QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar”ın məzmunu

AktivNöv: Fərman·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 27 iyul 2026

1. Ümumi müddəalar

1.1. Bu Sənəd Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 39.4-cü maddəsinə əsasən hazırlanmışdır və əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – şəxslər) Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın (bundan sonra – qərar) məzmununu müəyyən edir.

1.2. Qərar şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə müraciətlərinə əlavə etdikləri sənədlər və təqdim etdikləri məlumatlar əsasında, bu Sənədin 2.3-cü bəndi nəzərə alınmaqla, Azərbaycan dilində doldurulur.

1.3. Qərar bu Sənədlə müəyyən edilən məzmunda və "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada tərtib edilərək, müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki elektron kabinetində yerləşdirilməsi məqsədilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülür və onun təqdim etdiyi elektron poçt ünvanına göndərilir.

2. Qərarda göstərilən məlumatlar

2.1. Qərarda aşağıdakılar göstərilir:

2.1.1. Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri;

2.1.2. qərarı verən orqanın adı;

2.1.3. qərarın adı;

2.1.4. qərarın üç latın hərfindən ibarət olan seriyası (MOM) və yeddirəqəmli nömrəsi;

2.1.5. qərarın verilmə tarixi;

2.1.6. müvəqqəti olma müddəti uzadılan şəxsin:

2.1.6.1. soyadı və adı;

2.1.6.2. doğum tarixi və yeri;

2.1.6.3. vətəndaşlığı;

2.1.6.4. sərhədkeçmə sənədi üzrə:

2.1.6.4.1. seriyası və nömrəsi;

2.1.6.4.2. etibarlılıq müddəti;

2.1.6.4.3. sənədi verən orqanın adı;

2.1.6.5. müvəqqəti olmasının uzadılma müddəti;

2.1.6.6. qeydiyyata alındığı ünvan;

2.1.7. sənədin avtomatik identifikasiya edilməsi üçün istifadə olunan QR-kod;

2.1.8. "Bu qərar pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda, Azərbaycan Respublikasından çıxmaq hüququ verir" sözləri.

2.2. Qərarda hazır mətnlər Azərbaycan və ingilis dillərindədir.

2.3. Şəxsin soyadı və adı pasport və ya digər sərhədkeçmə sənədində olduğu kimi və ingilis əlifbası ilə yazılır. Bu zaman pasportun və ya digər sərhədkeçmə sənədinin maşınla oxuna bilən hissəsində qeyd edilən soyadı və adı əsas götürülür.

Əvvəlki yenilik
Z.M.Əliyevin Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Növbəti yenilik
“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 465-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı