QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

AktivNöv: Qanun·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 27 iyul 2026
37Əlavə edilib0Silinib37Dəyişdirilib
XülasəAI

Bu Qanun beş qanunvericilik aktına — Əmək Məcəlləsinə, Mülki Məcəlləyə, "Valyuta tənzimi haqqında", "İnvestisiya fondları haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" qanunlara dəyişikliklər edərək Azərbaycanda startap və vençur ekosisteminin hüquqi bazasını formalaşdırır. Sənəd işçilərin pay (səhm) iştirakı planları, korporativ müqavilələr, konvertasiya olunan maliyyə alətləri və vençur kapitalı fondları kimi müasir kapital cəlbi və korporativ idarəetmə institutlarını qanunvericiliyə gətirir. Dəyişikliklər innovativ layihələrin maliyyələşdirilməsini asanlaşdırmağa, investorların və işçilərin hüquqlarını qorumağa və Mərkəzi Bankın tənzimləyici rolunu müəyyən etməyə yönəlib.

Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır (×3)

74 dəyişiklikdən 74-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 5
Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 3

7-1
7-1. İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə – kommersiya hüquqi şəxsin təsisçisinin (iştirakçısının) və ya onun verdiyi səlahiyyət əsasında işəgötürənin təşəbbüsü ilə işçiyə güzəştli şərtlərlə və ya ödənişsiz əsasla müəssisənin paylarının (səhmlərinin) verilməsi və ya gələcəkdə onları əldə etmək (almaq) hüququnun tanınması ilə bağlı məsələləri tənzimləyən ayrıca müqavilə.

Maddə 7-1

7-1
Maddə 7-1. İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilənin şərtləri
7-1.1. Təsisçi və ya işəgötürənlə işçi arasında bağlanan işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə payların (səhmlərin) işçinin tam mülkiyyətinə keçməsi üçün aşağıdakı xüsusi şərtlərdən biri müəyyən edilə bilər: 7-1.1.1. zamana əsaslanan şərt: tərəflər arasında müəyyən edilmiş müddət ərzində işçinin işəgötürənlə əmək münasibətlərində olması şərtilə paya (səhmə) olan hüququnun hissə-hissə və ya müddətin sonunda tam qüvvəyə minməsi; 7-1.1.2. hədəfə əsaslanan şərt: işçinin və ya kommersiya hüquqi şəxsin fəaliyyətində müəyyən hədəflərə nail olunması şərtilə paya (səhmə) olan hüququnun qüvvəyə minməsi. 7-1.2. Tərəflər işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə bu Məcəllənin 76-1.1-ci maddəsinə uyğun olaraq, əmək münasibətlərinə xitam verilməsi əsaslarından asılı olaraq paya (səhmə) olan hüquqlarının əldə edilib-edilməməsi nəticələrini müəyyən edə bilərlər.";

Maddə 76-1

76-1
Maddə 76-1. Əmək münasibətlərinə xitam verilməsinin işçilərin pay (səhm) iştirakı planı haqqında müqaviləyə təsiri
76-1.1. İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə işçi ilə əmək münasibətlərinə xitam verildikdə, həmin xitamın əsaslarından asılı olaraq işçinin paya (səhmə) olan hüquqlarına və ya əldə etdiyi paylara (səhmlərə) fərqli hüquqi nəticələr nəzərdə tutula bilər. 76-1.2. Bu Məcəllənin 69-cu maddəsi, 70-ci maddəsinin "a", "b", "d" və "e" bəndləri, 73-cü maddəsi, 74-cü maddəsinin birinci hissəsinin "a", "b", "c", "d", "e" və "ə" bəndləri ilə əmək müqaviləsinə xitam verilməsi hallarında işçinin əldə edilməmiş paya (səhmə) olan hüquqlarının hamısının və ya bir hissəsinin əldə edilmiş hesab edilməsi və ya əldə edilmiş payların (səhmlərin) ədalətli bazar dəyəri ilə kommersiya hüquqi şəxsə və ya təsisçiyə (iştirakçıya) geri satılması öhdəliyi nəzərdə tutula bilər. 76-1.3. Bu Məcəllənin 70-ci maddəsinin "c" və "ç" bəndləri, 74-cü maddəsinin birinci hissəsinin "ç" və "f" bəndləri ilə əmək müqaviləsinə xitam verilməsi hallarında işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilədə işçinin bütün əldə edilməmiş paya (səhmə) olan hüquqlarını itirməsi və ya əldə etdiyi payları (səhmləri) nominal və ya daha aşağı dəyərlə kommersiya hüquqi şəxsə və ya təsisçiyə (iştirakçıya) geri satılması ilə bağlı hüquqi nəticələr nəzərdə tutula bilər.

Maddə 154

4
4. İşçinin pay (səhm) iştirakı planı haqqında müqavilənin tələblərinə uyğun olaraq əldə edilən pay (səhm) əmək haqqına daxil edilmir və əmək haqqı əvəzi kimi ödənilmir.
Hədəf akt 2 / 5
Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 61

61.7-1
61.7-1. Bu Məcəllənin 404-4.3-cü maddəsində nəzərdə tutulan halda gələcək iştirak payı (səhm) haqqında müqavilə üzrə investorun ödəniş tələbləri, hüquqi şəxsin digər təminatsız kreditorlarının tələblərindən sonra, lakin hüquqi şəxsin iştirakçılarına (səhmdarlarına) qalıq əmlakın verilməsindən (bölüşdürülməsindən) əvvəl yerinə yetirilir.";

Maddə 64

64.10
64.10. Bu Məcəllənin 90.4-cü və 104.1-ci maddələrinin tələblərindən fərqli olaraq təsərrüfat cəmiyyətinin nizamnaməsi ilə direktorlar şurasına (müşahidə şurasına) təsisçilərin (iştirakçıların) ümumi yığıncağını çağırmadan, nizamnamədə əvvəlcədən yuxarı həddi nəzərdə tutulmuş, lakin şərtləri (hüquqları, imtiyazları və məhdudiyyətləri) hələ müəyyən edilməmiş yeni payların ayrılması və ya səhmlərin buraxılması barədə qərar qəbul etmək səlahiyyəti verilə bilər. Bu payların (səhmlərin) emissiya şərtləri direktorlar şurasının (müşahidə şurasının) qərarı ilə müəyyən edilir və bununla bağlı nizamnaməyə edilən dəyişikliklər qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.";

Maddə 65-1

65-1
Maddə 65-1. Korporativ müqavilə
65-1.1. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları və ya səhmdar cəmiyyətinin səhmdarları, habelə korporativ müqavilədən irəli gələn öhdəliklərin icrasında iştirakı zəruri olduğu hallarda cəmiyyətin özü, öz aralarında və ya cəmiyyətlə öz korporativ hüquqlarının həyata keçirilməsi qaydasını və cəmiyyətin fəaliyyətinin təmin edilməsi və idarə edilməsi ilə bağlı məsələləri müəyyən edən korporativ müqavilə bağlaya bilərlər. Korporativ müqaviləyə əsasən həmin subyektlər öz hüquqlarını bu müqavilə ilə müəyyən edilmiş qaydada həyata keçirməyi və ya onların həyata keçirilməsindən çəkinməyi (imtina etməyi) öhdələrinə götürürlər. 65-1.2. Korporativ müqavilədə təsisçilərin (iştirakçıların) aşağıdakı məsələlərlə bağlı hüquq və vəzifələri bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə zidd olmamaq şərtilə tənzimlənə bilər: 65-1.2.1. təsərrüfat cəmiyyətinin təsisçilərinin (iştirakçılarının) ümumi yığıncağında səsvermə qaydaları və şərtləri; 65-1.2.2. təsərrüfat cəmiyyətinin nizamnamə kapitalındakı payların (səhmlərin) özgəninkiləşdirilməsi qaydaları, müəyyən qiymətə və ya müəyyən hallar baş verdikdə həmin payların (səhmlərin) alınması, yaxud da onların əldə edilməsindən və ya özgəninkiləşdirilməsindən imtinanı, o cümlədən payların (səhmlərin) qiymətinin müəyyən edilməsi qaydasını və bu Məcəllənin 93-cü və 101-ci maddələrində nəzərdə tutulan qaydalardan fərqli olaraq bu Məcəllənin 65-2-ci maddəsində nəzərdə tutulan xüsusi hüquqların tətbiqi; 65-1.2.3. təsərrüfat cəmiyyətinin idarə edilməsi üzrə, o cümlədən cəmiyyətin idarəetmə orqanlarının formalaşdırılması və fəaliyyətinin təşkili üzrə şərtlər; 65-1.2.4. korporativ müqavilənin tərəfi olan təsərrüfat cəmiyyətinin təsisçilərinə (iştirakçılarına) məxsus payların (səhmlərin) tam mülkiyyət hüququnun korporativ müqavilədə nəzərdə tutulmuş hədəflərə çatmaqdan asılı olaraq tədricən yaranması qaydaları və şərtləri, o cümlədən həmin müddət bitənədək və ya hədəflərə çatılmadıqda payların (səhmlərin) cəmiyyət və ya digər iştirakçılar tərəfindən geri alınması mexanizmləri; 65-1.2.5. korporativ müqavilənin tərəfi olan və eyni zamanda təsərrüfat cəmiyyəti ilə əmək münasibətlərində olan təsisçinin (iştirakçının) onunla olan əmək münasibətlərinə xitam verilməsinin əsaslarından asılı olaraq paylarını (səhmlərini) digər iştirakçılara və ya cəmiyyətə geri satması və həmin satış üzrə qiyməti və şərtləri müəyyən edən müddəalar; 65-1.2.6. mübahisələrin həlli qaydası, tərəflər arasında fikir ayrılığı yarandıqda tətbiq ediləcək mübahisələrin həlli üsulları, o cümlədən arbitraj və tətbiq ediləcək hüquq barədə şərtlər; 65-1.2.7. cəmiyyətin idarə edilməsində korporativ müqavilə iştirakçıları üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin (qorunan məsələlərin) siyahısı, habelə bu məsələlər üzrə qərar qəbulu və səsvermə qaydaları; 65-1.2.8. təsərrüfat cəmiyyətinin idarəetmə orqanlarına namizədlərin təyinatının razılaşdırılması və şərtləri, habelə müəyyən iştirakçıların nümayəndələrinin cəmiyyətin idarəetmə orqanlarının iclaslarında səs hüququ olmadan iştirak etmək və iclas materialları ilə tanış olmaq hüququ; 65-1.2.9. təsərrüfat cəmiyyətinə investisiya edilmiş vəsaitlərin istifadə istiqamətləri və xərclənməsinə nəzarət mexanizmləri; 65-1.2.10. payların (səhmlərin) özgəninkiləşdirilməsi zamanı payı (səhmi) əldə edən yeni iştirakçının (səhmdarın) həmin müqaviləyə qoşulması proseduru; 65-1.2.11. korporativ müqavilənin şərtlərinin pozulmasının hüquqi nəticələri; 65-1.2.12. korporativ müqavilə iştirakçılarının razılığı ilə müəyyən edilən və normativ hüquqi aktlara zidd olmayan digər şərtlər. 65-1.3. Korporativ müqavilə yazılı formada bağlanır və möhürlə (iştirakçı (səhmdar) hüquqi şəxs olduqda həmçinin onun möhürü ilə) təsdiqlənir. Korporativ müqavilənin notariat qaydasında təsdiqi tələb olunmur. Müqavilənin müddəaları yalnız onu imzalamış tərəflər üçün məcburi qüvvəyə malikdir və cəmiyyətin nizamnaməsinin müddəalarına zidd olduqda, müqaviləni imzalamış tərəflər arasındakı daxili münasibətlərdə korporativ müqavilənin müddəaları üstün hüquqi qüvvəyə malikdir (bir şərtlə ki, bu, normativ hüquqi aktlara zidd olmasın və üçüncü şəxslərin hüquqlarına xələl gətirməsin), cəmiyyət (tərəflərdən birinin təsərrüfat cəmiyyəti olduğu hallar istisna olmaqla) və üçüncü şəxslərlə münasibətlərdə isə nizamnamənin müddəaları tətbiq edilir. 65-1.4. Korporativ müqavilənin şərtlərinin pozulması müqavilənin digər tərəfləri üçün dəymiş zərərin ödənilməsinə və müqavilədə nəzərdə tutulmuş digər hüquqi nəticələrin yaranmasına səbəb olur. 65-1.5. Korporativ müqavilənin tərəfləri müqavilənin bağlanmasından sonra on beş gündən gec olmayaraq təsərrüfat cəmiyyətini bu barədə yazılı şəkildə məlumatlandırmağa borcludurlar. 65-1.6. Korporativ müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müqavilə tərəflərindən birinin təsərrüfat cəmiyyətinin nizamnamə kapitalındakı paylarına (səhmlərinə) olan hüququna xitam verilməsi və ya müqavilədən çıxması müqavilənin digər tərəflər üçün qüvvədən düşməsinə səbəb olmur. 65-1.7. Korporativ müqavilə ilə ondan irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üsulları (dəbbə pulu, girov, zaminlik və s.) və belə öhdəliklərin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət müəyyən edilə bilər. Tərəflər həmçinin müqavilənin pozulmasına görə dəymiş zərərin ödənilməsini, cərimələrin tətbiqini və ya öhdəliyin naturada icrasını tələb etmək hüququnu nəzərdə tuta bilərlər. 65-1.8. Korporativ müqavilədə fərqli səs, dividend və ləğvetmə hüquqları verən aşağıdakı xüsusi hüquqlar müəyyən edilə bilər: 65-1.8.1. ləğvetmə və ya özgəninkiləşdirmə zamanı üstünlük: təsərrüfat cəmiyyəti ləğv edildikdə və ya nəzarət zərfinin və ya bütün aktivlərin satışı (özgəninkiləşdirilməsi) həyata keçirildikdə, səhmdar cəmiyyətində imtiyazlı səhmlərə, məhdud məsuliyyətli cəmiyyətdə isə nizamnamədə nəzərdə tutulmuş xüsusi hüquqlu paylara (səhmlərə) sahib olan təsisçilərin (iştirakçıların) öz qoyduqları vəsaiti (nizamnamədə və ya korporativ müqavilədə müəyyən edilmiş əmsalla) digər təsisçilərdən (iştirakçılardan) əvvəl geri almaq hüququ (səhmdar cəmiyyətlərində imtiyazlı səhmlərin hüquqi rejimi üzrə bu Məcəllənin 106.2-ci maddəsi ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla); 65-1.8.2. payın (səhmin) dəyərsizləşməsi əleyhinə müddəalar: təsərrüfat cəmiyyəti tərəfindən gələcəkdə pay (səhm) nominal dəyərindən aşağı olmamaqla, əvvəlki buraxılış (yerləşdirmə) qiymətindən daha aşağı yerləşdirmə qiyməti ilə buraxıldıqda, müəyyən kateqoriya paylara (səhmlərə) sahib olan təsisçilərin (iştirakçıların) paylarının (səhmlərinin) dəyər itkisindən qorunması üçün konvertasiya qiymətinin və ya konvertasiya nisbətinin yenidən hesablanması mexanizmi; 65-1.8.3. xüsusi məsələlər: təsərrüfat cəmiyyətinin imtiyazlı səhmlərinə (paylarına) və (və ya) nizamnamə və ya korporativ müqavilə ilə nəzərdə tutulmuş xüsusi hüquqlu paylara (səhmlərə) sahib olan təsisçilərin (iştirakçıların) razılığı olmadan qəbul edilə bilməyəcək qərarların siyahısı və ya veto hüququ; 65-1.8.4. konvertasiya hüququ: imtiyazlı səhmləri (payları) istənilən zaman nizamnamədə müəyyən edilmiş şərtlərlə və nisbətdə adi səhmlərə (paylara) çevirmək; 65-1.8.5. təsərrüfat cəmiyyətinin fəaliyyətinə və digər təsisçilərin (iştirakçıların) hüquq və qanuni mənafelərinə əhəmiyyətli təsir göstərən qərarlar qəbul edildikdə, kiçik həcmdə paya (səhmə) malik olan təsisçilərin (iştirakçıların) hüquqlarının qorunması mexanizmləri, o cümlədən onlara öz paylarını (səhmlərini) ədalətli bazar qiymətinə satmaq və ya zəmanətli kompensasiya almaq hüququnun verilməsi; 65-1.8.6. ümumi yığıncaqda fərqli sayda səs vermək hüququnun müəyyən edilməsi, təsərrüfat cəmiyyətinin direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin seçilməsi və ya təyin edilməsi ilə bağlı xüsusi hüquqlar; 65-1.8.7. təsərrüfat cəmiyyəti tərəfindən yeni paylar (səhmlər) buraxıldıqda, müəyyən kateqoriya təsisçilərin (iştirakçıların) öz mülkiyyət paylarına (səhmlərinə) mütənasib şəkildə həmin payların (səhmlərin) əldə edilməsində üstünlük hüququnun bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilməsi. 65-1.9. Tərəflər, Azərbaycan Respublikasının rezidenti və ya qeyri-rezidenti olmalarından asılı olmayaraq, korporativ müqavilədə aralarında yaranacaq mübahisələrin həlli üzrə xarici dövlətin hüququnun tətbiq edilməsi barədə razılığa gələ bilərlər.

Maddə 65-2

65-2
Maddə 65-2. Payın (səhmin) özgəninkiləşdirilməsi ilə bağlı xüsusi hüquqlar
65-2.1. Təsərrüfat cəmiyyətinin nizamnaməsi və ya iştirakçılar arasında bağlanmış korporativ müqavilə ilə payların (səhmlərin) özgəninkiləşdirilməsi ilə bağlı aşağıdakı xüsusi hüquqlar müəyyən edilə bilər: 65-2.1.1. birgə satış hüququ: təsərrüfat cəmiyyətinin nizamnamə kapitalında onun nizamnaməsi və ya korporativ müqavilə ilə müəyyən edilmiş həddən çox paya (səhmə) malik olan və öz paylarını (səhmlərini) üçüncü tərəfə satan təsisçi (iştirakçı) alış təklifi aldıqda, digər təsisçilərin (iştirakçıların) öz paylarını eyni şərtlərlə və eyni qiymətə həmin alıcıya satmaq hüququna dair şərt. Satıcı təsisçi (iştirakçı) bu barədə digər təsisçiləri (iştirakçıları) məlumatlandırmağa və onların da satışda iştirakını təmin etməyə borcludur; 65-2.1.2. məcburi satış hüququ: təsərrüfat cəmiyyətinin nizamnamə kapitalında nizamnamə və ya korporativ müqavilə ilə müəyyən edilmiş həddən çox paya (səhmə) malik olan təsisçi (iştirakçı) təsərrüfat cəmiyyətinin paylarının (səhmlərinin) hamısının və ya nəzarət zərfinin üçüncü şəxsə satışı (özgəninkiləşdirilməsi) barədə üçüncü şəxslə razılığa gəldikdə, digər təsisçiləri (iştirakçıları) öz paylarını (səhmlərini) eyni şərtlərlə və eyni qiymətə satmağa məcbur etmək hüququna dair şərt; 65-2.1.3. ilk imtina hüququ: açıq səhmdar cəmiyyətləri istisna olmaqla, digər təsərrüfat cəmiyyətlərinin hər hansı təsisçisi (iştirakçısı) öz payını (səhmini) üçüncü şəxsə satmaq niyyətində olduqda, həmin payı (səhmi) eyni şərtlərlə ilk növbədə təsərrüfat cəmiyyətinin nizamnaməsi və ya korporativ müqavilə ilə müəyyən edilmiş müəyyən kateqoriya təsisçisinə (iştirakçısına) təklif etməyə dair şərt.";

Maddə 88

88.3
88.3. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 88.3.1. bu Məcəllə və cəmiyyətin təsis sənədləri ilə müəyyən edilmiş qaydada cəmiyyətin idarə edilməsində iştirak etmək, onun idarəetmə və icra orqanlarını seçmək və həmin orqanlara seçilmək; 88.3.2. normativ hüquqi aktlarda və cəmiyyətin təsis sənədlərində müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyəti haqqında məlumat almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 88.3.3. mənfəətin bölüşdürülməsində iştirak etmək; 88.3.4. bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada cəmiyyətin nizamnamə kapitalındakı payını və ya onun bir hissəsini bu cəmiyyətin bir və ya bir neçə iştirakçısına satmaq və ya başqa şəkildə güzəştə getmək; 88.3.5. bu Məcəllə və cəmiyyətin təsis sənədləri ilə nəzərdə tutulmuş qaydada digər iştirakçıların razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxmaq; 88.3.6. cəmiyyət ləğv edildiyi halda kreditorlarla hesablaşmalardan, hesablanmış, lakin ödənilməmiş dividendlər ödənildikdən sonra qalan əmlakın bir hissəsini və ya onun dəyərini almaq; 88.3.7. cəmiyyətin təsisçiləri (iştirakçıları) arasında onların hüquqlarının bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi barədə korporativ müqavilə bağlamaq; 88.3.8. cəmiyyətin ümumi yığıncağının çağırılmasını, ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 88.3.9. cəmiyyətin ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; 88.3.10. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 88.3.11. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 88.3.12. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 88.3.13. cəmiyyətin paylarının satışı prosesində iştirak etmək; 88.3.14. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; 88.3.15. bağlanacaq əqdlərin (o cümlədən aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq; 88.3.16. bu Məcəllədə və cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.

Maddə 90

90.3-2
90.3-2. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarına, idarəetmə orqanlarının üzvlərinə və ya işçilərinə həvəsləndirmə məqsədilə paylar bu Məcəllənin 404-5-ci maddəsinə uyğun olaraq bağlanmış işçilərin pay iştirakı planı haqqında müqavilə əsasında ödənişsiz verildikdə, bu Məcəllənin 90.3-cü maddəsi tətbiq edilmir.

Maddə 90-1

90-1.2
Məhdud məsuliyyətli cəmiyyətin (məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondu istisna olmaqla) hər bir iştirakçısının nizamnamə kapitalındakı mayalarına uyğun olaraq mənfəət almaq hüququ vardır. Xalis mənfəət ümumi yığıncağın qərarı qəbul edildikdən sonra bir ay müddətində ödənilməlidir.

Maddə 95

95.2
95.2. "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda, iştirakçının cəmiyyətdən çıxmaq hüququnun həyata keçirilməsi müddəti, hesablaşma vaxtı, şərtləri və qaydası cəmiyyətin nizamnaməsi ilə müəyyən edilə və məhdudlaşdırıla bilər.

Maddə 103

103.4-2
103.4-2. Səhmdar cəmiyyətinin iştirakçılarına, idarəetmə orqanlarının üzvlərinə və ya işçilərinə həvəsləndirmə məqsədilə səhmlər bu Məcəllənin 404-5-ci maddəsinə uyğun olaraq bağlanmış işçilərin səhm iştirakı planı haqqında müqavilə əsasında ödənişsiz verildikdə, bu Məcəllənin 103.4-cü maddəsi tətbiq edilmir.

Maddə 106-1

106-1.3.9
bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.;
106-1.3.10
106-1.3.10. cəmiyyətin səhmdarları arasında onların hüquqlarının bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi barədə korporativ müqavilə bağlamaq.

Maddə 107-3

107-3.5
Səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm — bir səsdir" prinsipi əsasında həyata keçirilir.Bu Məcəllənin 65-1.8.6-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm - bir səsdir" prinsipi əsasında həyata keçirilir.

Maddə 404-2

404-2
Maddə 404-2. Konvertasiya edilən maliyyə alətləri
404-2.1. Təsərrüfat cəmiyyəti gələcəkdə əvvəlcədən müəyyən edilmiş hallar baş verdikdə, cəlb edilən vəsaitin cəmiyyətin payına (səhmlərinə) çevrilməsini (konvertasiyasını) nəzərdə tutan maliyyə alətlərindən istifadə edə bilər. 404-2.2. Konvertasiya edilən maliyyə alətləri borc öhdəliyi (konvertasiya edilən borc müqaviləsi) və ya borc öhdəliyi yaratmayan müqavilə (gələcək iştirak payı (səhm) haqqında müqavilələr) formasında ola bilər. 404-2.3. Konvertasiya edilən maliyyə alətlərinin tətbiqi nəzərdə tutulduğu hallarda, konvertasiya edilən maliyyə alətlərinin buraxılması və konvertasiyası qaydaları cəmiyyətin nizamnaməsi və ya cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarı ilə müəyyən edilə bilər. 404-2.4. Konvertasiya edilən maliyyə alətləri üzrə vəsait cəlb edən cəmiyyət, investorun tələbi ilə ona öz fəaliyyəti, maliyyə vəziyyəti və cəlb edilmiş vəsaitlərin istifadəsi haqqında mütəmadi olaraq, dövriliyi cəmiyyətin nizamnaməsi və ya korporativ müqavilə ilə müəyyən edilən qaydada hesabat təqdim edir. 404-2.5. Bu Məcəllənin 404-3-cü və 404-4-cü maddələrində nəzərdə tutulan alətlər (müqavilələr) və onlarda təsbit edilən hüquqlar konvertasiya edilənədək qiymətli kağız və ya törəmə maliyyə aləti hesab olunmur, onların bağlanması qiymətli kağızların emissiyası (kütləvi təklifi) sayılmır. 404-2.6. Cəmiyyət tərəfindən bağlanmış konvertasiya edilən maliyyə alətlərinin daxili reyestri aparılmalıdır. Konvertasiya baş verdikdə nizamnamə kapitalının artırılması və payların (səhmlərin) bölüşdürülməsi qanunvericiliklə müəyyən edilmiş ümumi qaydada dövlət qeydiyyatına alınır.

Maddə 404-3

404-3
Maddə 404-3. Konvertasiya edilən borc müqaviləsi
404-3.1. Konvertasiya edilən borc müqaviləsi investordan cəmiyyətə borc qismində pul vəsaitinin verilməsini və müqavilədə göstərilən qaytarılma müddəti çatdıqda, yaxud cəmiyyət tərəfindən yeni investorlardan əlavə vəsaitin cəlb edildiyi maliyyələşmə mərhələsi (kvalifikasiyalı maliyyələşmə) baş verdikdə, həmin borcun (əsas məbləğ və faizlərin) qaytarılmaq əvəzinə tərəflərin razılaşdırdığı şərtlərlə cəmiyyətin paylarına (səhmlərinə) çevrilməsini nəzərdə tutan müqavilədir. Konvertasiya edilən borc müqaviləsi yazılı formada bağlanır və möhürlə (investor hüquqi şəxs olduqda həmçinin onun möhürü ilə) təsdiqlənir və onun notariat qaydasında təsdiqi tələb olunmur. 404-3.2. Borcun paya (səhmə) konvertasiyası zamanı ilkin investorun risklərini kompensasiya etmək üçün müqavilədə aşağıdakı qoruyucu mexanizmlərdən azı biri müəyyən edilməlidir: 404-3.2.1. qiymətləndirmənin yuxarı həddi – konvertasiya anında investorun əldə edəcəyi payın həcminin hesablanması üçün tətbiq edilən, cəmiyyətin dəyərinin müqavilə ilə əvvəlcədən razılaşdırılmış maksimal miqdarı; 404-3.2.2. endirim dərəcəsi – kvalifikasiyalı maliyyələşmə mərhələsində cəmiyyətə daxil olan yeni investorların bir pay (səhm) üçün ödədikləri qiymətə ilkin borcverən üçün tətbiq edilən güzəşt faizi. 404-3.3. Müqavilənin müddəti bitdikdə və paya çevrilməni şərtləndirən hadisə baş vermədikdə, investor öz seçimi ilə borcun (faizlərlə birlikdə) pul şəklində geri qaytarılmasını və ya borcun müqavilədə əvvəlcədən razılaşdırılmış qiymətləndirmə əsasında cəmiyyətin payına (səhmlərinə) çevrilməsini tələb edə bilər.

Maddə 404-4

404-4
Maddə 404-4. Gələcək iştirak payı (səhm) haqqında müqavilə
404-4.1. Gələcək iştirak payı (səhm) haqqında müqavilə investorun cəmiyyətə pul vəsaiti ödəməsini, bunun müqabilində cəmiyyətin hər hansı borc öhdəliyi, faiz və ya ödəmə müddəti yaratmadan investora həmin vəsait müqabilində gələcəkdə cəmiyyətin paylarını (səhmlərini) almaq hüququ verməsini nəzərdə tutan müqavilədir. Gələcək iştirak payı (səhm) haqqında müqavilə yazılı formada bağlanır və möhürlə (investor hüquqi şəxs olduqda həmçinin onun möhürü ilə) təsdiqlənir və onun notariat qaydasında təsdiqi tələb olunmur. 404-4.2. Gələcək iştirak payı (səhm) haqqında müqavilə üzrə investorun vəsaitinin paya (səhmə) konvertasiyası cəmiyyətin nizamnamə kapitalını artıraraq yeni investorlara pay (səhm) satdığı yeni maliyyələşmə mərhələsi (kvalifikasiyalı maliyyələşmə) baş verdikdə və ya cəmiyyətin nəzarət zərfinin və ya bütün aktivlərinin satılması, cəmiyyətin başqa hüquqi şəxsə qoşulması, ləğvi kimi likvidlik hadisəsi baş verdikdə həyata keçirilir. 404-4.3. Gələcək iştirak payı (səhm) haqqında müqavilə üzrə paya (səhmə) çevrilmə zamanı investorun payının həcminin hesablanması tərəflərin razılaşdırdığı qiymətləndirmənin yuxarı həddi və (və ya) endirim dərəcəsi əsasında bu Məcəllənin 404-3.2-ci maddəsinə uyğun olaraq hesablanır. İnvestor bu iki şərtdən onun üçün daha sərfəli olanını seçmək hüququna malikdir. 404-4.4. Likvidlik hadisəsi (cəmiyyətin ləğvi və ya satışı) konvertasiyadan əvvəl baş verdikdə, bu müqavilə üzrə vəsaiti ödəmiş investorun ödəniş (investisiyanın geri qaytarılması) tələbləri cəmiyyətin digər təminatsız kreditorlarının tələblərindən sonra, lakin cəmiyyətin təsisçilərinə (iştirakçılarına, səhmdarlarına) qalıq əmlakın bölüşdürülməsindən əvvəl yerinə yetirilir.

Maddə 404-5

404-5
Maddə 404-5. İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə
404-5.1. Təsərrüfat cəmiyyəti işçilərini və idarəetmə orqanının üzvlərini həvəsləndirmək məqsədilə, onlara cəmiyyətin paylarını (səhmlərini) gələcəkdə müəyyən edilmiş qiymətə (icra qiyməti) və ya ödənişsiz əsaslarla əldə etmək (almaq) hüququ verən pay (səhm) iştirakı planı haqqında müqavilələr bağlaya bilər. Müqavilə yazılı formada bağlanır və cəmiyyətin möhürü ilə təsdiqlənir və onun notariat qaydasında təsdiqi tələb olunmur. 404-5.2. Planın tərtibi tarixi, hüququn qüvvəyə minməsi şərtləri, icra qiyməti (payların (səhmlərin) güzəştli ödənişli əsaslarla əldə edilməsi nəzərdə tutulduğu hallarda) və müddəti müqavilədə aydın şəkildə göstərilməlidir. Cəmiyyət tərəfindən bağlanmış işçilərin pay (səhm) iştirakı planı müqavilələrinin daxili reyestri aparılmalıdır. 404-5.3. Bu müqavilələrin icrası üçün cəmiyyət nizamnamə kapitalının tərkibində səlahiyyət verilmiş (lakin buraxılmamış) xüsusi pay (səhm) fondu yarada bilər.
Hədəf akt 3 / 5
Valyuta tənzimi haqqında

Maddə 2

2
Azərbaycan Respublikasında qeyri-rezidentlər, o cümlədən rəqəmsal səyyahlar tərəfindən milli valyutanın əldə edilməsi və ondan istifadə edilməsi qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

Maddə 3

1
Rezidentlər və qeyri-rezidentlər, o cümlədən rəqəmsal səyyahlar Azərbaycan Respublikasının daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququna malikdirlər.
Hədəf akt 4 / 5
İnvestisiya fondları haqqında

Maddə 1

1.1.7-1
1.1.7-1. vençur kapitalı fondu – fəaliyyətinin müstəsna predmeti investorların mənfəət əldə etməsi məqsədilə yalnız peşəkar investorlardan cəlb edilmiş pul vəsaitlərinin investisiya bəyannaməsinə uyğun olaraq investisiya edilməsi olan və aşağıdakı meyarlara cavab verən, habelə bu Qanunla nəzərdə tutulmuş təşkilati-hüquqi formalarda yaradılan investisiya fondudur: 1.1.7-1.1. əsas fəaliyyətinin investisiya qoyuluşundan ibarət olması və bu Qanunda nəzərdə tutulan hallar istisna olmaqla digər kommersiya fəaliyyəti həyata keçirməməsi; 1.1.7-1.2. fondun investorları üçün ortaq gəlir əldə etmək məqsədilə cəlb edilmiş kapitalı birləşdirməsi; 1.1.7-1.3. maliyyə və əməliyyat fəaliyyəti istiqamətlərinin müəyyən edilməsində, investisiya qərarların qəbulunda bütün təsisçilərin (iştirakçıların) birgə şəkildə davamlı iştirakının olmaması;
1.1.7-2
1.1.7-2. peşəkar investor – "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsi ilə müəyyən edilmiş institusional investorlar, iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafının maliyyələşdirilməsi və innovasiya fəaliyyətinin həyata keçirilməsi məqsədilə fəaliyyət göstərən dövlət adından yaradılan publik hüquqi şəxslər və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və ya bu Qanunun 1.1.7-3-cü maddəsində müəyyən edilmiş tələblərə cavab verən akkreditə olunmuş investorlardır;
1.1.7-3
1.1.7-3. akkreditə olunmuş investor – bu Qanunun 9-1.3-cü maddəsində göstərilən fəaliyyətə vençur kapitalı fondu vasitəsilə investisiya edən, investisiya ilə bağlı riskləri dərk etmək üçün maliyyə təcrübəsinə və ya potensial itkiləri qarşılamaq üçün maliyyə imkanlarına malik olan və aşağıdakı meyarlardan azı birinə cavab verən fiziki və ya hüquqi şəxsdir: 1.1.7-3.1. son 2 ilin hər birində illik gəliri 150.000 (yüz əlli min) manatdan çox olan və cari ildə də eyni gəlir səviyyəsini əldə edəcəyini əsaslı şəkildə gözləyən fiziki şəxslər; 1.1.7-3.2. əsas yaşayış yeri olan daşınmaz əmlakının dəyəri istisna olmaqla, xalis maliyyə aktivlərinin dəyəri 500.000 (beş yüz min) manatdan çox olan fiziki şəxslər; 1.1.7-3.3. siyahısı Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş sertifikatlara malik olan şəxslər; 1.1.7-3.4. xalis aktivlərinin dəyəri 5.000.000 (beş milyon) manatdan çox olan və ya bütün iştirakçıları bu Qanunun 1.1.7-3.1 – 1.1.7-3.3-cü maddələri ilə müəyyən edilmiş meyarlardan birinə cavab verən hüquqi şəxslər; 1.1.7-3.5. bütün iştirakçıları akkreditə olunmuş investorlardan ibarət olan hüquqi şəxslər; 1.1.7-3.6. vençur kapitalı fondunun idarəçisi (hüquqi şəxs olduqda isə onun rəhbər şəxsləri) və investisiya qərarlarının qəbulunda bilavasitə iştirak edən şəxslər;
1.1.7-4
1.1.7-4. azad hesabatlı vençur kapitalı fondu - bu Qanunun 9-2-ci maddəsində müəyyən edilmiş meyarlara cavab verən, fəaliyyəti üçün lisenziya tələb olunmayan və Mərkəzi Bank tərəfindən aparılan reyestrdə qeydə alınan vençur kapitalı fondudur;
1.1.7-5
1.1.7-5. lisenziyalaşdırılan vençur kapitalı fondu – bu Qanunun 9-3-cü maddəsinə uyğun olaraq Mərkəzi Bank lisenziyası əsasında fəaliyyət göstərən vençur kapitalı fondudur;
1.1.7-6
1.1.7-6. idarə edilən aktivlərin həcmi – vençur kapitalı fondunun idarə etdiyi bütün aktivlərinin, o cümlədən cəlb edilmiş, lakin hələ investisiya edilməmiş kapitalın və investorların ödənilməmiş kapital öhdəliklərinin bu Qanunun 9-1.7-ci maddəsinə əsasən hesablanan ümumi dəyəridir;
1.1.7-7
1.1.7-7. ödənilməmiş kapital öhdəliyi – vençur kapitalı fondunun təsis sənədlərinə (müqaviləsinə) əsasən fondun çağırışı əsasında investorun gələcəkdə fonda ödəməyi öhdəsinə götürdüyü, lakin hələ ödənilməmiş vəsaitin məbləğidir;
1.1.7-8
1.1.7-8. investorlardan pul vəsaitlərinin cəlb edilməsi – fond (və ya onun adından çıxış edən şəxs) tərəfindən kənar investorlardan (onların fondun təsisçisi qismində çıxış edib-etməməsindən asılı olmayaraq) investisiya məqsədilə fonda vəsaitin köçürülməsini (və ya bu barədə öhdəliyin götürülməsini) təmin etmək üçün həyata keçirilən fəaliyyətdir
1.1.10
investisiya fondunun idarəçisi (bundan sonra - idarəçi) – müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik hüquqi şəxsdirşəxs və ya investisiya şirkətləridir;
1.1.17
səhmdar investisiya fondunda və ya investisiya fondunun idarəçisində rəhbər vəzifə – səhmdar investisiya fondunun və ya investisiya fondunun idarəçisinin idarəetmə orqanlarında (müşahidə şurası, icra orqanı), həmçinin audit komitəsində üzvlükdürüzvlük və ya kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunda işləri aparan tam ortaqdır (ortaqlardır);

Maddə 3

3.3
Azərbaycan Respublikasında "İnvestisiya fondu" sözlərini öz adında yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiqnormativ hüquqi aktlarına uyğun olaraq yaradılmış investisiya fondları (vençur kapitalı fondları), həmin fondlara münasibətdə onların idarəçiləri, habelə müvafiq lisenziyaya malik olan xarici hüquqi şəxslər istifadə edə bilərlər.

Maddə 4

9-1
Maddə 9-1. Vençur kapitalı fonduna dair ümumi müddəalar
9-1.1. Vençur kapitalı fondunun nizamnaməsində və ya onun təsis sənədlərində fondun fəaliyyətinin müstəsna predmetinin cəlb edilən vəsaitlərinin 70 faizindən az olmayan hissəsinin bu Qanunun 9-1.3-cü maddəsində göstərilən məqsədlərə yatırılmasından ibarət olduğu göstərilməlidir. Qalan vəsait likvidliyin idarə edilməsi məqsədilə digər maliyyə alətlərinə yatırıla bilər. 9-1.2. Vençur kapitalı fondları bu Qanunun II-I fəslinə uyğun olaraq azad hesabatlı vençur kapitalı fondu və ya lisenziyalaşdırılan vençur kapitalı fondu rejimində fəaliyyət göstərirlər. Vençur kapitalı fondu məhdud məsuliyyətli cəmiyyət, qapalı səhmdar cəmiyyəti, kommandit ortaqlığı və ya qapalı paylı investisiya fondu formasında yaradıla bilər. Vençur kapitalı fondu sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz. 9-1.3. Vençur kapitalı fondu investorlardan cəlb olunmuş pul vəsaitlərinin yalnız rəqəmsal texnologiyaların və innovasiya məhsulunun (iqtisadi və ya sosial səmərə əldə etmək məqsədilə yeni yaradılmış və ya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində (təşkilati-texniki, maliyyə-iqtisadi və digər sahələrdə) tətbiq edilən inzibati, kommersiya, texnoloji və digər xarakterli yeniliklər) hazırlanması, istehsalı və təkmilləşdirilməsini həyata keçirən, mikro, kiçik və orta sahibkarlıq subyekti olan, habelə Azərbaycan Respublikasında "Startap" şəhadətnaməsini və ya texnologiyalar parkının və texnoloji biznes inkubatorunun və ya sənaye və azad iqtisadi zonaların qeydiyyat şəhadətnaməsini alan sahibkarların innovativ layihələrinə bu Qanunla müəyyən edilmiş qaydada yatırılması ilə məşğul olur. 9-1.4. Vençur kapitalı fondunun borc götürməsinə dair məhdudiyyətlər fondun rejimindən asılı olaraq aşağıdakı kimi müəyyən edilir: 9-1.4.1. azad hesabatlı vençur kapitalı fondu yalnız qısamüddətli likvidlik ehtiyaclarını (investisiyaların maliyyələşdirilməsi və ya əməliyyat xərclərinin ödənilməsi) ödəmək məqsədilə borc götürə bilər. Ümumi borc öhdəlikləri fondun ümumi kapital öhdəliklərinin (cəlb edilmiş və ödənilməmiş kapital öhdəliklərinin cəmi) 30 faizindən çox, hər borcun müddəti isə 12 aydan artıq ola bilməz; 9-1.4.2. lisenziyalaşdırılan vençur kapitalı fondu aktivlərinin 10 faizini keçməyən məbləğdə və üç aydan artıq olmayan müddətə borc götürə bilər. 9-1.5. Lisenziyalaşdırılan vençur kapitalı fondunun nizamnamə (şərikli) kapitalının minimum miqdarı və nizamnamə (şərikli) kapitalının formalaşdırması qaydaları Mərkəzi Bank tərəfindən müəyyən edilir. 9-1.6. Vençur kapitalı fondunun pay mülkiyyətçilərinin (səhmdarlarının) reyestri mərkəzi depozitar tərəfindən aparılır. 9-1.7. Vençur kapitalı fondu ildə azı bir dəfə idarə edilən aktivlərin həcmini hesablamalıdır. İdarə edilən aktivlərin həcminin hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. 9-1.8. Vençur kapitalı fondu öz investisiyalarını Azərbaycan Respublikasında, həmçinin "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasından kənarda həyata keçirə bilər. 9-1.9. Vençur kapitalı fondu tərəfindən hüquqi şəxs təsis edildikdə, 5 iş günü müddətində Mərkəzi Banka məlumat verir. 9-1.10. Vençur kapitalı fondunun fəaliyyət müddətinin uzadılması, idarəçisinin dəyişdirilməsi, habelə idarəçi tərəfindən əvvəlki fondun fəaliyyət müddəti bitdikdən və ya kapitalının (fondun təsis sənədlərində və ya idarə edilməsi qaydalarında müəyyən edilmiş hissəsinin) investisiya edilməsindən sonra yeni varis vençur kapitalı fondunun təsis edilməsi məhdudiyyətləri bu Qanunun tələbləri nəzərə alınmaqla fondun nizamnaməsi, paylı investisiya fondunun idarə edilməsi qaydaları və (və ya) investisiya bəyannaməsi ilə müəyyən edilir. Vençur kapitalı fondunun fəaliyyət müddətinin uzadılması və idarəçinin dəyişdirilməsi investorların (səhmdarların, pay mülkiyyətçilərinin, iştirakçıların) razılığı əsasında həyata keçirilir. Bu maddədə göstərilən hallar baş verdikdə bu barədə 5 (beş) iş günü müddətində Mərkəzi Banka yazılı məlumat verilməlidir. 9-1.11. Yeni varis vençur kapitalı fondu bu Qanunla müəyyən edilmiş qaydada Mərkəzi Bank tərəfindən reyestrdə qeydə alınmalı və ya lisenziya almalıdır.
9-2
Maddə 9-2. Azad hesabatlı vençur kapitalı fondu rejimi və meyarları
9-2.1. Azad hesabatlı vençur kapitalı fondu aşağıdakı meyarların hamısına cavab verdikdə azad hesabatlı vençur kapitalı fondu rejimində fəaliyyət göstərə bilər: 9-2.1.1. bu Qanunun 9-1.7-ci maddəsi nəzərə alınmaqla, idarə etdiyi aktivlərin həcmi 50 (əlli) milyon manat ekvivalentini keçmirsə; 9-2.1.2. investorlarının ümumi sayı əllidən çox deyilsə (fondun təşkilati-hüquqi forması üçün normativ hüquqi aktlarda daha az say müəyyən edildiyi hallar istisna olmaqla). 9-2.2. Azad hesabatlı vençur kapitalı fondunun fəaliyyəti lisenziyalaşdırılmır. Azad hesabatlı vençur kapitalı fondu fəaliyyətə başlamazdan əvvəl Mərkəzi Bank tərəfindən bu Qanunun 9-6-cı maddəsində müəyyən edilmiş qaydada reyestrdə qeydə alınmalıdır. 9-2.3. Azad hesabatlı vençur kapitalı fondu Mərkəzi Banka illik əsasda bu Qanunun 9-7-ci maddəsində müəyyən edilmiş məzmunda hesabat təqdim etməlidir.
9-3
Maddə 9-3. Lisenziyalaşdırılan vençur kapitalı fondu rejimi və meyarları
9-3.1. Bu Qanunun 9-2.1-ci maddəsində nəzərdə tutulan meyarlara cavab verməyən vençur kapitalı fondu yalnız lisenziyalaşdırılan vençur kapitalı fondu rejimində fəaliyyət göstərə bilər. Vençur kapitalı fondu həmçinin könüllü olaraq lisenziyalaşdırılan vençur kapitalı fondu rejimində fəaliyyət göstərmək barədə qərar qəbul edə bilər. 9-3.2. Lisenziyalaşdırılan vençur kapitalı fondu bu Qanunun VIII fəslinə uyğun olaraq Mərkəzi Bankdan lisenziya almalıdır.
9-4
Maddə 9-4. Vençur kapitalı fondunun fəaliyyət rejiminin dəyişdirilməsi
9-4.1. Azad hesabatlı vençur kapitalı fondu bu Qanunun 9-1.7-ci maddəsində qeyd edilən hesablamanı həyata keçirərkən bu Qanunun 9-2.1-ci maddəsində nəzərdə tutulan meyarlara uyğun olmadığı təqdirdə, bu barədə 10 iş günü ərzində Mərkəzi Banka və investorlarına məlumat verməli və bu halın baş verdiyi tarixdən etibarən 90 təqvim günü (keçid dövrü) ərzində lisenziyalaşdırılan vençur kapitalı fondu lisenziyası almaq üçün Mərkəzi Banka müraciət etməlidir. 9-4.2. Keçid dövründə fond yeni investor cəlb edə bilməz, lakin mövcud investisiya fəaliyyətini, o cümlədən mövcud investorlardan ödənilməmiş kapital öhdəliklərini tələb etməyi və mövcud portfel şirkətlərinə əlavə investisiyalar etməyi davam etdirə bilər. 9-4.3. Mərkəzi Bank əsaslandırılmış müraciət əsasında keçid dövrünü əlavə 90 təqvim günədək uzada bilər. 9-4.4. Bu Qanunun 9-4.1-ci maddəsində göstərilən müddət ərzində lisenziya üçün müraciət edilmədikdə və ya ona lisenziya verilməsindən bu Qanunla nəzərdə tutulmuş hallarda imtina edildikdə vençur kapitalı fondu fəaliyyətini dayandırmalı, Mərkəzi Bank isə azad hesabatlı vençur kapitalı fondunu reyestrdən çıxarılma barədə qərar qəbul etməli və bu barədə məlumatı reyestrdən qeydi çıxarılmış azad hesabatlı vençur kapitalı fonduna və ya onun idarəçisinə, onun depozitarına və vergi orqanlarına dərhal göndərməli və mediada dərc etdirməlidir. 9-4.5. Reyestrdə müvafiq qeydi ləğv edilmiş azad hesabatlı vençur kapitalı fondunun təsisçiləri (iştirakçıları, səhmdarları, tam ortaqları) Mərkəzi Bankın qərarının qəbul edildiyi tarixdən 30 (otuz) təqvim günü müddətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 59.2.1-ci maddəsinə uyğun olaraq fondun ləğv edilməsi və ya adından "vençur kapitalı fondu" sözləri çıxarılmaqla fəaliyyət predmetinin dəyişdirilməsi barədə qərar qəbul etməlidirlər. Bu müddət ərzində müvafiq qərar qəbul edilmədikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin hüquqi şəxsin məhkəmə qaydasında məcburi ləğv edilməsi tələbi ilə iddia qaldırır.
9-5
Maddə 9-5. Vençur kapitalı fondunun idarəçilərinə dair tələblər
9-5.1. Vençur kapitalı fondu daxili idarəetmə formasında (fondun icra orqanı və ya tam ortaq tərəfindən) və ya kənar idarəçi cəlb etməklə idarə oluna bilər. 9-5.2. Lisenziyalaşdırılan vençur kapitalı fondunun idarə edilməsi kənar idarəçi tərəfindən həyata keçirildikdə , həmin kənar idarəçi bu Qanunun IV və VIII fəsillərinə uyğun olaraq investisiya fondlarının idarə edilməsi üzrə lisenziyaya malik olan şəxs olmalıdır. 9-5.3. İdarəçi vençur kapitalı fondunun nizamnamə (şərikli) kapitalının və ya investorların cəlb edilmiş kapital öhdəliklərinin azı 1 – 5 faizinə bərabər məbləğdə öz vəsaiti ilə fondda iştirak etməlidir. 9-5.4. Azad hesabatlı vençur kapitalı fondunun idarə edilməsi üçün bu Qanunla nəzərdə tutulmuş investisiya fondlarının idarə edilməsi üzrə lisenziya tələb olunmur. Aşağıdakı tələblərə cavab verən idarəçi (fondun icra orqanı və ya tam ortaq istisna olmaqla) fondun reyestrə qeydə alınması zamanı Mərkəzi Bank tərəfindən aparılan reyestrdə qeydə alınmalıdır: 9-5.4.1. idarəçinin nizamnamə kapitalı azı 50.000 manat olmalı və ya 3 aylıq əməliyyat xərclərini qarşılamaq üçün kifayət edən likvid aktivlərə malik olmalıdır (hansı daha yüksəkdirsə); 9-5.4.2. idarəçinin rəhbər şəxsləri (və ya tam ortaqlar) bu Qanunun 40-cı maddəsində nəzərdə tutulan məqbul və lazımi keyfiyyətlərə malik olmalıdırlar. 9-5.5. Bu Qanunun 9-5.4-cü maddəsinə əsasən idarəetməni həyata keçirən şəxsin reyestrdə qeydə alınması bu Qanunun 9-6.3 – 9-6.11-ci maddələrində qeyd edilmiş qaydada aparılır. 9-5.6. Azad hesabatlı vençur kapitalı fondunun idarəçisi eyni zamanda ondan artıq vençur kapitalı fondunu idarə edə bilməz.
9-6
Maddə 9-6. Azad hesabatlı vençur kapitalı fondunun reyestri
9-6.1. Bu Qanunun 3.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, azad hesabatlı vençur kapitalı fondu (və ya onun idarəçisi) tərəfindən fəaliyyətə başlamazdan əvvəl Mərkəzi Bankda reyestrdə qeydə alınmaq üçün ərizə və aşağıdakı sənədlər (məlumatlar) təqdim edilməlidir: 9-6.1.1. fondun və idarəçinin (kənar idarəçi olduqda) təsis sənədlərinin surətləri; 9-6.1.2. fondun investisiya bəyannaməsi və ya əsas investisiya şərtlərini əks etdirən sənəd; 9-6.1.3. idarəçinin bu Qanunun 9-5.3-cü və 9-5.4-cü maddələrinin tələblərinə uyğunluğunu təsdiq edən məlumatlar (rəhbər şəxslər və kapital (likvidlik) barədə). 9-6.2. Bu maddədə nəzərdə tutulmuş sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və məlumatlar müraciət edəndən tələb edilmir. Belə sənədlərin və məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən tərəfindən təmin edilir. 9-6.3. Mərkəzi Bank təqdim edilmiş sənədlərə 15 iş günü ərzində baxır. 9-6.4. Sənədlərdə və ya məlumatlarda çatışmazlıq aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 3 iş günündən gec olmayaraq Mərkəzi Bank bu barədə məlumatı müraciət edənə təqdim edir. Bütün çatışmazlıqlar müraciət edənə eyni zamanda bildirilməlidir. 9-6.5. Müraciət edən həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman azad hesabatlı vençur kapitalı fondunun reyestrdə qeydə alınması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət reyestrdə qeydə alınma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə müraciət edənin müraciətindən sonra müddətin axımı bərpa olunur. 9-6.6. Müraciət edən ərizədə və ona əlavə edilmiş sənədlərdə və məlumatlarda aşkar olunmuş çatışmazlıqları bu Qanunun 9-6.5-ci maddəsində göstərilən müddətdə aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır və bu barədə məlumatı 2 iş günü müddətində müraciət edənə təqdim edilir. 9-6.7. Müraciət edən aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra reyestrdə qeydə alınma üçün təkrar ərizə ilə Mərkəzi Banka müraciət edə bilər. Bu halda müraciətə yeni müraciət kimi baxılır. 9-6.8. Təqdim edilən sənədlərdə və məlumatlarda çatışmazlıq olmadıqda, Mərkəzi Bank fondu azad hesabatlı vençur kapitalı fondu reyestrinə daxil edir və bu barədə 5 iş günü müddətində fonda yazılı bildiriş göndərir. 9-6.9. Mərkəzi Bank aşağıdakı hallarda fondu azad hesabatlı vençur kapitalı fondu kimi reyestrdə qeydə almaqdan imtina edir: 9-6.9.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə bu Qanunun 9-6.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun olmayan məlumatlar olduqda (bu Qanunun 9-6.4-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla); 9-6.9.2. çatışmazlıqların aradan qaldırılması barədə müraciət edən müraciətindən sonra çatışmazlıqların aradan qaldırılmadığı müəyyən edildikdə. 9-6.10. Fondu azad hesabatlı vençur kapitalı fondu kimi reyestrdə qeydə alınmasından imtina haqqında Mərkəzi Bankın qərarını aldıqdan sonra müraciət edənlər inzibati qaydada və məhkəməyə şikayət edə bilərlər.
9-7
Maddə 9-7. Azad hesabatlı vençur kapitalı fondunun hesabatlılığı
9-7.1. Azad hesabatlı vençur kapitalı fondu Mərkəzi Banka hesabat təqdim etməlidir. 9-7.2. Hesabatda aşağıdakı məlumatlar göstərilir: 9-7.2.1. hesabat dövrünün sonuna bu Qanunun 9-1.7-ci maddəsinə uyğun hesablanmış idarə edilən aktivlərin həcmi və komponentləri; 9-7.2.2. investorların ümumi sayı və onların hamısının peşəkar investor olduğuna dair təsdiqedici sənədlər; 9-7.2.3. investisiya portfeli haqqında icmal məlumat (əsas investisiya sahələri və coğrafi bölgüsü); 9-7.2.4. fondun borclanma səviyyəsi və bu Qanunun 9-1.4.1-ci maddəsinin tələblərinə uyğunluğunu təsdiq edən sənədlər. 9-7.3. Azad hesabatlı vençur kapitalı fondu bu Qanunun 9-7.2.1-ci maddəsində nəzərdə tutulan məlumatları hər təqvim ili üzrə növbəti ilin birinci rübü ərzində, bu Qanunun 9-7.2.2 – 9-7.2.4-cü maddələrində nəzərdə tutulan məlumatları isə yarımildə bir dəfə (avqust və fevral aylarında), habelə bu Qanunun 9-7.6.2-ci maddəsində investorlara təqdim olunması nəzərdə tutulan illik maliyyə hesabatlarını Mərkəzi Banka təqdim edir. 9-7.4. Hesabatın forması Mərkəzi Bank tərəfindən müəyyən edilir. 9-7.5. Azad hesabatlı vençur kapitalı fondu investisiya strategiyası, risklər, xərclər və kapital itkisi ehtimalı barədə investorları yazılı şəkildə məlumatlandırmalı və onlardan bu riskləri qəbul etdiklərinə dair yazılı təsdiq almalıdır. İnvestorlara təqdim edilən bütün təklif sənədlərində və marketinq materiallarında fondun fəaliyyət rejimi, o cümlədən azad hesabatlı vençur kapitalı fondunun lisenziyalaşdırılmamış statusu barədə investorlara aydın şəkildə məlumat verilməlidir. 9-7.6. Azad hesabatlı vençur kapitalı fondu investorlarına aşağıdakı dövrilikdə və məzmunda hesabat təqdim etməlidir: 9-7.6.1. rüblük əsasda aktivlərin xalis dəyəri, idarəetməsində olan müəssisələrin vəziyyəti və idarəetmə xərcləri barədə hesabat; 9-7.6.2. illik əsasda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanmış və kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatları və idarə edilən aktivlərin həcmi barədə məlumat.
9-8
Maddə 9-8. Azad hesabatlı vençur kapitalı fonduna dair nəzarət mexanizmləri
9-8.1. Mərkəzi Bankın azad hesabatlı vençur kapitalı fondu üzərində nəzarəti bu Qanunun 9-7-ci maddəsinə əsasən təqdim edilən illik hesabatların monitorinqi vasitəsilə həyata keçirilir. 9-8.2. Mərkəzi Bank azad hesabatlı vençur kapitalı fondunda və ya onun idarəçisində yalnız aşağıdakı hallarda "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlama apara bilər: 9-8.2.1. fondun azad hesabatlı vençur kapitalı fondu meyarlarını pozduğuna dair əsaslı şübhələr olduqda; 9-8.2.2. fondun fəaliyyətində investorların və digər üçüncü şəxslərin hüquqlarının pozulması barədə şikayət və ya məlumat daxil olduqda.
9-9
Maddə 9-9. Akkreditə olunmuş investor statusunun yoxlanılması qaydaları
9-9.1. Vençur kapitalı fondu, investorun akkreditə olunmuş investor statusunu müəyyən etmək üçün onun tərəfindən imzalanmış yazılı bəyannaməyə əsaslana bilər. Bəyannamədə investorun bu Qanunun 1.1.7-3-cü maddəsindəki hansı meyara (meyarlara) cavab verdiyi göstərilməlidir. Fondun bu bəyanatın yanlış olduğuna dair faktiki məlumatı olduqda, investorun ona əsaslanmasına yol verilmir. 9-9.2. Vençur kapitalı fondu investorların akkreditə olunmuş investor statusunu yoxlamaq üçün investorlar tərəfindən aşağıdakı sənədlərdən azı biri təqdim edilir: 9-9.2.1. fiziki şəxslərin gəlirlərini və ya xalis aktivlərini təsdiq edən rəsmi sənədlər (vergi bəyannamələri, bank (depozitar) çıxarışları, əmlak qiymətləndirmə hesabatları); 9-9.2.2. hüquqi şəxslərin audit yoxlamasından keçmiş maliyyə hesabatları; 9-9.2.3. investorun akkreditə olunmuş investor statusunu göstərən auditor rəyi. 9-9.3. Akkreditə olunmuş investor statusunun yoxlanılmasına dair sənədlər fond tərəfindən azı 5 il müddətində saxlanılmalıdır. 9-9.4. Fəaliyyətlərin dəstəklənməsi və əlaqələndirilməsi habelə ümumi mənafelərinin (əmlak mənafeləri daxil olmaqla) təmsil və müdafiə edilməsi (o cümlədən, müəssisə, idarə və təşkilatlarda, dövlət orqanlarında (qurumlarında), beynəlxalq təşkilatlarda) məqsədi ilə akkreditə olunmuş investor statusuna malik şəxslər qeyri-kommersiya hüquqi şəxsi formasında (akkreditə olunmuş investor birlikləri) birləşə bilər.
9-10
Maddə 9-10. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun təşkili və fəaliyyəti
9-10.1. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondu azı üç hüquqi və (və ya) fiziki şəxs tərəfindən yaradılır. 9-10.2. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun təsisçilərinin (iştirakçılarının) ümumi sayı əllidən çox ola bilməz. 9-10.3. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondu bu Qanunun 9-2-ci və 9-3-cü maddələrinə uyğun olaraq azad hesabatlı vençur kapitalı fondu və ya lisenziyalaşdırılan vençur kapitalı fondu rejimində fəaliyyət göstərə bilər. 9-10.4. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun iştirakçıları (səhmdarları) onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar.
9-11
Maddə 9-11. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunda idarəetmə
9-11.1. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun səhmdarlarının ümumi yığıncağının müstəsna səlahiyyətlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərdən əlavə aşağıdakılar aiddir: 9-11.1.1. idarəçinin və ya depozitarın dəyişdirilməsi barədə qərarın qəbul edilməsi; 9-11.1.2. fondun xərclərinin artırılması barədə qərarın qəbul edilməsi. 9-11.2. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun səhmdarlarının ümumi yığıncağında iştirak etmək hüququna malik olan şəxslərin siyahısı vençur kapitalı fondunun səhmdarlarının reyestri əsasında müəyyənləşdirilir. Həmin siyahı səhmdarların ümumi yığıncağının keçirilməsi tarixinədək 60 gündən gec və 45 gündən tez olmayan müddətdə tərtib edilməlidir. 9-11.3. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun səhmdarların ümumi yığıncağının çağırılmasına azı 45 gün qalmış bu barədə məlumat verilməli, habelə tərtib edilmiş siyahı əsasında səhmdarlara, idarəçiyə, depozitara, həmçinin lisenziyalaşdırılan vençur kapitalı fondu tərəfindən Mərkəzi Banka yazılı bildiriş göndərilməlidir. 9-11.4. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondu ilə müvafiq müqavilələr bağlamış idarəçinin, depozitarın, auditorun və qiymətləndiricinin əməkdaşları, habelə onlara aidiyyəti olan şəxslər vençur kapitalı fondunun icra orqanının üzvü ola bilməzlər. 9-11.5. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun idarəetmə orqanlarının səlahiyyətləri, onların qərarları qəbul etmə prosedurları, o cümlədən barəsində qərarların yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qəbul edildiyi məsələlər səhmdar cəmiyyətlərə dair müvafiq normativ hüquqi aktlarla tənzimlənir. 9-11.6. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun icra orqanının üzvlərinin şəxsi marağı ilə vençur kapitalı fondunun maraqları arasında ziddiyyətlərə gətirib çıxara bilən hallarda məlumat verilməsi, habelə vençur kapitalı fondunun maraqlarına zidd olan əqdlərin bağlanması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-10.5-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.
9-12
Maddə 9-12. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsi
9-12.1. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsi fondun təsis yığıncağının qərarı ilə, fond yaradıldıqdan sonra isə səhmdarların ümumi yığıncağının qərarı ilə qəbul edilir. 9-12.2. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsində aşağıdakılar göstərilir: 9-12.2.1. vençur kapitalı fondunun, idarəçinin (olduqda), depozitarın və auditorun tam adı və yerləşdiyi ünvan; 9-12.2.2. qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın (olduqda) tam adı, fəaliyyət və ya hüquqi ünvanları; 9-12.2.3. vençur kapitalı fondunun investisiya strategiyası, şərtləri, istiqamətləri və sahələri haqqında məlumat; 9-12.2.4. vençur kapitalı fondunun aktivlərinin diversifikasiyası şərtləri; 9-12.2.5. investisiyaların həyata keçirilməsi ilə bağlı risklər; 9-12.2.6. investisiya fəaliyyətinə dair məhdudiyyətlər; 9-12.2.7. fondun aktivləri hesabına idarəçiyə, depozitara və digər şəxslərə ödəniləcək mükafatların, xərclərin və xidmət haqlarının hesablanma qaydaları və maksimum həcmi; 9-12.2.8. dividendlərin ödənilməsi qaydası; 9-12.2.9. vençur kapitalı fondundan və səhmdarlardan qanunla nəzərdə tutulmuş vergilər və onların ödənilməsi qaydası barədə məlumat; 9-12.2.10. vençur kapitalı fondunun fəaliyyətinə dair məlumatların açıqlanması qaydaları; 9-12.2.11. vençur kapitalı fondunun müddəti və investisiyalardan çıxış strategiyası; 9-12.2.12. investisiya bəyannaməsinə əlavə və dəyişikliklərin edilmə proseduru və investorların məlumatlandırılması qaydası; 9-12.2.13. investisiya portfelinə dair tərtib olunan hesabatın əsas valyutası; 9-12.2.14. bu Qanunun 9-1.10-cu maddəsində göstərilən məlumatlar. 9-12.3. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan lisenziyalaşdırılan vençur kapitalı fondunun investisiya bəyannaməsi onun səhm buraxılışı ilə birgə dövlət qeydiyyatına alınır. Səhm buraxılışının dövlət qeydiyyatı "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azad hesabatlı vençur kapitalı fondunun investisiya bəyannaməsi isə fondun reyestrdə qeydə alınması zamanı Mərkəzi Banka təqdim edilir. 9-12.4. Qapalı səhmdar cəmiyyəti formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsi hər bir potensial investora təqdim edilməlidir.
9-13
Maddə 9-13. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun təşkili və fəaliyyəti
9-13.1. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondu bu Qanunun 9-2-ci və 9-3-cü maddələrinə uyğun olaraq azad hesabatlı vençur kapitalı fondu və ya lisenziyalaşdırılan vençur kapitalı fondu rejimində fəaliyyət göstərə bilər. 9-13.2. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortaqları istisna olmaqla, digər ortaqlar (kommanditçi) fondun öhdəlikləri üzrə məsuliyyət daşımır və fondun fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.
9-14
Maddə 9-14. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunda idarəetmə
9-14.1. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunda idarəetmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun həyata keçirilir. 9-14.2. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondu ilə müvafiq müqavilələr bağlamış idarəçi, depozitar, auditor və qiymətləndirici, habelə onlara aidiyyəti olan şəxslər və onların nümayəndələri fondun iştirakçısı ola bilməz.
9-15
Maddə 9-15. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsi
9-15.1. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsi fondun tam ortaqlarının qərarı ilə qəbul edilir. 9-15.2. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsində aşağıdakılar göstərilir: 9-15.2.1. vençur kapitalı fondunun və idarəçinin (olduqda) tam adı və yerləşdiyi ünvan; 9-15.2.2. qiymətləndiricinin və ya qiymətləndirici təşkilatın (olduqda) tam adı, fəaliyyəti və hüquqi ünvanları; 9-15.2.3. fondun investisiya strategiyası, şərtləri, istiqamətləri və sahələri haqqında məlumat; 9-15.2.4. fondun aktivlərinin diversifikasiyası şərtləri; 9-15.2.5. investisiyaların həyata keçirilməsi ilə bağlı risklər; 9-15.2.6. investisiya fəaliyyətinə dair məhdudiyyətlər; 9-15.2.7. fondun aktivləri hesabına idarəçiyə digər şəxslərə ödəniləcək mükafatların, xərclərin və xidmət haqlarının hesablanma qaydaları və maksimum həcmi; 9-15.2.8. mənfəət və zərərin bölüşdürülməsi qaydası; 9-15.2.9. vençur kapitalı fondundan və iştirakçılardan qanun vericiliklə nəzərdə tutulmuş vergilər və onların ödənilməsi qaydası barədə məlumat; 9-15.2.10. fondun fəaliyyətinə dair məlumatların açıqlanması qaydaları; 9-15.2.11. vençur kapitalı fondunun müddəti və investisiyalardan çıxış strategiyası; 9-15.2.12. investisiya bəyannaməsinə əlavə və dəyişikliklərin edilmə proseduru və investorların məlumatlandırılması qaydası; 9-15.2.13. investisiya portfelinə dair tərtib olunan hesabatın əsas valyutası; 9-15.2.14. bu Qanunun 9-1.10-cu maddəsində göstərilən məlumatlar. 9-15.3. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsinin təsdiq edilməsi barədə qərar fondun tam ortaqları tərəfindən qəbul edildikdən sonra 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilir. Mərkəzi Bank investisiya bəyannaməsini 10 iş günü ərzində qeydiyyata alır. 9-15.4. Kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsi ictimaiyyətə açıqlanmır (dərc edilmir), lakin bütün iştirakçılara təqdim edilməlidir.
9-16
Maddə 9-16. Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondunun təşkili və fəaliyyəti
9-16.1. Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondu yalnız azad hesabatlı vençur kapitalı fondu rejimində fəaliyyət göstərə bilər. 9-16.2. Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan azad hesabatlı vençur kapitalı fondunun nizamnamə kapitalı iştirakçıların bəyan etdiyi ödənilməmiş kapital öhdəliyi prinsipi əsasında formalaşdırıla bilər. İştirakçılar nizamnamə kapitalındakı paylarını (kapital öhdəliyini) fondun nizamnaməsində və ya investisiya bəyannaməsində müəyyən edilmiş investisiya dövrü ərzində, vençur kapitalı fondunun və ya onun idarəçisinin yazılı tələbi əsasında, tələbdə göstərilən və 30 (otuz) iş günündən çox olmayan müddətdə ödəyirlər. İnvestisiya dövrü başa çatdıqda iştirakçıların tələb olunmamış və ödənilməmiş kapital öhdəliklərinə xitam verilir və fondun nizamnamə kapitalı faktiki ödənilmiş məbləğə qədər azaldılır. 9-16.3. İştirakçı kapital öhdəliyini yazılı tələbdə müəyyən edilmiş müddətdə icra etmədikdə, fondun nizamnaməsində və ya təsis sənədlərində nəzərdə tutulmuş qaydada həmin iştirakçıya qarşı aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi tətbiq edilə bilər: 9-16.3.1. ödənilməmiş məbləğə münasibətdə cərimələrin və ya dəbbə pulunun hesablanması; 9-16.3.2. fondun idarə edilməsində səsvermə hüququnun və fondun mənfəətindən (gəlirindən) pay almaq hüququnun məhdudlaşdırılması və ya dayandırılması; 9-16.3.3. iştirakçının fonddakı ödənilməmiş pay hissəsinin və ya əvvəllər ödəmiş olduğu məbləğlərin məcburi qaydada fondun digər iştirakçılarına, yaxud üçüncü şəxslərə (peşəkar investorlara) satılması. 9-16.4. Fondun iştirakçılarının sayı əllidən çox ola bilməz. 9-16.5. İştirakçılar fondun öhdəlikləri üzrə məsuliyyət daşımır və fondun fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. 9-16.6. Fondun fəaliyyət müddəti ərzində iştirakçının cəmiyyətdən çıxmaq və payının dəyərini tələb etmək hüququ nizamnamə ilə məhdudlaşdırıla bilər. 9-16.7. Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondu azı iki iştirakçı tərəfindən yaradılır.
9-17
Maddə 9-17. Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondunda idarəetmə
9-17.1. Fondun ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır. Ümumi yığıncağın səlahiyyətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.3-cü maddəsinə uyğun olaraq müəyyən edilir. Ümumi yığıncaq, o cümlədən, fondun idarəçisinin (icra orqanının və ya kənar idarəçinin) təyini və azad edilməsi məsələlərini həll edir. 9-17.2. Fondun cari fəaliyyətinə rəhbərlik təkbaşına icra orqanı (direktor) və ya kollegial icra orqanı tərəfindən həyata keçirilir. Fondun idarə edilməsi müqavilə əsasında kənar idarəçiyə verilə bilər. 9-17.3. Təsis sənədlərində nəzərdə tutulduğu halda fondun mənfəəti və zərəri iştirakçılar arasında onların nizamnamə kapitalındakı paylarına mütənasib olmayan qaydada bölüşdürülə bilər.
9-18
Maddə 9-18. Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsi
9-18.1. İnvestisiya bəyannaməsi iştirakçıların ümumi yığıncağının qərarı ilə qəbul edilir. 9-18.2. Məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondunun investisiya bəyannaməsində bu Qanunun 9-12.2-ci maddəsində qeyd edilən məlumatlar göstərilir. 9-18.3. İnvestisiya bəyannaməsi ictimaiyyətə açıqlanmır (dərc edilmir), lakin fondun reyestrdə qeydə alınması zamanı Mərkəzi Banka və hər bir investora təqdim edilməlidir.
4.1.1.1
4.1.1.1. Bu Qanunda xüsusi olaraq fərqləndirilmədikdə, bu Qanunun investisiya fondlarına, o cümlədən səhmdar investisiya fondlarına, qapalı paylı investisiya fondlarına, onların idarəçilərinə, depozitarlarına və investorlarına dair müddəaları (bu Qanunun 42-ci və 43-cü maddələri istisna olmaqla) vençur kapitalı fondlarına, onların idarəçilərinə, depozitarlarına və peşəkar investorlarına da şamil edilir. Bu Qanunun lisenziyalaşdırmaya, habelə prudensial tənzimləməyə və nəzarətə dair müddəaları yalnız lisenziyalaşdırılan vençur kapitalı fondlarına şamil edilir. Azad hesabatlı vençur kapitalı fondlarının fəaliyyəti bu Qanunun II-I fəslində nəzərdə tutulmuş rejimə əsasən tənzimlənir.Vençur kapitalı fondunun adında "vençur kapitalı fondu" sözləri olmalıdır. Hüquqi şəxs statusu almaq istəyən azad hesabatlı vençur kapitalı fondunun dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxsin nizamnaməsində (adında) dəyişiklik edilməsi zamanı bu sözlərdən istifadə edilməsi üçün Mərkəzi Bankın ilkin razılığı alınmalıdır. İlkin razılığın alınması qaydası Mərkəzi Bankın qəbul etdiyi normativ xarakterli aktlarla müəyyən edilir.II-I fəsil Vençur kapitalı fondunun fəaliyyət rejimləri və fəaliyyətinin tənzimlənməsiVençur kapitalı fondları müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyətinin və ya qapalı səhmdar cəmiyyətinin icra orqanı və ya kommandit ortaqlığının tam ortağı (ortaqları) tərəfindən idarə olunduğu halda kənar idarəçi cəlb etməyə bilər.Vençur kapitalı fondunun aktivləri pul vəsaitlərindən, hüquqi şəxslərin nizamnamə (şərikli) kapitalında iştirak paylarından (səhmlərindən), investisiya qiymətli kağızlardan və portfel şirkətlərinə verilən borclardan, gələcəkdə kapitala çevrilmə hüququ verən borc alətlərindən, digər investisiya fondlarında (o cümlədən vençur fondlarında) iştirak paylarından, habelə investisiya strategiyasına uyğun olaraq digər maliyyə aktivlərindən və digər maliyyə alətlərindən ibarət ola bilər. Vençur kapitalı fondunun aktivlərinin tərkibinə və strukturuna dair tələblər Mərkəzi Bank tərəfindən qəbul olunmuş normativ xarakterli aktlarla müəyyən edilir.idarəçi tərəfindən idarə olunan vençur kapitalı fondunun idarəçisi tərəfindən vençur kapitalı fondunun bütün səhmləri və ya payları satın alındıqda

Maddə 10

10.8
10.8. Vençur kapitalı fondu kimi fəaliyyət göstərən qapalı paylı investisiya fondunun pay mülkiyyətçilərinin (peşəkar investorlarının) ümumi sayı yüzdən çox ola bilməz.";

Maddə 13

13.2-1
13.2-1. Vençur kapitalı fondu fəaliyyəti ilə məşğul olan qapalı paylı investisiya fondunun idarə edilməsi qaydalarında bu Qanunun 13.2-ci maddəsində qeyd olunan məlumatlardan əlavə idarəçinin peşəkar investorlardan cəlb edilən pul vəsaitlərinin bu Qanunun 9-1.3-cü maddəsində nəzərdə tutulan məqsədlərə və Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydada investisiya qiymətli kağızlarına investisiya edəcəyi ilə bağlı şərt əlavə edilməlidir.";

Maddə 14

14.1.1-1
14.1.1-1. vençur kapitalı fondu fəaliyyəti ilə məşğul olan qapalı paylı investisiya fondunun peşəkar investorlardan cəlb edilən pul vəsaitlərinin bu Qanunun 9-1.3-cü maddəsində nəzərdə tutulan məqsədlərə və Mərkəzi Bank tərəfindən müəyyən edilmiş qaydada investisiya qiymətli kağızlarına investisiya edilməsi haqqında məlumat

Maddə 24

24.2
İdarəçi (investisiya şirkətləri istisna olmaqla) digər sahibkarlıq fəaliyyət növləri ilə məşğul ola bilməz. İdarəçinin nizamnaməsində qanunvericiliklə hüquqi şəxslərin nizamnaməsində müəyyən edilmiş tələblərlə yanaşı fəaliyyətinin müstəsna predmetinin müştərilərinə məxsus pul vəsaitləri, qiymətli kağızlar və qanunvericilikdə nəzərdə tutulmuş digər əmlakla onların və ya üçüncü şəxslərin xeyrinə əməliyyatların aparılması üzrə lisenziyalaşdırılan fəaliyyətdən ibarət olması müəyyən edilməlidir.

Maddə 25

25.11.6
idarəçi, kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları) və ya səhmdar investisiya fondunun icra orqanı tərəfindən yol verilmiş pozuntular haqqında onların aşkar edildiyi tarixdən 1 iş günü ərzində Mərkəzi Banka yazılı məlumat vermək;

Maddə 27

27.1.1
səhmdar investisiya fondunun müşahidə şurasının və icra orqanının üzvü (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları);
27.2.4
investisiya fonduna bu Qanunun 27.1.1-ci və 27.1.2-ci maddələrində göstərilən aidiyyəti olan şəxslər idarəçinin və ya onun idarəçiliyində olan digər investisiya fondlarının müşahidə şurasının və ya icra orqanının üzvü (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları) ola bilməzlər;
27.2.5
səhmdar investisiya fondu ilə ona aidiyyəti olan şəxslər arasında fondun aktivlərinin dəyərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdlər səhmdar investisiya fondu tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağı (ortaqları) sadə səs çoxluğu ilə qəbul edilən qərarı ilə bağlanılır;
27.2.5-1
səhmdar investisiya fondu ilə ona aidiyyəti olan şəxslər arasında fondun aktivlərinin dəyərinin 5 faizədək hissəsini təşkil edən əqdlər səhmdar investisiya fondunun nizamnaməsinə uyğun olaraq səhmdarların ümumi yığıncağı, müşahidə şurası və ya icra orqanı (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları) tərəfindən qəbul edilən qərarı ilə bağlanılır;
27.2.9
səhmdar investisiya fondunun müşahidə şurasının və icra orqanının üzvləri (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları), habelə investisiya fondunun struktur bölmələrinin (filial, departament, şöbə və s.) rəhbərləri özlərinin, bu Qanunun 27.1.3-cü və 27.1.9-cu maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri (onun yaranması, həcmi və s.) barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər.

Maddə 30

30.2
İnvestisiya fondları və onların idarəçiləri mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının tərtib edilməsini, vençur kapitalı fondları həmçinin maliyyə hesabatlarının təqdim və dərc edilməsini "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirirlər;

Maddə 36

36.1.9-1
36.1.9-1. vençur kapitalı fondunun idarəçi tərəfindən idarə edilməsi nəzərdə tutulduqda vençur kapitalı fondunun idarə edilməsini həyata keçirəcək idarəçi barədə məlumat;
36.1.9-2
36.1.9-2. vençur kapitalı fondunun öz idarəetmə orqanları tərəfindən idarə olunması nəzərdə tutulduqda həmin idarəetmə orqanları barədə məlumat
36.1.13
təsisçilərin, rəhbər vəzifələrə təyin olunması nəzərdə tutulan şəxslərin həmin səhmdar investisiya fondunda, idarəçidə və ya digər hüquqi şəxslərdə mühüm iştirak paylarını göstərməklə siyahısı və onların (təsisçi hüquqi şəxs olduqda onun icra orqanlarının rəhbərlərinin), habelə baş mühasibin (bu vəzifələri icra edən şəxsin) və daxili audit xidmətinin rəhbəri və əməkdaşlarının (vençur kapitalı fondlarında baş mühasib (bu vəzifələri icra edən şəxs mövcud olduqda) vətəndaş qüsursuzluğu barədə məlumat.
36.1.15
Mərkəzi Bankın müəyyən etdiyi formada səhmdar investisiya fondunun və ya idarəçinin səhmdarlarıiştirakçıları arasındakı münasibətlər və səhmdar investisiya fondunun və ya idarəçinin benefisiar mülkiyyətçiləri, o cümlədən onların bu Qanunla müəyyən edilmiş vətəndaş qüsursuzluğu haqqında məlumat, benefisiar mülkiyyətçi əcnəbi olduqda isə rezidenti olduğu ölkənin müvafiq dövlət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmış və ya apostil verilmiş arayış.

Maddə 38

38.2.1
səhmdar investisiya fondununvə bu Qanunun 24.13-cü maddəsində göstərilən hal istisna olmaqla vençur kapitalı fondunun idarə edilməsi barədə idarəçi ilə bağlanmış müqavilənin surətini;

Maddə 40

40.2
Səhmdar investisiya fondunun və idarəçinin müşahidə şurasının, icra orqanının və audit komitəsinin üzvü, habelə kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları) aşağıdakı tələblərə cavab verməlidir:
40.4
Səhmdar investisiya fondunun və idarəçinin icra orqanının və müşahidə şurasının üzvləri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində, habelə kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortaq (ortaqlar) müəyyən olunduqda və dəyişdirildikdə Mərkəzi Banka yazılı bildiriş göndərilir. Bildirişə müvafiq olaraq bu Qanunun 36.1.13-cü və 36.1.14-cü maddələrində nəzərdə tutulan sənəd və məlumatlar əlavə olunur. Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar.
40.4-2
Səhmdar investisiya fondunun və idarəçinin müşahidə şurasının, icra orqanının və audit komitəsinin üzvləri, baş mühasibi (bu vəzifələri icra edən şəxs) və ya daxili audit xidmətinin rəhbəri və əməkdaşları bu Qanunun 40-cı maddəsinin tələblərinə cavab vermədikdə, səhmdar investisiya fondu və idarəçi Mərkəzi Bankın təqdimatı ilə onların səlahiyyətinə vaxtından əvvəl xitam verməlidirverməli, habelə kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağının (ortaqlarının) işlərin aparılması səlahiyyətinə xitam verməlidir.

Maddə 41

41.1.1
səhmdar investisiya fondunun və ya idarəçinin ali idarəetmə orqanının (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağının (ortaqlarının) qərarı əsasında səhmdar investisiya fondu və ya idarəçi ləğv edildikdə;
41.3
Səhmdar investisiya fondunun idarəçisinin lisenziyası ləğv olunduqda onun idarəçiliyində olan fonda əmlak inzibatçısı təyin edilir. Bu halda səhmdar investisiya fonduvə bu Qanunun 24.13-cü maddəsinin tələbi nəzərə alınmaqla vençur kapitalı fondu ən geci 90 gün ərzində yeni idarəçi ilə müqavilə bağlamalıdır.

Maddə 45

45.2.1
səhmdar investisiya fondunun ümumi yığıncağı (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağı (ortaqları) fondun ləğvi barədə müvafiq qərar qəbul etdikdə;
45.3
(kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağı (ortaqları)
45.8
(kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağı (ortaqları)
45.9
Məhkəmənin qərarı ilə təyin edilmiş əmlak inzibatçısı səhmdar investisiya fondunun ləğvi prosesinin başlanması və əmlak inzibatçısının təyin olunması haqqında məlumatı dərhal mediada dərc etdirir, səhmdar investisiya fondunun idarəçisinə, müşahidə şurasına və icra orqanına (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağına (ortaqlarına) müvafiq bildirişlər göndərir.
45.14
Ləğv edilən səhmdar investisiya fondunun qiymətli kağızlardan ibarət əmlakı fond birjası, digər əmlakı isə açıq hərracların keçirilməsi vasitəsilə satılmalıdır. Səhmdar investisiya fondunun ləğvi ilə bağlı əmlakın satışı nəticəsində əldə olunmuş pul vəsaitləri, qanunvericiliyə uyğun olaraq fondun bütün öhdəlikləri ödənildikdən sonra səhmdarlar (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağı (ortaqları) arasında onlara məxsus səhmlərə mütənasib miqdarda bölüşdürülür.

Maddə 46

46.4
Səhmdar investisiya fondunun müflis elan edilməsi ilə bağlı ərizə ilə məhkəməyə Mərkəzi Bank və ya səhmdarların ümumi yığıncağının (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun tam ortağının (ortaqlarının) qərarı əsasında səhmdar investisiya fondunun özü, habelə onun kreditorları müraciət edə bilər. Hər bir halda, Mərkəzi Bank səhmdar investisiya fondunun müflis elan edilməsi ilə bağlı məhkəmə işlərinə cəlb edilməli və onun rəyi nəzərə alınmalıdır.
46.16
Əmlak inzibatçısı səhmdar investisiya fondunun müflisləşmə (iflas) prosesinin başlanması və əmlak inzibatçısının təyin olunması haqqında məlumatı dərhal mediada dərc etdirir, səhmdar investisiya fondunun idarəçisinə, müşahidə şurasına, icra orqanına (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağına (ortaqlarına) müvafiq bildirişlər göndərir.
46.17.2
səhmdar investisiya fondunun vəzifəli şəxslərinin və ya səhmdarlarının (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun iştirakçılarının) onun adından etdikləri hərəkətlər hüquqi qüvvəyə malik olmur.

Maddə 48

48.1.4
investisiya fondlarında pay mülkiyyətçilərinin (səhmdarlarının) reyestrinin təşkili və aparılması qaydaları müəyyən edilir;
48.1.6
səhmdar investisiya fondu və idarəçinin müşahidə şurası və icra orqanının üzvləri (kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları) ilə müsahibə keçirilir, habelə investisiya fondlarının idarə edilməsini həyata keçirən əməkdaşlarının attestasiyasına dair tələblər və attestasiya qaydaları müəyyən edilir və attestasiya keçirilir;
48.4
İnvestisiya fondları (vençur kapitalı fondları istisna olmaqla) və onların idarəçiləri maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində kənar auditor tərəfindən yoxlanılmış illik maliyyə hesabatlarını, ən geci altı ay müddətində isə kənar auditor tərəfindən yoxlanılmış birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Banka təqdim etməli, özünün rəsmi internet səhifəsində dərc etdirməli və bu barədə məlumatı Mərkəzi Banka təqdim etməlidir. İllik maliyyə hesabatları çap mediasında da dərc etdirilə bilər.
Hədəf akt 5 / 5
Qiymətli kağızlar bazarı haqqında

Maddə 1

1.0.7-1
1.0.7-1. peşəkar investor – institusional investorlar da daxil olmaqla Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunan tələblərə cavab verən hüquqi və fiziki şəxslər

Maddə 5

5.5.5
institusionalpeşəkar investorlara ünvanlanan təklif edildikdə.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Müddəa əlavə olunurMaddə 90Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    90-cı maddə üzrə 2.2.1. 90.2-ci maddənin birinci və ikinci cümlələrinə "Məhdud məsuliyyətli cəmiyyətin" sözlərindən sonra "(məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondu istisna olmaqla)" sözləri əlavə edilsin;

  • Yenidən nömrələndiMaddə 95×2· avtomatik yerləşdirilə bilmədi

    mətni 95.1-ci maddə hesab edilsin və həmin maddəyə "Məhdud məsuliyyətli cəmiyyətin" sözlərindən sonra "(məhdud məsuliyyətli cəmiyyət formasında yaradılan vençur kapitalı fondu istisna olmaqla)" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunurMaddə 25Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    25.11.5-ci maddənin birinci abzasına və 25.11.6-cı maddəyə "idarəçi" sözündən sonra ", kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun işlərini aparan tam ortağı (ortaqları)" sözləri əlavə edilsin;

  • Müddəa əlavə olunurMaddə 46 · 46.25-cü hissəBu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    46.25-ci maddənin üçüncü cümləsinə "səhmdarlar" sözündən sonra "(kommandit ortaqlığı formasında yaradılan vençur kapitalı fondunun iştirakçıları)" sözləri əlavə edilsin;

Bu dəyişikliyin təsir dairəsi

Dəyişiklik başqa qanunların istinad etdiyi 9 maddəyə toxunur. Bu maddələrə istinad edən aktlar da təsirlənə bilər.

  • «Azərbaycan Respublikasının Əmək Məcəlləsi» — maddə 317 qanun istinad edir
    • Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr barədə
    • “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanu
    • “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası
    • Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair
    • Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair
    • Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair
    • “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respubl
    • Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yo
    • +9 digər
  • «Valyuta tənzimi haqqında» — maddə 38 qanun istinad edir
    • "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
    • Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin
    • “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə
    • “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nö
    • “Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə banklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”nın təsdiq edilməsi barədə
    • “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 945-VIQD nömrəl
    • “Valyuta mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün ərizə forması”nın, “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üç
    • “Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əmə
  • «Valyuta tənzimi haqqında» — maddə 28 qanun istinad edir
    • “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
    • "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
    • Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının milli valyutasının, milli valyutada qiymətli kağızların və digər valyuta sərvətlərinin Azərbaycan Respublik
    • “Qeyri-nağd valyuta mübadiləsi əməliyyatları haqqında statistik hesabatın tərtibi və təqdim edilməsi haqqında Təlimat”ın təsdiq edilməsi barədə
    • “Qabaqcadan ödənişlərlə bağlı malların (xidmətlərin) ölkəyə daxil olması haqqında statistik hesabatın tərtibi və təqdim olunması haqqında Təlimat”ın təsdiq edil
    • “Azərbaycan Respublikası rezidentlərinin qeyri-rezidentlərlə maliyyə əməliyyatlarına və neytral əməliyyatlara dair hesabatın tərtibi və təqdim edilməsi haqqında
    • “Rezidentlər və qeyri-rezidentlər tərəfindən milli valyutanın nağd şəkildə və milli valyutada ifadə olunmuş qiymətli kağızların Azərbaycan Respublikasından çıxa
    • “Azərbaycan Respublikasında qiymətli metallarla əməliyyatların aparılması və əqdlərin bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
  • «Azərbaycan Respublikasının Əmək Məcəlləsi» — maddə 1545 qanun istinad edir
    • Kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının normativlərinə dair Tövsiyələr barədə
    • Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin IV hissəsinə, 35-ci maddəsinin VI hi
    • “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair
    • Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair
    • Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair
  • «Azərbaycan Respublikasının Mülki Məcəlləsi» — maddə 106-11 qanun istinad edir
    • Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair
  • «İnvestisiya fondları haqqında» — maddə 11 qanun istinad edir
    • "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
  • «İnvestisiya fondları haqqında» — maddə 241 qanun istinad edir
    • “İnvestisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsinə və investisiya fondlarının idarə edilməsinə dair ixtisas şəhadətnamələrinin alınması məqsədil
  • «İnvestisiya fondları haqqında» — maddə 361 qanun istinad edir
    • “Maliyyə bazarlarında fəaliyyətə lisenziya və icazələrin verilməsi üçün təqdim edilən sənədlərin, o cümlədən səhmdarlar (iştirakçılar) arasındakı münasibətlər v
  • «İnvestisiya fondları haqqında» — maddə 381 qanun istinad edir
    • “Maliyyə bazarlarında fəaliyyətə lisenziya və icazələrin verilməsi üçün təqdim edilən sənədlərin, o cümlədən səhmdarlar (iştirakçılar) arasındakı münasibətlər v
Əvvəlki yenilik
Q.A.Zeynalovun Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Növbəti yenilik
“Ədliyyə orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqənin və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 673 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı