QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
QANUNÇU
ƏSAS
  • İcmal
  • Yeniliklər
  • Saxlanmışlar
  • İzlənən sahələr
  • Parametrlər
  • Çıxış
Daxil olQeydiyyat
YeniliklərDəyişiklik
Rəsmi mənbə

“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2025-ci il 16 dekabr tarixli 311-VIIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq…

AktivNöv: Qərar·Nömrə: №245·Qəbul edən orqan: Nazirlər Kabineti·Dərc tarixi: 29 iyul 2026
1Əlavə edilib1Silinib15Dəyişdirilib
XülasəAI

Bu dəyişikliklər "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Qanunun tətbiqi ilə əlaqədar bir sıra Nazirlər Kabineti qərarlarında "nəqliyyat-ekspedisiya müəssisələri/təşkilatları/xidməti göstərən müəssisələr" ifadəsini "ekspeditorlar" termini ilə əvəz edir (məs. Avtomobil, Dəmiryol, Dəniz və Hava yükdaşıma Qaydaları). Ekspeditora qarşı tələblər üzrə "Mülki Məcəllənin 861.2-ci maddəsinə uyğun iddia qaldırılması" qaydası ləğv edilib, əvəzinə "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Qanunun 27-ci və 28-ci maddələrinə əsasən pretenziya verilməsi və iddia qaldırılması tələb edilir (məs. Avtomobil Qaydaları maddə 10.7-1, 40.1-1; Dəmir yolu Qaydaları maddə 1.1.6; Hava Qaydaları maddə 8). Avtomobil yüklərinin daşınması Qaydalarında (maddə 48.6) yükün itirilmiş sayılması üçün əvvəlki iki ayrı müddət (3 ay və razılaşdırılmış müddətdən sonrakı hər hansı gecikmə) vahid qaydaya - daşımaya qəbuldan 3 ay və ya çatdırılma müddətinin bitməsindən 30 gün sonra - birləşdirilib. Dəmiryol Yüklərin Daşınması Qaydalarında (maddə 2.4) daşıyıcının sifarişə baxma müddəti sabit 3 iş günündən Mülki Məcəllənin 851.2-ci maddəsi ilə müəyyən edilən müddətə keçirilib və infrastruktur sahibi üçün yeni 2.7-ci bənd əlavə olunub.

Bu dəyişikliyin mətnə tətbiqi yoxlanılır

21 dəyişiklikdən 17-si maddə-maddə izlənir.

Hədəf akt 1 / 5
Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

Maddə 2

2.7-1
2.7-1. Daşıyıcı, eyni zamanda infrastruktur sahibi olduğu halda isə bu Qaydaların 2.2-ci bəndinə əsasən yükgöndərən tərəfindən təqdim olunmuş yükdaşıma sifarişinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 851.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə baxır, zərurət olduqda digər nəqliyyat növlərinin sahibləri, dəniz terminallarının operatorları ilə razılaşdırır və bu barədə sifarişçiyə məlumat verir.

Əlavə 1 · Maddə 1.1

1.1.1
Yükgöndərənlər (yükalanlar), hüquqi və fiziki şəxslər (təhlükəli yükləri daşıyanlar, göndərənlər, alanlar, yükləyənlər, boşaldanlar və saxlayanlar), xidmət göstərən nəqliyyat-ekspedisiya müəssisələriekspeditorlar "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, bu Qaydaların və texniki təhlükəsizlik üzrə normativ sənədlərin tələblərinə əməl etməlidirlər.
1.1.6
Təhlükəli yükü daşıyanlar, yükgöndərənlər, yükalanlar, saxlayanlar və dəmir yolunun müvafiq idarəetmə xidmətləri bu Qaydaların yerinə yetirilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinəpretenziya verilməsi və iddia qaldırılması "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə uyğun həyata keçirilir.
1.1.13
Yükgöndərənlər, yükalanlar, eləcə də təhlükəli yüklərin daşınmasında, onların qorunmasında və (və ya) müşayiətində iştirak edən magistral və sənaye dəmir yolu nəqliyyatı işçiləri, təhlükəli yüklərin daşınması, qatarların və konteynerlərin hazırlanması, texniki xidməti, təmiri, eləcə də nəqliyyat ekspedisiya xidməti ilə məşğul olan bütün müəssisə və təşkilatlar, habelə ekspeditorlar bu Qaydaları əldə rəhbər tutmalıdırlar.

Əlavə 1 · Maddə 2

6.1.1
Yükgöndərənlər, yükalanlar, magistral və sənaye dəmir yolu nəqliyyatı işçiləri vaqonların və konteynerlərin sahibləri və icarədarları, eləcə də nəqliyyat-ekspedisiya xidməti göstərən müəssisələrekspeditorlar tərəfindən, təhlükəli yüklərin daşınmasında "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, bu Qaydalara, təhlükəli yüklərin daşınmasına aid olan digər normativ-texniki sənədlərə əməl etməlidirlər.
Hədəf akt 2 / 5
Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması Qaydalarının təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 1

1.1
Bu Qaydalar Azərbaycan Respublikasının mülki hava gəmilərində təhlükəli yüklərin daşımasını həyata keçirən aviasiya müəssisələri, eləcə də təhlükəli yükləri göndərənlər, alanlar, habelə nəqliyyat-ekspedisiya təşkilatlarıekspeditorlar tərəfindən təhlükəli yüklərin daşınması üzrə əməliyyatların həyata keçirilməsini tənzimləyir.

Əlavə 1 · Maddə 8

17.5
Bu Qaydaların pozulmasından irəli gələn iddia və tələblər, "Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanunu və "Sərnişinlərin, baqajın və yükün Azərbaycan Respublikasının hava xətlərində daşınması Qaydaları" və yaxud "Sərnişinlərin, baqajın və yükün hava yolu ilə daşınmasının beynəlxalq Qaydaları" ilə müəyyən olunmuş qaydada təqdim edilir. Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinəpretenziya verilməsi və iddia qaldırılması "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə uyğun həyata keçirilir.
Hədəf akt 3 / 5
Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısının təsdiq edilməsi haqqında

Əlavə 1

12-1
Sıra №-si Malların (işlərin, xidmətlərin) adı 1 2 1. Elektrik enerjisi (o cümlədən sabit tarif) 2. Xam neft, Aİ-92 markalı avtomobil benzini, dizel yanacağı 2-1. Naftalan nefti 3. Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı 5. Dövlət mənzil fondunun yaşayış sahələrindən sosial kirayə və ya kirayə müqavilələri üzrə istifadəyə (kirayəyə), həmin sahələrin saxlanması və təmirinə görə haqlar 6. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göstərilən xidmətlər, daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlər, dövlət sifarişi əsasında aparılan işlər istisna olmaqla, dövlət qurumlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaq-kadastrı, torpaqların monitorinqi və yerquruluşu işləri, texniki kadastr və yerquruluşu sənədlərinin (kadastr xəritələri və plan-xəritə materialları) tərtibi və bu işlərə dair məlumatların və sənədlərin (arxiv arayışları, texniki sənədlərin təsdiq edilmiş surəti) verilməsi, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin uyğunluğunun təsdiq edilməsi ilə bağlı göstərilən xidmətlər 6-1. Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının verilməsi xidmətləri 7. İçməli və texniki su 8. İstilik enerjisi 9. İstilik təchizatı (qeyri-əhali istehlakçıları istisna olmaqla) 10. Neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli xidmətləri 12. Bütün növ nəqliyyat xidmətləri (magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərinin istismarı, hərəkəti, idarəetmə, dəniz üzgüçülüyünün təhlükəsizliyi fəaliyyəti, dəmir yolu stansiyaları və sərnişin vağzalları xidmətləri; hava limanı xidmətləri, hava limanlarının uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər, respublika ərazisində yük və sərnişin daşıma xidmətləri; dəniz limanı xidmətləri (dəniz limanı qurğularının istismarı və yükaşırma daxil olmaqla), Xəzər dənizində dövlətə məxsus gəmi ilə respublika ərazisində yük və sərnişin daşıma; metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti, idarəetmə və hərəkət təhlükəsizliyi, sərnişin daşıma fəaliyyəti; şəhərlərarası və şəhərdaxili ümumi istifadədə olan nəqliyyatla sərnişin daşıma və s.) 12-1. Dəmir yolu və dəniz nəqliyyatı ilə tranzit yüklərin daşınması, tranzit yüklərlə bağlı liman qurğularının istismarı, dəniz terminalları tərəfindən yükaşırma və dəniz limanında göstərilən digər xidmətlər, həmçinin bu xidmətlər üzrə nəqliyyat-ekspedisiya xidmətləri 13. Rabitə sahəsində xidmətlər (ümumi istifadədə olan elektrik, poçt və teleqraf rabitəsi xidmətləri, qəbuledici-verici radio və televiziya stansiyalarının, yüksəktezlikli qurğuların istismarı və nəzarəti, beynəlxalq, şəhərlərarası, şəhərdaxili və rayon telefon rabitəsi və s.) 14. Dövlətə məxsu...
Hədəf akt 4 / 5
“Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında

Əlavə 1 · Maddə 10.7-1

10.7-1
Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinəpretenziya verilməsi və iddia qaldırılması "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə uyğun həyata keçirilir.

Əlavə 1 · Maddə 40.1-1

40.1-1
Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinəpretenziya verilməsi və iddia qaldırılması "Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə uyğun həyata keçirilir.

Əlavə 1 · Maddə 48.6

48.6
Yük razılaşdırılmış müddət keçdikdən sonra təyinat yerinə çatdırılmazsa və ya bu müddət daşıyıcı tərəfindən yük qəbul edildiyi gündən 3 ay ərzində onunla razılaşdırılmazsa, itirilmiş sayılır.Yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra 3 ay ərzində çatdırılmazsa, eləcə də müqavilə ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 gün sonra yükalana təhvil verilməzsə, əksi sübut edilənədək yük itirilmiş sayılır.

Əlavə 1 · Maddə 48.7

48.7
Yükgöndərən (yükalan) itirilmiş yükə görə ona dəyən zərərin əvəzini aldığı zaman zərərin əvəzininAzərbaycan Respublikası Mülki Məcəlləsinin 859.1-ci maddəsi ilə müəyyən edilmiş ödənişlərin ödənildiyi vaxtdan növbəti 1 il ərzində yük tapıldıqda, onun yükalana qaytarılması barədə təcili bildiriş göndərilməsini yazılı formada xahiş edə bilər. Bildiriş alındıqdan sonra 30 gün müddətində yükgöndərən (yükalan) əmtəə-nəqliyyat qaiməsində göstərilmiş borcun ödənilməsi yerinə yükün ona verilməsini, o cümlədən əvəzini aldığı ödənişin qaytarılmasının yerinə əvəzi ödənilən məbləğə daxil olan xərclərin tutulmasını tələb edə bilər.
Hədəf akt 5 / 5
“Dəmiryol nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında

Maddə 1.2

1.2.1
1.2.1. daşıyıcı – haqq müqabilində daşıma sənədi (müqavilə) əsasında yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə dəmiryol nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxs;1.2.1. daşıyıcı — yük daşınması müqaviləsi əsasında və haqq müqabilində yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə dəmiryol nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar

Maddə 2.4

2.4
2.4. Daşıyıcı (daşıyıcı eyni zamanda infrastruktur sahibi olduğu hallar istisna olmaqla), ona təqdim edilmiş yük daşıma sifarişinə 3 (üç) iş günü müddətində baxır və bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş hallardan hər hansı biri olmadıqda həmin sifarişi razılaşdırmaq üçün infrastruktur sahibinə onun elektron platforma üzərindən göndərir.2.4. Daşıyıcı bu Qaydaların 2.5-ci bəndində nəzərdə tutulmuş hallardan hər hansı biri olmadıqda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 851.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə ona təqdim olunmuş yükdaşıma sifarişini infrastruktur sahibi ilə onun elektron platforması üzərindən razılaşdırmaqla (daşıyıcının eyni zamanda infrastruktur sahibi olduğu hal istisna olmaqla) sifarişçiyə məlumat verir."; "2.7. İnfrastruktur sahibi daşıyıcı tərəfindən təqdim olunmuş yükdaşıma sifarişinə bu Qaydaların 2.4-cü bəndi ilə müəyyən edilmiş müddətin yarısından çox olmayan müddətdə baxır, zəruri olduqda digər nəqliyyat növlərinin sahibləri, dəniz terminallarının operatorları ilə razılaşdırır və sifarişi razılaşdırmanın nəticələri barədə qeydlə öz elektron platforması üzərindən daşıyıcıya qaytarır.

Maddə 2.10

2.10
Sifariş bu Qaydalar ilə müəyyən edilmiş qaydada razılaşdırıldıqdan sonra daşıyıcı tərəfindən bu barədə yükgöndərənə 3 (üç) gün müddətində məlumat verilir.

Bu sənəddəki digər dəyişikliklər

Aşağıdakı dəyişikliklər mənbə sənəddə var, lakin yuxarıdakı maddə-maddə izləmədə tam göstərilmir. Mənbədəki ifadəsi olduğu kimi verilir.

  • Əvəz edilirMaddə 3×2· avtomatik yerləşdirilə bilmədi

    "Azərbaycan Respublikasının hesabat tədiyə balansının tərtib edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 8 fevral tarixli 25 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) əlavə - "Azərbaycan Respublikasının tədiyə balansının tərtib edilməsi üçün məlumatların hazırlanması və təqdim edilməsi üzrə proqram"ın 2-ci sütununun üçüncü və yeddinci abzaslarında "nəqliyyat və ekspeditor təşkilatları" sözləri "ekspeditorlar" sözü ilə əvəz edilsin.

  • Əvəz edilirƏlavə 1 · Maddə 9 · 9.7-cü hissə×2· avtomatik yerləşdirilə bilmədi

    "Azərbaycan Respublikasının hesabat tədiyə balansının tərtib edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 8 fevral tarixli 25 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I) əlavə - "Azərbaycan Respublikasının tədiyə balansının tərtib edilməsi üçün məlumatların hazırlanması və təqdim edilməsi üzrə proqram"ın 2-ci sütununun üçüncü və yeddinci abzaslarında "nəqliyyat və ekspeditor təşkilatları" sözləri "ekspeditorlar" sözü ilə əvəz edilsin.

  • Digər dəyişiklikƏlavə 1 · Maddə 2 · 5.7-cü hissə · 5.7.2-ci bənd· avtomatik yerləşdirilə bilmədi

    5.7.2-ci yarımbəndin birinci abzasında yol nəqliyyat-ekspedisiya müəssisələrinin" sözləri "ekspeditorlar" sözü ilə əvəz edilsin;

  • Yeni redaksiyada verilirƏlavə 1 · Maddə 2 · 11.3-cü hissə · 11.3.2-ci bənd· avtomatik yerləşdirilə bilmədi

    on dördüncü və on beşinci abzaslar aşağıdakı redaksiyada verilsin: "Yükgöndərən — daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxs; Yükalan — əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxs;";

  • Əvəz edilirƏlavə 1 · Maddə 2 · 11.3-cü hissə · 11.3.2-ci bənd· avtomatik yerləşdirilə bilmədi

    otuz doqquzuncu abzasda "nəqliyyat və ekspeditor təşkilatları və müəssisələri" sözləri "ekspeditorlar, daşıyıcılar" sözləri ilə əvəz edilsin.

  • Ləğv edilirƏlavə 1 · Maddə 8 · 9.6-cü hissə· avtomatik yerləşdirilə bilmədi

    9.6-cı bəndin altıncı abzası ləğv edilsin;

Əvvəlki yenilik
Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə Azərbaycanın Xalq artisti Habil Əliyevin adının verilməsi haqqında
Növbəti yenilik
“Qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər”in təsdiq edilməsi haqqında