.15
Qeyd: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri, Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə münasibətdə onların əmək stajı, hərbi qurumlarda, hüquq-mühafizə və prokurorluq orqanlarında ali hərbi və ali xüsusi rütbələr nəzərdə tutulan rəhbər və onun müavinləri vəzifələrini, Naxçıvan Muxtar Respublikasında hərbi qurumlarda, hüquq-mühafizə və prokurorluq orqanlarında ali hərbi və ali xüsusi rütbələr nəzərdə tutulan rəhbər və onun müavinləri vəzifələrini və diplomatik orqanın diplomatik rütbə nəzərdə tutulan rəhbər və onun müavinləri vəzifələrini tutan şəxslərə münasibətdə isə onların xidmət illəri nəzərə alınmaqla əməyinin ödəniş pilləsi bu Qanunun 33-4.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd edilən vəzifələr üzrə bu Qanunun 33-2.1.4-cü maddəsində nəzərdə tutulan əlavələr müvafiq qaydada hesablanan məbləğin 50 faizi məbləğində tətbiq edilir.

Bu dəyişikliyin təsir dairəsi

Dəyişiklik başqa qanunların istinad etdiyi 1 maddəyə toxunur. Bu maddələrə istinad edən aktlar da təsirlənə bilər.

  • «Dövlət qulluğu haqqında» — maddə 81 qanun istinad edir
    • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
Əvvəlki yenilik
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 19 iyun tarixli 425-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
“Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu