Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycanın Xalq artisti Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti Habil Əliyevin adı verilsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Ağdaş Rayon İcra Hakimiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsinlər
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 29 iyul 2026
Sənəd nömrəsi
№244