QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AktivNöv: Qanun·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 20 iyul 2026
4Əlavə edilib0Silinib8Dəyişdirilib
XülasəAI

Dəyişiklik "Dövlət satınalmaları haqqında" Qanuna yeni 49.4-2-ci maddəyə istinad əlavə edərək qeyri-rezident hüquqi və ya fiziki şəxslərin müəyyən hallarda icra təminatını və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilə biləcəyini nəzərdə tutur (maddə 17.1.12, 33.10.3, 39.1, 49.4). Bununla əlaqədar 49.4-cü maddədə "Nəzarət orqanının razılığı" ifadəsi "Bu Qanunun 49.4-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, nəzarət orqanının... razılığı" ilə əvəz olunur, həmçinin qeyri-rezidentin təminat öhdəliyindən azad edilməsi və ya azad edilməsindən imtina barədə qərar qəbul edildikdə 30 iş günlük müddət həmin qərarın qəbul edildiyi tarixdən hesablanır. Bundan əlavə, maddə 49-a bir mənbədən satınalma metodunun tətbiqi əsasları və prosedur qaydaları (o cümlədən nəzarət orqanına 10 iş günü ərzində müraciət və 30 iş günü müddətində müqavilənin bağlanması tələbi) yeni bənd kimi əlavə edilir.

12 dəyişiklikdən 12-si maddə-maddə izlənir.

Dəyişdirilən akt
Dövlət satınalmaları haqqında

Maddə 17

17.1.11
təchizatçı tərəfindən satınalma müqaviləsinin imzalanması, satınalan təşkilata bu Qanuna əsasən tələb olunan icra təminatının və (və ya) avans təminatının (bu Qanunun 49.4-2-ci maddəsinə əsasən qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edildiyi hallar istisna olmaqla) təqdim edilməsi;

Maddə 33

33.10.2
təklifin akseptinə dair bildirişi almış əvvəlki (birinci və (və ya) ikinci) yeri tutan qalib təchizatçı bu Qanunun 38.2-ci maddəsində müəyyən olunmuş müddətdə satınalma müqaviləsini imzalamadıqda və (və ya) icra təminatını (bu Qanunun 49.4-2-ci maddəsinə əsasən qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra təminatını təqdim etmək öhdəliyindən azad edildiyi hallar istisna olmaqla) təqdim etmədikdə.

Maddə 35

35.1.9
təklifin akseptinə dair bildirişi almış qalib təchizatçı müəyyən olunmuş müddətdə satınalma müqaviləsini imzalamadıqda və (və ya) icra təminatını (bu Qanunun 49.4-2-ci maddəsinə əsasən qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra təminatını təqdim etmək öhdəliyindən azad edildiyi hallar istisna olmaqla) təqdim etmədikdə, habelə satınalma müqaviləsi imzalananadək şərtlər toplusunda göstərilmiş hər hansı digər şərtləri yerinə yetirmədikdə;

Maddə 38

38.2
Qalib təchizatçı 5 (beş) iş günü ərzində satınalma müqaviləsini informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalayır və satınalan təşkilata bu Qanuna əsasən tələb olunan icra təminatını (bu Qanunun 49.4-2-ci maddəsinə əsasən qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra təminatını təqdim etmək öhdəliyindən azad edildiyi hallar istisna olmaqla) təqdim edir. Satınalan təşkilat satınalma müqaviləsini şərtlər toplusunda müəyyən edilmiş müddət ərzində, lakin 10 (on) iş günündən gec olmayaraq informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalayır.
38.5
Qalib təchizatçının bu Qanunun 38.2-ci maddəsində qeyd olunan müddət ərzində satınalma müqaviləsini imzalamaması və (və ya) bu Qanuna əsasən tələb olunan icra təminatını (bu Qanunun 49.4-2-ci maddəsinə əsasən qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra təminatını təqdim etmək öhdəliyindən azad edildiyi hallar istisna olmaqla) təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir və təklifin təminatının geri qaytarılmaması ilə nəticələnir.

Maddə 39

39.1
Satınalan təşkilat şərtlər toplusunda satınalma müqaviləsinin icrası üçün qalib təchizatçıya avans ödənilməsini müəyyən edə bilər. Avans şərtlər toplusunda göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi məbləğinin 30 faizindən (mikro və kiçik sahibkarlıq subyektlərinə münasibətdə 50 faizindən) çox olmayaraq ödənilir. Avansın alınması üçün təchizatçı tərəfindən satınalan təşkilata avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə avans təminatı (bu Qanunun 49.4-2-ci maddəsinə əsasən qeyri-rezident hüquqi və ya fiziki şəxslərin avans təminatını təqdim etmək öhdəliyindən azad edildiyi hallar istisna olmaqla) təqdim olunur.

Maddə 49

49.2-1
49.2-1. Qeyri-rezident hüquqi və ya fiziki şəxslər bu Qanunun 49.2-ci maddəsinə uyğun olaraq təklifləri ilə birlikdə icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilmələri barədə əsaslandırılmış müraciətlərini satınalma komissiyasına təqdim edə bilərlər.
49.4
Nəzarət orqanınınBu Qanunun 49.4-2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, nəzarət orqanının bir mənbədən satınalma metodunun tətbiqinə dair razılığı satınalma müqaviləsinin bağlanılması üçün əsas götürülür. Bir mənbədən satınalma metodunun tətbiqinə razılıq verildiyi(bu Qanunun 49.4-2-ci maddəsinə əsasən qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi və ya azad edilməsindən imtina olunması barədə qərar qəbul edildiyi halda, həmin qərarın qəbul edildiyi) tarixdən 30 (otuz) iş günü ərzində satınalma müqaviləsi bağlanılmadığı halda, müvafiq razılıq öz hüquqi qüvvəsini itirir.
Nəzarət orqanının razılığı satınalma müqaviləsinin bağlanılması üçün əsas götürülür. Bir mənbədən satınalma metodunun tətbiqinə razılıq verildiyi (bu Qanunun 49.4-2-ci maddəsinə əsasən qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi və ya azad edilməsindən imtina olunması barədə qərar qəbul edildiyi halda, həmin qərarın qəbul edildiyi) tarixdən 30 (otuz) iş günü ərzində satınalma müqaviləsi bağlanılmadığı halda, müvafiq razılıq öz hüquqi qüvvəsini itirir.
49.4-1
49.4-1. Satınalma komissiyası bu Qanunun 49.4-cü maddəsinə əsasən nəzarət orqanının bir mənbədən satınalma metodunun tətbiqinə dair razılığını aldıqdan sonra bu Qanunun 49.2-1-ci maddəsində göstərilən müraciətlər əsasında, habelə belə müraciətin edilmədiyi hallarda öz təşəbbüsü ilə satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulan qeyri-rezident hüquqi və ya fiziki şəxs tərəfindən icra və (və ya) avans təminatının ödənilməsinin mümkünsüzlüyünü müəyyən etdikdə, satınalma komissiyasını formalaşdıran satınalan təşkilat 10 (on) iş günü müddətində bununla bağlı əsaslandırılmış müraciətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
49.4-2
49.4-2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) nəzarət orqanının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifləri əsasında 20 (iyirmi) iş günü müddətində qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi və ya azad edilməsindən imtina olunması barədə qərar qəbul edir və həmin qərarı satınalan təşkilata təqdim edir. Qeyri-rezident hüquqi və ya fiziki şəxslərin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi ilə bağlı satınalan təşkilatların müraciətlərinə baxılması və qərarların qəbul edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
49.4-3
49.4-3. Qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi barədə qərarın qəbul edildiyi tarixdən 12 (on iki) ay ərzində həmin qeyri-rezident hüquqi və ya fiziki şəxsdən eyni satınalan təşkilat tərəfindən eyni satınalma predmetinin satın alınmasına tələbat yarandıqda, həmin təchizatçıya münasibətdə icra və (və ya) avans təminatını təqdim etmək öhdəliyindən azad edilmə barədə qərarın qəbul edilməsi tələb olunmur.

Bu dəyişikliyin təsir dairəsi

Dəyişiklik başqa qanunların istinad etdiyi 1 maddəyə toxunur. Bu maddələrə istinad edən aktlar da təsirlənə bilər.

  • «Dövlət satınalmaları haqqında» — maddə 331 qanun istinad edir
    • “Satınalma güzəştinin tətbiqi Qaydası”nın təsdiq edilməsi və “Güzəştlərin tətbiqi Qaydasının və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında” Azərbay
Əvvəlki yenilik
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 447-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
“Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası”nın təsdiq edilməsi barədə