QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

AktivNöv: Qanun·Qəbul edən orqan: Prezident·Dərc tarixi: 29 iyul 2026
Keçid müddəaları

0Əlavə edilib0Silinib6Dəyişdirilib
XülasəAI

Dəyişikliklər Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) institutunun ləğvi ilə əlaqədar aparılır. "Əmək pensiyaları haqqında" Qanunun 20.1.6, 20.1.6-1 və 20.9-1-ci maddələrindən Naxçıvan Muxtar Respublikasının ombudsmanına və sabiq ombudsmanına dair bütün istinadlar çıxarılır, yalnız Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili saxlanılır; 20.9-cu maddə isə "şəxslərin" sözü "şəxsin" ilə əvəz edilərək təkləşdirilir və əlavənin hesablanma qaydası (səlahiyyət müddətindəki orta aylıq əməkhaqqının 80 faizi ilə pensiya fərqi) dəqiqləşdirilir. "Dövlət qulluğu haqqında" Qanunun 2.2-ci maddəsindən Naxçıvan MR-nin ombudsmanına və Televiziya-Radio Şurasına dair istisnalar çıxarılır, əvəzində Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəsi və müavinləri əlavə olunur; 8.1.3-cü bənddə isə Naxçıvan MR-nin ombudsman Aparatı və müvafiq icra hakimiyyəti orqanı ikinci kateqoriya dövlət orqanları siyahısından çıxarılır, əvəzində Mərkəzi Seçki Komissiyasının Katibliyi, Audiovizual Şurasının Aparatı, Bakı şəhərindəki Daimi Nümayəndəlik və müvafiq dövlət agentlikləri/xidmətləri əlavə edilir.

Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

8 dəyişiklikdən 6-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 2
Dövlət qulluğu haqqında

Maddə 2

2.2
Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur.

Maddə 8

8.1.3
əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Audiovizual Şurasının Aparatı, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi, müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət agentlikləri və dövlət xidmətləri (2-ci kateqoriya dövlət orqanları);
Hədəf akt 2 / 2
Əmək pensiyaları haqqında

Maddə 20

20.1.6
əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman);
20.1.6-1
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili (ombudsman) vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri;
20.9
Bu Qanunun 20.1.6-cı maddəsində nəzərdə tutulmuş şəxslərinşəxsin əmək pensiyasına səlahiyyət müddətində tam fəaliyyət dövrünə görə (fəaliyyət dövrü tam olmadıqda isə natamam fəaliyyət dövründəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) əməkhaqqının orta aylıq məbləğinin (pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla) 80 faizi miqdarı ilə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.
20.9-1
Bu Qanunun 20.1.6-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu Qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Ləğv edilirMaddə 94· avtomatik yerləşdirilə bilmədi

    "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413 (Cild I); 2024, № 5 (I kitab), maddə 486, № 12 (II kitab), maddə 1329; 2025, № 6, maddə 529; 2026, № 1, maddə 7) 94-cü maddəsinin dördüncü hissəsi ləğv edilsin. Maddə.

  • Əvəz edilirMaddə 37.3.4Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

    37.3.4-cü maddədə beşinci halda "şəxslər həmin maddədə sadalanan vəzifələrdə" sözləri "şəxs həmin maddədə qeyd edilən vəzifədə" sözləri ilə əvəz edilsin. Maddə

Bu dəyişikliyin təsir dairəsi

Dəyişiklik başqa qanunların istinad etdiyi 4 maddəyə toxunur. Bu maddələrə istinad edən aktlar da təsirlənə bilər.

  • «Məhkəmələr və hakimlər haqqında» — maddə 94151 qanun istinad edir
    • Naxçıvan Muxtar Respublikası məhkəmələrinin bir sıra hakimlərinin, məhkəmə sədrlərinin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında
    • R. R. Süleymanovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında
    • R. R. Süleymanovun Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında
    • Ş.Y. Yusifovun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Məhkəmələrin İşləri üzrə Məhkəmə Kollegiyasının sədri təyin edilməsi haqqında
    • İ.M.Nağıyevin Bakı Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında
    • R.U.Məmmədovun Gəncə Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında
    • İ.H.Kərimovun Sumqayıt Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında
    • Q.A.Əsgərovun Əli Bayramlı Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında
    • +143 digər
  • «Əmək pensiyaları haqqında» — maddə 207 qanun istinad edir
    • “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
    • “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
    • “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında
    • Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi ola
    • “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair
    • “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 25-ci ma
    • “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
  • «Əmək pensiyaları haqqında» — maddə 37.3.46 qanun istinad edir
    • Cavidan Qafarovun şikayəti üzrə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanun
    • “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 23.4-cü maddəsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci, “Sosia
    • Azərbaycan Respublikası Mülki və Vergi Məcəllələrinin, “İpoteka haqqında” və “İcra haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının əlaqəli şək
    • “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair
    • “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 25-ci ma
    • “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1.13-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin II və III hiss
  • «Dövlət qulluğu haqqında» — maddə 81 qanun istinad edir
    • "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
Əvvəlki yenilik
“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Növbəti yenilik
“Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə